Həm Türkiyə, həm də Azərbaycanda oxucu kütləsinin fəal olması məni sevindirir” - Güven Albayrak Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Budəfəki qonağım qardaş Türkiyənin dəyərli yazarlarından biri olan Güven Albayrakdır. 

 

Habil Yaşar: Salam Güven Albayrak bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz. 

 

Güven Albayrak: Salam Habil bəy, çox sağ olun, yaxşıyam. 1965-ci ildə İstanbulun Kadıköy rayonunda anadan olmuşam. İbtidai məktəbdən liseyə qədər təhsil həyatımı Kadıköydə tamamladım. Ədəbiyyat və yazı tutqumu gənc yaşlarımdan kəşf etdim və yaradıcılıq düşüncəsi ilə ifadə qabiliyyətimi hər fürsətdə inkişaf etdirməyə diqqət etdim.

 

Habil Yaşar: Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

Güven Albayrak: Əlbəttə. Ədəbiyyat dünyasına qatqılarım arasında “Cumba” Ədəbiyyat Dərgisi və “Kirpi” Ədəbiyyat və “Düşün” Dərgisində qələmə aldığım hekayələr var. Bundan başqa, "Tanrıların və Tanrıçaların İzində Mitolojik Öyküler" adlı kollektiv kitabda yer aldım və "Gizemli Yolculuk" adlı hekayəm oxucular tərəfindən böyük maraqla qarşılandı.

 

Habil Yaşar: Azərbaycan və Türkiyədə mütaliə sizi qane edirmi? 

 

Güven Albayrak: Həm Türkiyə, həm də Azərbaycanda ədəbi fəaliyyətlərin və oxucu kütləsinin çox aktiv olduğunu görmək məni çox sevindirir. Hər iki ölkənin də ədəbi keçmişi və oxucusu ilə qürur duyuram.

 

Habil Yaşar: Ənənəvi və ya elektron kitablara üstünlük verirsiniz? 

 

Güven Albayrak: Öz adıma çap olunmuş kitabların sehrinə qapılan biriyəm, amma rəqəmsal dövrdə elektron kitabların da əhəmiyyətini inkar edə bilmərəm. Hər iki formatın da öz üstünlükləri var.

 

Habil Yaşar: Gələcək planlarınızdan bəhs edə bilərsinizmi? 

 

Güven Albayrak: 2025-ci il üçün oxucularıma iki yeni kitabla sürpriz etməyi planlaşdırıram. Bunlardan biri bir esse kitabı, digəri isə bir roman olacaq. Yeni layihələrimlə ədəbiyyat dünyasında varlığımı daha da gücləndirməyi hədəfləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.