İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi Oğuz şəhərindəki məktəb və liseylərin məktəb kitabxanaları və şagirdlərinin iştirakı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranmasının 60 illik yubileyi münasibətilə "Hər şeyi kitablardan öyrənirik" adlı dəyirmi masa keçirmişdir.
Tədbirdə Uşaq şöbəsinin müdiri F.Köçərli adına Rspublika Uşaq Kitabxanasının yaranma tarixi, şöbələri və ümumilikdə fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Şagirdlər "Hər şeyi kitablardan öyrənirik", "Kitabların uşaq mənəviyyatının formalaşmağında rolu" və "Kitabsız bir ömrün nə mənası var" və s. başlıqlı məruzələr etmişlər.
Sonra uşaqlar internetdən, yoxsa kitablardan alınan məlumatların onlar üçün daha xeyirli olması haqqında fikir mübadiləsi ediblər.
Şəhərdəki H.Babayev adına tam orta məktəbin kitabxana müdiri Mətanət xanım çıxış edərək kitabxana ilə daha sıx əlaqə saxlamağın, ənənəvi kitab oxumağın üstünlüklərini vurğulamışdır.
Tədbir şagirdlər üçün çox maraqlı olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)