Euro-news Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Sarah Deanın müəllifliyi ilə muğam musiqisinin təbliğiylə bağlı süjet təqdim edib. Süjet “Hər bir söz ürəkdən gəlir” adlanır.
“Ədəbiyyat və incəsənət” portalı Euro-news-a istinadən süjetin müəllif mətnini təqdim edir:
“Başqa heç bir musiqi azərbaycanlı qəlbini muğam kimi döyməyə məcbur edə bilməz. Bu qədim musiqi bir qayda olaraq, sevgi və ya fəlsəfi məzmunlu ənənəvi Azərbaycan mahnılarını müşayiət edir. Onu təkrarolunmaz melanxolik səslənişi fərqləndirir.
Muğam ifaçısı Namiq Aslanovun sözlərinə görə, muğam həmişə improvizədir, notla ifa olunmur. Ona görə də oxuyanların hamısı ürəkdən oxuyur.
Muğam qaval, kamança və tar kimi alətlərin müşayiəti ilə ifa olunur. Adətən tarın korpusu tut ağacından çıxarılır. Zahid Vələdov da atası kimi bu sənətdədir, atasından sənətin sirlərini öyrənib. Tar Azərbaycanda çox dəyərlidir, onun təsvirini Azərbaycanın banknot və sikkələrində də görmək olar.
Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir ki, bu nadir musiqi bütün dünyada musiqiçiləri və dinləyiciləri ruhlandırmaqda davam etsin.”
Xatırladaq ki, çoxmilyonlu tamaşaçı auditoriyası olan Euro-news telekanalı Avropada bir nömrəli fikir formalaşdırıcı media qurumudur, orada bu cür süjetin getməsini təşkil etdiyinə görə Mədəniyyət Nazirliyimiz alqışlanmalıdır.
Mədəniyyət Nazirliyi Euro-news-un xətti ilə muğamı təbliğ etdi Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/en/musiqi/item/279-maedaeniyyaet-nazirliyi-euro-news-un-khaetti-ilae-mugham-taebligh-etdi#sigProGalleriad3e2404de0
https://edebiyyatveincesenet.az/en/musiqi/item/279-maedaeniyyaet-nazirliyi-euro-news-un-khaetti-ilae-mugham-taebligh-etdi#sigProGalleriad3e2404de0