Azərbaycan Yaponiyada keçirilən Gənclər Festivalında təmsil olunub

Yaponiyanın Vakayama prefekturasında Tanabe Təhsil Komitəsinin dəstəyi və “Youth Fest” Komitəsinin təşkilatçılığı ilə "Gənclər Festivalı" adlı mədəniyyət tədbiri keçirilib.  Tanabe şəhərində yuxarı sinif şagirdləri tərəfindən “Tanabe Enplus” mərkəzində baş tutan festivalda yemək və sərinləşdirici içki satışı, ustad dərsləri, müxtəlif təqdimatlar təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə soydaşımız Minarə Şükürova Azərbaycan haqqında təqdimatla çıxış edərək qonaqlara mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumat verib. Festival zamanı xoreoqraf Lalə Aslanur yaponlara Azərbaycan rəqsləri haqqında onlayn dərs keçib.

Qeyd edək ki, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur 5 ildən çoxdur ki, milli rəqslərimizi təbliğ edir, Azərbaycan mədəniyyətini dünyada tanıdır. Növbəti belə ölkə Yaponiya olub. Azərbaycan milli rəqsləri gündoğar ölkənin sakinləri tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.