Şirin bir röya kimi…

Aysel Kərim, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Uzaq səfərim uzan bir ömür,

Şirin bir röyadır, sonu görünmür...

 

Eynən ömür və yaradıcılıq yolu kimi...

Bəstəkarlar İttifaqının 90 illik yubileyində müəllifi olduğum romanslarımın səslənməsinə görə yaradıcılığıma daima diqqət göstərən, dünyanın sülh artisti,  Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə minnətdaram. 

Onu da qeyd edim ki, bu konsertdə gənc ifaçılarla əməkdaşlığım dəstək xarakter daşıdı. Hər zaman yaşıdım olan və yaşca kiçik olan gənclərə dəstək olmağı özümə borc bilirəm. Bu çətin və şərəfli yolda cəmiyyətimizin ziyalı böyüklərindən mən də özümə qarşı hər zaman diqqət gördüm və görməkdə davam edirəm. Qiymətləndirilmək gözəl duyğudur. 

Xoş dinləmələr.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.