Parisin Karnavale Tarix Muzeyinin dörd illik yenidənqurmadan sonra açılışı olmuşdur. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən bildirir ki, açılış fotoqrafiyanın əfsanəsi Anri Kartye-Bressonun "Parisə Qayıdış"adlı fotolarından ibarət sərgi ilə baş tutmuşdur.
200 fotodan ibarət sərgi mövzu baxımından inanılmaz qədər rəngarəngdir.
Qeyd edək ki, Karnavale muzeyi eksponat baxımından hədsiz dərəcədə zəngindir. Onun yaradıcıları şəhərin mövcudluğu dövründə Paris həyatının bütün əlamətlərini bir yerə toplamaq üçün səbir və cəsarətə sahib olublar. Parisdə baş verən hər şey muzeydə izlər buraxıb. Buranın eksponatları inanılmaz dərəcədə müxtəlifdir, zallar olduqca dolaşıq, labirintvaridir, onların hamısını gəzmək seyrçiyə çətin olur. Amma zövq verir. Karnavalenin ekspozisiyası bəzi qeydlərdən ibarət kitabı xatırladır.
Bu fonda Anri Kartye-Bressonun “Parisə qayıdış" sərgisi həm ağ-qara rəngdə olmasıyla, həm də ideyanın sadəliyi ilə fərqlənir — XX əsrin böyük fotoqrafı kimi onun böyüdüyü və bütün həyatını keçirdiyi şəhər təbliğ olunur. Heç bir didaktika yoxdur, o, yalnız gedirdi və çəkirdi. O, şəhəri tərk edib geri qayıdarkən, sanki, köhnə dostu ilə dialoqu məhz onun kəsildiyi yerdən bərpa edirdi.
Fotolara rakurs edək:
1944-cü ildə Parisin faşizmdən azad edildiyi anlar… 1968-ci ildə şair və rəssamların portretləri… Rivoli küçəsindəki mənzil pəncərəsində suitilərin rəsmləri… Obyektivə poz verən Bricit Bordo…
Son illərdə Anri şəhəri kameranın vizyonerindən yox, reallığın dəyişilmiş qrafikasından görməyə çalışdığını hər vəclə isbat edib.
Strateji nöqtələrdə Cartier-Bresson — Giacometti kimi strateji kadrlar yerləşdirilib, yağış altında paltosunu başına çəkərək keçən adamlar görünür, heykəltəraşlıq şedevrləri göz oxşayır.
Sərginin əvvəlində isə şüşə arxasında Leica fotoaparatı durur.
Bu şedevrlər məhz bu fotoaparatla ərsəyə gəlib.
Retrospektivdə Kartye-Bressonun bütün tərcümeyi-halı daimi azadlıq əldə etmək cəhdləri kimi görünür. 1940-da o, əsir düşdü və yalnız 1943-da iki uğursuz cəhddən sonra qaçdı. O, bunu həyatının simvolu olaraq görürdü:"Mən həmişə qaçaq bir məhbus olacağam".
Əvvəlcə "leyka" onu taleyini əvvəlcədən təyin etmiş ailəsindən qurtardı, şəhər ətrafında bir şirkət təşkil etməsinə yardımçı oldu, digər rəssamlarla, fotoqraflarla tanış etdi. "Mən sürrealizmə çox borcluyam,— Kartye-Bresson demişdi,— Çünki o mənə obyektivləri şüursuz və təsadüfi dağıntıları axtarıb tapmaq üçün azadlığa buraxmağı öyrətdi". O, sol ideyalarda, kommunistlərdə Azadlıq axtarırdı, ancaq bu ideyalardan da məyus olurdu: "Deyim ki, mən Kommunist ideallarının yaxınlığını ilk xristianların manerasında hiss edirdim. Sonra mənim hiddətimi Andre Jidin SSRİ haqqında kitabı dağıtdı.”
Həm reportajı, həm də sifarişli portretləri sınadıqdan sonra Kartye-Bresson həndəsi və insan naxışlarında bunların qarşılığında formalaşan dünyaya sərbəst baxışından zövq aldı. Onun şəkillərində süjet, əxlaqi təlim, heç bir məzmun yoxdur. Bundan başqa, fotolara baxdıqca sanki biz özümüz onlara sərmayə qoymağa hazırıq kimi bir fikrə düşürük, amma heç kim bizdən bunu etməyi xahiş etmir. Müəllif də bir vaxtlar bu cür etmişdi.
Parisə baxa bilərsiniz, bəzən bir notebook ekranına sığışan böyük bir şəhərdir o. Teatr səhnəsidir bəzən. Bəzənsə bir tarixdir, onu yazmaq üçün kameraya müraciət edə bilərsiniz.
Qeyd edək ki, Kartye Bresson çox uzun bir ömür sürmüşdür. 22 avqust 1908-ci ildə dünyaya göz açmış, 3 avqust 2004-cü ildə dünyadan köçmüşdür. Özündən sonra minlərlə fotoqrafiya, kitablar, bir də aforizmlər qoymuşdur.
Sitat:
"Fotoqrafiya özü məni maraqlandırmır. Mən yalnız reallığın bir parçasını tutmaq istəyirəm. Mən heç nəyi sübut etmək, heç nəyi vurğulamaq istəmirəm. Əşyalar və insanlar özləri hər şeyi danışırlar. Mən "mətbəx" ilə məşğul olmuram. Laboratoriyada və ya studiyada işləmək ürək bulanmasına səbəb olur. Manipulyasiyaya nifrət edirəm-nə çəkiliş zamanı, nə də sonra, qaranlıq otaqda bunu etmərəm. Yaxşı bir gözlə həmişə belə manipulyasiyaları görəcəksiniz... Bilin, yaradıcılığın yeganə anı bir saniyənin iyirmi beşdə bir hissəsidir, bir çəkim tıkladığında kamerada işıq yanıb-sönür və hərəkət dayanır."
Anri Kartye-Bresson
Fotolarda: Sərgidən bir görüntü; Anri Kartye-Bresson; onun fotoları.
Fotorəssamlığın atası Anri Kartye-Bressonun şedevrlərinin Paris nümayişi Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/en/memarliq-foto/item/119-fotoraessaml-zhh-n-atas-anri-kartye-bressonun-shedevrlaerinin-paris-numayishi#sigProGalleriaafad95ffd9
https://edebiyyatveincesenet.az/en/memarliq-foto/item/119-fotoraessaml-zhh-n-atas-anri-kartye-bressonun-shedevrlaerinin-paris-numayishi#sigProGalleriaafad95ffd9