Beyləqanda gənclərin payız düşərgəsi Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

 

Başa çatan il Yaşıl dünya naminə həmrəylik ili kimi tarixdə qalacaq. Mövzuya uyğun tədbirlər isə ilin sonunadək davam etməkdədir. 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə “Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində payız Düşərgəsi  keçirilmişdir. 

Layihənin davamı olaraq düşərgədə iştirak etmiş gənc təbiət dostları öz rayonlarında  kiçik layihələr həyata keçirmişlər. İlk layihə təşəbbüsü 5 dekabrda  İmişli şəhərində, 6 dekabrda Beyləqan, 9 dekabrda Füzuli şəhərində keçirilmişdir. 

Layihədə gənclər öz təşəbbüsləri ilə mükəmməl təqdimat hazırlayaraq tətbiq etdilər. Son olaraq Xocavənd gənclərinin təşkil etdiyi kiçik layihə 14 dekabrda baş tutdu. Gənclər öz layihələrini Ağ göl milli parkında təşkil etmişdilər.

Ağ göl milli parkına səfərimizin əsas məqsədi gəncləri ekoloji maarifləndirmək, onlarda təbiətə qarşı duyarlılığı artırmaqdır. Bu həm də Xocavənd gənclərinin kiçik  layihə təşəbbüslərinin davamıdır.

Bu layihədə gənclərə təşkilati dəstəyi “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin əməkdaşları Aysel Cəfərova və Şəmsiyyə Rüstəmli göstərmişlər. 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.