Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
26 noyabr - Kəlağayı Günü ərəfəsində Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki Tibb Kolleci Publik Hüquqi Şəxsdə “Yaşıl dünyanın əlvanlığı – kəlağayı” adlı tədbir təşkil olunub.
Tədbirdə. özündə ümumbəşəri mənalar aləmini əks etdirən, Azərbaycan qadınının ismət, ləyaqət, ülfət, sədaqət, gözəllik rəmzi olan, mahiyyətində, fəlsəfəsində çox sirlər gizlənən milli kimliyimiz - kəlağayı haqda gənclərə ətraflı məlumat verilib.
Azərbaycanın milli-mənəvi, mədəni irsinə sahib çıxan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahasına daxil edilməsinin 10 illik yubileyində təşkil edilmis tədbirdə Şəki Tibb Kolleci PHŞ-nın tələbələri şeirlər səsləndirmiş, rəqs nomrəsi ilə çıxış etmişdilər.
Tələbələrə Dünya Azərbaycan Qadınlar Cəmiyyətinin diplomları təqdim edilmişdır.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)