Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
13 aprel 2025-ci ildə Şəki Dövlət Dram Teatrında polşalı dramaturq Slavomir Mrojekin "Xoşbəxt hadisə" (tərcüməçi Vaqif Aslandır) pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi.
Benefis tamaşa Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar artist Xanlar Həşimzadənin 50 illik uğurlu səhnə fəaliyyəti və 70 illik yubileyinə həsr edilmişdir.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, baletmeysteri Çingiz Novruzəliyevdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Gəlmə adam), Əbülfət Salahov (Qoca), aktyorlar Xəyal Salahov (Ər), Nazilə İmamhüseynova (Arvadı) və Önər Salahov (Körpə) ifa ediblər.
Xanlar Həşimzadənin hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaqüstə alqışlayıblar.
Benefis tamaşanın sonunda çıxış edənlər yubilyarı təbrik ediblər. Fəxri fərman və xatirə hədiyyələri təqdim ediblər.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)