“Zaman adlı qatar” filmi haqqında düşündüklərim Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Yanvar ayının 25-də Nizami Kino Mərkəzində "Zaman adlı qatar” filminin səkkiz il sonra yenidən təqdimatı oldu. Bu dəfə fərqli baxışla izlənilən film təhsil işçilərinə təqdim olundu. İncəsənət şagirdlərin həyatında böyük rol oynayır, onları düşünməyə vadar edir, bir şəxsiyyət kimi formalaşmaqda kömək edir.
Bir rəsm əsəri, musiqi əsəri, tamaşa, düşündürən film insanın həyata baxışını, düşüncəsini tamamilə dəyişdirə bilər.
Bu barədə ekspertlər, sənətkarlar fərqli çıxışlar etdilər.

 

Yalnız mən sadəcə filmə baxmağa başlayandan onun sehrinə düşmüş izləyiciləri görəndə çox sevindim.Bir nüansı qeyd edim, sənət və sənətkarın zamanı və məkanı olmur. 2015-ci ildə çəkilmiş bu filmin təbliğatı az olsa da, o zamankı meyarlara görə çox uğurlu çəkilmiş filmdir. Filmin ssenari müəllifi Nərgiz Bağırzadə real hadisələrə bağlı olan sevgi hekayəsini öz yanaşmasında olduqca maraqla təqdim edib. Rejissorun düşüncələri isə filmi bizə Qeyri adi alilikdə diqtə edir.

Filmin baş qəhrəmanı balaca qızçığaz və onun böyük ana sevgisidir. O sevgi ki, hətta ən əlacsız zamanda belə, insanı yaşada, qoruya, möcüzələr yarada bilər. Psixologiyada özünətəlqin deyilən bir anlayış var. Hər bir insan bu dünyaya təsadüfi gəlmədiyini, hər hansı bir missiyasının olduğunu bilməlidir. Bir də ən gözəli, hər gün öz-özünə bu dünyada möcüzələr olur deməkdir. Hər sözün enerjisi olduğu və inandığın üçün möcüzələr həqiqətən də baş tuta bilər.
Film real hadisələrə istinad olunaraq ekran həllini tapıb. Əlbəttə ki, rejissor və ssenaristin öz dəsti-xətti istiqamətində uyğun dəyişikliklərlə.
Bakı kəndlərinin birində yenicə rəhmətə getmiş İradənin 4-5 yaşlarında balaca qızı var. Həyat yoldaşı İradəni çox sevdiyindən ölümündən sonra bir müddət görünmür. Anası isə körpə nəvəsini Anasının hələ də müalicədə olduğu yalanına inandırır. Bu dövrdə Leyla Axındova adlı yeni bir müğənni TV ekranlarında görünür. Qadın TV-də gəlininə eyniliklə bənzəyən bu gənc xanımdan gözlərini çəkə bilmir.
Nəvəsinin xiffətini, göz yaşlarını fəryadına daha dözməyib, çarəsiz qalan nənə həmin müğənnini tapıb ona əhvalatı başa salır. Yeni müğənnilik iddiasında olan qadın isə heç cür bu məsələyə qarışmaq və başını ağrıtmaq istəmir. Burada artıq biz Leylanı da və onun həyatında baş verənləri də paralel olaraq izləməyə başlayırıq. Məlum olur ki, Leylanın dostu gənc biznesmenlə sevgilidir. Leyla Niyazın onunla ailə quracağına inandığı dövrdə Niyaz tamamilə ayrı düşüncələrdə olur. Niyaz Leylanı bacısının ad gününə çağırır. Ata və anası Leylanı gələcək gəlinləri kimi yox, bir müğənni kimi qarşılayırlar və ona təhqiredici sözlər deyirlər. Bu atmacalardan Leyla çox dərin sarsıntı keçirir və bundan sonra  Niyazla danışmır, boşluqdan istifadə edən Niyaz Leylaya xəyanət də edir. Leyla tamamilə tənhalaşır  və ananın dediyi elektron adreslə balaca qızçıqazla ünsiyyət qurur. Bənzəri olduğu İradənin roluna girib qızçıqazla danışır. Bir müddət balaca qızçığaz anasıyla danışdığından əmin olur. Bu müddətdə Leyla da qıza öyrəşir. Kasıb ailədə ta uşaqkən yetim qalmış Leyla da meylini bu qızçığaza salır. Çox keçmir Ata qayıdır. Bu danışığa hec cürə razı olmur, hər şey yenidən pozulur. Əlbəttə bu məqamda  tamaşaçı düşünür ki, yox, bu insanlar heç zaman qovuşmayacaq. Yalnız bayaq dediyim kimi, möcüzə baş verir. Filmi bütünlüklə sizə danışmaq fikrim yoxdur. Filmi izləyib hər biriniz bu gözəl sonluğun şahidi olacaqsınız.
Mənim bu yazını yazmaqda məqsədim tamamilə başqadır.

Həyatda yalnız təmiz məhəbbət və insanlıq qalib gəlir. Bu filmin süjetində mistik bir aurа var. Əlbəttə, bir izləyici kimi mən bunu deməyi özümə borc bildim. Film insanlığı təbliğ edir, mərhəməti, məhəbbəti təbliğ edir. İndiki dövrdə xoşbəxt sonluqla bitən və xeyrin qalib gəldiyi nə qədər film görmüsünüz?
Mənim də bu filmin qəhrəmanları kimi möcüzəyə inanmağa ehtiyacım var. Mən möcüzələrə çox inanıram. Bilirəm ki, anaların övladlarla bağı müqəddəsdir, hətta hər iki dünyada belə, bilirəm ki, əsl sevgi əbədidir. Ona zaman və məkan ayrılıq və ölüm mane ola bilməz.
Bilirəm ki, dostluq və mərhəmət dünyanın ən böyük xilaskarıdır. Bilirəm ki, m
eşşan və dünyəvi insanlar həmişə uduzur.
Mən yaradıcı qrupu ən birinci gözəl ürəyin sahibi olmasına, sonra bu ürəyin istedada və kinomatoqrafiyaya yol açması münasibətilə təbrik edirəm.
Bəli, əzizlərim, filmlərin də, rəsm əsərlərinin də, əsərlərin də ürəyi öz yaradıcılıq yolu və ömrü var.
Rejissor qarşına qoyduğu bütün məqsədlərinə çatmış və düşündüklərini kino diliylə öz tamaşaçılarına çatdıra bilib.
Bu filmin
ürəyini gördüyümdən  ruhuma toxuna bildiyindən bu yazı da yarandı.
"Zaman" adlı qatarda bir daha görüşənə qədər.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.