KÖHNƏ RADİO - 13 fevral Beynəlxalq Rado Günüdür... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Cəsarət gözəl xüsusiyyətdir, kimdə varsa ağrı-acısını yaşasa da, cəmiyyətdə alnıaçıq-üzüağ olub. Nəzərə çarpıb, ehtiram qazanıb. Amma cəsarətin də növləri var- dəlisov və ağıllı. Dəlisov cəsarətin bədəli həmişə ağır olub, həyatı məşəqqətə çevirib. Ağıllı cəsarət isə ictimai-siyasi quruluşdan asılı olmayaraq birmənalı qarşılanıb, səmimi qəbul olunub...

 

13 fevral Beynəlxalq Radio Günüdür. Nədənsə hər dəfə təqvimin bu günündə ilk yadıma düşən Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü, professor Qulu Məhərrəmli olur. Doğrudur, onun bir jurnalist kimi əmək fəaliyyətinin radio ilə heç bir əlaqəsi yoxdur, amma bir alim kimi Azərbaycan radiosuna həsr etdiyi fundamental əsərlərin, araşdırma yazılarının dəyəri çox böyükdür. “Radiodramaturgiya dili”, “Radio dalğalarında”, “Radioteatr dəvət edir”, “Radio verilişlərinin dili və üslubu”, “Danışır Təbriz” əsərləri, eləcə də “Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə”, “Radio jurnalistikası: təməl biliklər” və s. dərslikləri Qulu Məhərrəmlinin bu sahədə misilsiz xidmətinin nəticəsidir...

Heç bir partiyanı təmsil etmir, siyasi oyunlardan, hakimiyyət hərisliyindən çox uzaqdır. Fəqət, siyasi düşüncəsindən, ictimai mövqeyindən asılı olmayaraq, onu hamı bir şəxsiyyət, qorxmaz bir ziyalı, xalq adamı kimi qəbul edir. Əlbəttə ki, onu bu zirvəyə qaldıran xidmətlətləri ilə yanaşı AĞILLI CƏSARƏTİdir...

Bəli, 13 fevral Beynəlxalq Radio Günüdür. Azərbaycan radiosu deyiləndə ilk yadıma düşən Qulu Məhərrəmli başda olmaqla bütün keçmiş və indiki radio işçilərini bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.