Bu gün Beynəlxalq Könüllülər Günüdür - ASAN-da onların sayı 40 mini ötdü Featured

5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə ölkədə silsilə tədbirlər keçirilir. Belə görüşlərdən biri də ölkə həyatında özlərinə möhkəm yer eləmiş ASAN könüllüləri ilə təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

Dövlət Agentliyinin sədri görüş iştirakçılarına təbriklərini çatdırıb.

Həmçinin görüşdə “ASAN xidmət” mərkəzləri üzrə qeydə alınan 40.000-ci könüllü – Fateh Həsənliyə təşəkkürnamə və ASAN İnnovativ İnkişaf Mərkəzinin hədiyyə təlim paketi təqdim edilib.

Sonra il ərzində fəallığı ilə seçilən 67 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim edilib.

Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının ifası ilə davam etdirilib.

 “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 40.000-dən çox könüllü gənc qoşulub. Könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.