Azərbaycan Ədəbiyyat Fondu Sabunçu Gənclər Evində Yeniyetmə və gənclərin mütaliəyə cəlb edilməsi layihəsini təqdim edib Featured

 

Oktyabrın 18-də Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun, Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə Sabunçu Gənclər Evində  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi”nin qalibi olan Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində 67, 89, 89, 90, 94, 107, 169, 309, 310 nömrəli tam orta məktəblərin, 

68, 72, 74 nömrəli məktəb-liseylərin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Təqdimat mərasimini Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov ev sahibi qismində açaraq qonaqları təqdim edib, tədbirə uğurlar arzulayıb. 

Tədbirin moderatoru olan Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn layihәnin birinci mәrhәlәsindә hәdәf auditoriyası olan yeniyetmә vә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib.

İkinci mәrhәlәdә ölkә şәhәrlәrindә hәdәf auditoriyası ilә görüşlәr keçirilir, mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla onlara hәdiyyә edilir. 

Daha sonra çıxış edən Xalq yazıçısı Elmira Axundova dinləyicilərə kitabların faydasından, tərbiyəvi rolundan, özünün Ümummilli lider Heydər Əliyevən bəhs edən “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” əsərinin yaranma tarixçəsindən danışıb. 

Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva-İskəndərova təmsil etdiyi qurumun, ümumən Gənclər və İdman Nazirliyinin mütaliə mədəniyyıtini prioritet saydığını dilə gətirib, görülən cari işlərdən bəhs edib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon nümayəndəsi Elnarə Məmmədova mütaliənin insanın formalaşmasında mühüm rolundan danışıb. 

Daha sonra qiraətçi, “Azərbaycan oxucuları” Kitab Klubunun rəhbəri Yasin Laçınlı “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabından mütaliənin insana gətirdiyi hərtərəfli faydalar barədə bilgilər verib. 

Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.

Tədbir foto-sessiya ilə başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.