"Ulduz"lu görüşlər"in növbəti qonağı Azər Turan olub

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ulduz" ədəbiyyat dərgisinin "Ulduz"lu görüşlər"layihəsi davam edir. Layihənin növbəti qonağı tənqidçi, publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olub.

 

AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib.

"Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi  olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin  milli düşüncə tariximizə nəzər salaraq,  ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk,  vətən və millət mövzuları  ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad,  Hüseyn Cavid, Məhəmməd Hadi,  Əli bəy Hüseynzadə kimi dühaların  yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda  tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.

Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.