
Super User
Şair və şah babamızın təxəllüsü haqqında
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Xətai” sözü ölkəmizdə, o cümlədən Cənubi Azərbaycanda çox işlənən insan, yer, xalça və aşıq havası, şirniyyat, desert adları və təxəllüs kimi məşhurdur. Tarixi faktlar sübut edir ki, XVIII əsrə kimi Borçalı mahalında Xatay, Eçmiadzin yaxınlığında Kitay, Təbriz və Ərdəbil yaxınlığında Xətai adlı kəndlər, İrəvan çuxuru yaxınlığında Xatay mahalı və s. olmuşdur. İndi də Bakıda, Ağstafa, Xocavənd, Şərur və digər regionlarımızda bu adda rayonlar, kəndlər, küçələr, metro stansiyası və insan adları vardır.
Bu sözün ad və təxəllüs kimi daha çox görkəmli dövlət xadimi və şair Şah İsmayılla məşhurlaşdığını söyləsəm, yəqin etiraz edən olmaz. Akademik Fuad Qasımzadə Axund Hacı Kərbalayi Soltan Hüseynqulu oğlunun “Şah İsmayıl Xətai (xronoloji-tarixi məlumatlar” kitabına yazdığı “Siyasət, sənət, elm müsəxxiri” adlı ön sözdə həmin kitabın müəllifinə istinadən qeyd edir ki, Şah İsmayılın 11 təxəllüsü, 29 ad və ləqəbi olmuşdur. Əsl adı Əbül-Müzəffər İsmayıl ibn Heydər əs-Səfəvi olan şairimiz bunlardan daha çox “Xətai”-dən istifadə etmişdir. Filologiya üzrı fəlsəfə doktoru L.Faiqqızı yazır ki, son zamanlar bu ad və təxəllüsün “Xətai” yox, “Xətayi” olması təsbit edilmişdir.
Şah babamızın “Xətai” təxəllüsü barədə çoxlu versiyalar vardır. Bunların, demək olar ki, əksəriyyəti barədə sizlərin məlumatınız var. Amma mən yenə də hamısını yox, bəzi versiyaları xatırlatmaq istərdim.
Versiyalardan ikisi Çaldıran döyüşü ilə bağlıdır. Birinci versiyada göstərilir ki, bu döyüşdə məğlub olan Ş.İsmayıl onun nəticələrini biləndən sonra peşiman olur, xəta etdiyini söyləyir. İkinci versiyaya görə, guya həmin döyüşündə Şah İsmayılın xanımı Taclı Bəyim Sultan Səlimin adamlarına əsir düşür. Taclı Bəyim üstündəki zinət əşyalarını əsgərlərə verərək, qaçır, lakin onun son aqibəti bilinmir. Şah İsmayıl bundan sonra xəta edən anlamına gələn “Xətai” təxəllüsünü götürür.
Mövcud olan versiyaların birində qeyd edilir ki, şairin adının ərəbcə yazılışı toplandıqda 1001 alınır ki, bu da allahın adının sayı ilə əlaqələndirilir. (L.Faiqqızı) Hürrün məzarının açılması məsələsi də bir ayrı versiyadır. (Mənbə: Seyx Abbas Qummi: “Nəfsul-məhmum”)
Başqa bir versiya ubidiyyət versiyasıdır. Ubidiyyət bir haldır, elə bir hal ki, insan bəndə kimi Allah qarşısında günahkar olduğunu etiraf edir, özünü Yaradanın qarşısında kiçildir. Amma bu, insanı kiçiltmir, daha da ucaldır. Allah qarşısında özünü kiçik saymaq bəndəliyin ən üstün cəhətidir. Ş.İsmayıl da Allah qarşısında kiçikliyini və günahkar olduğunu bildirmək üçün “Xətai” təxəllüsündən istifadə edir. M.Qasımlının fikrincə də, Xətai dini-sufi inancına görə özünü uca Allah qarşısında xətalı, səhvli (Xətai-xətalı) sayırdı.(Həmin dövrlərdə “Abdal”, “Miskin” təxəllüslərindən istifadə edən şairlər kimi)
Digər bir versiya Hatay təkkəsi versiyasıdır. Təkkə dindarların toplanıb ilahi hikməti və Allah sevgisini öyrənib anladıqları məkandır. Əssəyyid Ahmed Mekki Üşışık “Tam İlmihal” kitabında yazır ki, İsmayıl atası Şeyx Heydərdən qalan Xətay təkkəsində təhsil alımış və həmin təkkədə Şeyx İsmayıl Xətai olmuşdur. Həmin zamanlarda yetişən şeyxlərin yetişdikləri təkkələrin adları ilə çağrılması ənənəsi çoxlarına məlumdur. Məsələn, Əmrə təkkəsindən çıxmış Y.Əmrə və T.Əmrə özlərinə “Əmrə” təxəllüsünü götürmüşdülər. Və ya onlara bu təxəllüsü vermişdilər.
Bir başqa versiyada isə belə hesab edilir ki, təxəllüsün kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub.
Ayrı bir versiyada Ş.İsmayılın təxəllüsü Ərdəbil yaxınlığındakı Xətai kəndi ilə əlaqələndirilir. Və bu adın da Xatay türkləri ilə bağlı olduğu bildirilir.
Bəri başdan deyək ki, yuxarıda qeyd olunan və olunmayan versiyaların bir qisminin heç bir əsası, yəni sübutu yoxdur. Onları təsdiq edən yazılı mənbələr də mövcud deyil. Bəzilərini isə faktlar özləri təkzib edir. Bizcə, bu versiyalar (əfsanələr) insanların böyük şairə olan hörmət və ehtiramdan, onun təxəllüsünün leksik mənasını öyrənmək istəyindən irəli gəlmişdir.
Biz isə sizin diqqətinizi son üç versiyaya cəlb etmək istəyirik. Bu versiyaların hər üçündə “Xətay” türklərindən bəhs olunur. Bəs tarixdə belə türk qəbiləsi (tayfası) olmuşdurmu?
Bəli, mənbələr belə bir türk qəbiləsinin olduğunu təsdiq edir.
Məsələn, Xətay qəbiləsinin movcudluğunu N.Gəncəvinin, onun ədəbi məktəbinin davamçısı fars şairi Xacu Kirmanininəsərlərində də görürük. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən çap olunmuş “Nizami Gəncəvi və folklor” kitabında qeyd edilir ki, “Nizaminin qənaətinə görə, xəta işlədiyi üçün cənnətdən qovulub yer üzünə göndərilən ilk insan – Adəm türk olmuşdur. Nizami hətta onu Xatay türkü hesab edir. Şairin «Sirlər xəzinəsi» poemasında oxuyuruq: “O, ay kimi (təmiz, günah etməyən, gözəl – İ.V.) Xətay türkü oldu, Və xəta zülfünü papağının altında gizlətdi.” Adama elə gəlir ki, Nizami Adəm peyğəmbərdən deyil, Ay kağanın bətnində ikən Allaha tapınan Oğuzdan danışır. Ola bilsin ki, böyük türk sərkərdəsi Şah İsmayıl da özünə bu səbəbdən «Xətai» ləqəbini götürmüşdü. Maraqlıdır şairin qənaətinə görə, Adəm ay kimi Xətay türkü olub xəta zülfünü papağının altında gizlədir. Papağın məhz çox əski çağlardan Türkün qeyrət, namus rəmzinə çevrilməsinin kökündə bu qənaət dayanır”.
X.Kirmani isə qəzəllərinin birində ustadı Nizamini “Xətay türkü” adlandıraraq yazırdı: “Məndən o Xətay türkünə bir deyən kəs yoxmu, günahım varsa, Geri dön ki, ümidimiz var səndən…”.(sətri tərcümə)
Görkəmli alimimiz, filologiya elmləri doktoru, professor M.Seyidov özünün “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində mənbələrə əsasən yazır ki, “Xəta//Xətayi azərbaycanlıların soykökündə duran qəbilələrdən biridir”. O qeyd edir ki, “Xətay//Xatay sözü “xət//xat” və “ay” tərkiblərindən ibarətdir. Xat//xət” bir sıra türk dillərində “qatı”, “qatı eləmək”, “təpə”, “güclü külək” anlayışları mənasındadır. “Ay” isə əski saq, Yaqut dillərində çoxanlamlı sözdür. “Ay” Yaqut dilində “yaratmaq, yaradıcı, başlanğıc”, tanrı, yaradan və s. mənalarında işlənir. Bu anlamlar göstərir ki, azərbaycanlıların soykökündə duran bu qəbilənin həmin adda –Xətayi adında insan yaradan, yaradıcı tanrısı olmuşdur. Bu tanrı yalnız dünyanı, insanı yaratmamışdır. O həm də bədii söz və sənət yaradıcısıdır. Həmin tanrını yaradan qəbilə öz adını da Xətay tanrısından götürmüşdür.
Təsadüfi deyildir ki, türk əsilli (bəli, türk əsilli) S.Nova Xətayi ilə bağlı şeirlərindən birində onu açıqdan-açığa “aləmi yaradan”, söz-kəlam yaradan yaradıcı kimi öyür. Bu həm də onu göstərir ki, XVII-XVIII əsrlərdə Xətayi adlı tanrı aşıqlar arasında hələ də hörmətlə anılırmış.
Xatay qəbiləsi barədə məşhur professor, filologiya elmləri doktoru A.Paşayevin “Azərbaycan təxəllüsşünaslığının əsasları” adlı əsərində də maraqlı məlumatlar təqdim edilir. Məsələn, kitabda oxuyuruq: “Belə nəticəyə gəlmək olar ki, geniş mənada tanrı – yaradan mənasında olan Xətai etnonimdir. Müasir Çin, Qədim türk və bir çox müasir dillərdə “Kitay” adlanır. Demək, “Kitay” adı da məhz “xatay” etnonimindən yaranmış, Kitay e.ə. 221-207-ci illərdən mərkəzləşdirilmiş imperiya yaradan Sinin adı ilə adlanmışdır…Və ya əgər “Xatay”, “Kitay” toponim və ya etnonim kimi “tanrı – yaradan” mənası ilə əlaqədardırsa, onda fars dilində Xuda (Allah və ya Tanrı) teoniminin də elə “Xatay” sözündən yaranmasını ehtimal etmək olar”.
Bəs bu xatay qəbiləsi harada yaranmışdır. Onların ilkin vətəni hara olmuşdur?
Türk etnonimlərinin ən görkəmli tədqiqatçısı olan, filologiya elmləri doktoru İ.Cəfərsoy göstərir ki, Çin hüdudlarında yaşayan türk tayfaları içərisində “Katay”lar da olmuşdur. Onların VI əsrdən başlayaraq Çinin siyasi həyatında mühüm rol oynadıqlarını tarixi faktlar sübut edir. Alim qeyd edir ki, “xatay” etnonimi xatay-qutaş quş adından (Totemdən törəmiş “xutay-kitai-qutan” sözləri eyni bir onqonun adını bildirir. Buradan aydın olur ki, Şah İsmayılın özünə təxəllüs seçdiyi “Xətai” sözü bu onqonla bağlı olduğundan qədim türk uluslarından sayılan Xatayların adını özündə yaşadır” (“Xətai” təxəllüsü. “Elm və həyat” jur. N2, 1982)
Çindəki tarixi Maçin (Tavğac) ərazisindən söhbət açan türkoloqB.Tuncay “I sahib Gəray xanın yarlıkları (fərman, əmr və buyruqları-İ.V.)” adlı yazısında göstərir ki, “Mahmud Kaşğarlının “Divan-i Lüğət ət-Türk”də yazılanlardan belə anlaşılır ki, “Tavğaç” Maçinin adıdır və həmin ərazi Çindən, daha doğrusu Çin səddindən dörd aylıq uzaqlıqda yerləşir. Bildirilir ki, əslində üç hissədən ibarətdir. Bunlardan birincisi Yuxarı Çindir ki, bura “Tavğaç” deyilir. İkincisi Orta Çindir ki, “Xətay” adı ilə tanınır. Aşağı Çindir ki, “Barxan” adı ilə tanınır. Lakin indi “Tavğaç” Maçinə deyilir, Çin isə Xətaydır…1550-ci ildə verilmiş yarlıqda yer alan “...məndən Cituqan çayı sahilindəki, cənubdan Xətay, şimaldan Kurlyaut, şərqdən Çiraq, qərbdən Çiqillə həmsərhəd olan Kiçi Sakal çölündə yerləşən şirin sulu quyunu onun istifadə etməsini xahiş etdi...” cümləsində yer alan “Xətay” coğrafi adının çəkilməsidir ki, bu da yarlığın yazıldığı dövrdə Krımda oturan Uluq Ulus (Turan) xanlarının hökmünün, eynən əvvəlki xanların dövründə olduğu kimi, Çini də əhatə etməsindən, yəni Çinin də Turan dövlətinin daxilində olmasından xəbər verməkdədir”.(i-sahib-gc999ray-xanin-yarliqlari (2).pdf)
İbn-əl-Əsir (XIII əsr) “Əl-kamilfi-t-tarix” əsərində yazır: “Xatay Çinin bir mahalının və Xəta türklərinin adıdır”. Tədqiqatçı Ş.Samiyə və M.Əvhədi Ə.Bakuviyə və digərlərinə, əski Çin mənbələrinə istinad edərək bildirirlər ki, xataylar qədimdən uzaq Mancuriyada (qədimdə bu əraziyə Maçin də deyilib) yaşamış türk tayfalarından biri olmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı da Nizaminin yuxarıda göstərilən beytinə şərh verərkən deyir ki, Xətay bölgəsi Çində yerləşir və orada türklər yaşayırlar. (N.Yalçın: “N.Gəncəvinin kamilliyə gedən yolda ilk nəsihəti” məqaləsi, “Ədəbiyyat” qəzeti, 18 dekabr 2021-ci il)
Xataylar e.ö. III minillikdən miqrasiyalara başlamış Şərqi Türküstandan Suriyaya (Hataya) qədər uçsuz-bucaqsız ölkələrə yayılmışlar.İ.Cəfərsoy qeyd edir ki, “Kitay və ya Xatay ön Asiyanın çox qədim xalqlarıdır. Onların tarixi vətəni indi Türkiyə ərazisindədir və Hatay adlanır. Çünki müasir türk dilində “x” səsi yoxdur.” O, yazır: “Xatay eyni zamanda Türkiyə ilə Suriya arasındakı qədim mahalın adıdır… Məlum olan odur ki, həm Çin Türküstanında, həm də Şimali Suriyada Xatay adlı mahal və şəhərlər olmuşdur. E.ö.II minilliyə aid Xett və e.ö.I minilliyə aid Urartu kitabələrində Xatay mahalının adı Xate kimi yazıya alınmışdır… Xatayların bir hissəsini Urartu çarları e.ö.782-ci ildə Anadoludan İrəvan çuxuruna köçürmüşdülər. Əmir Teymur isə İldırım Bayazidlə döyüşdən sonra xatayların digər bir hissəsini Ərdəbildə və Təbrizdə yerləşdirmişdir. Şah İsmayıl Xətayinin əcdadları da Anadoludakı xataylardandır”. Ə.A. Mekki Üşışık da “Tam İlmihal” kitabında yazır ki, Ş.İsmayılın babası Şeyx Cüneyd Ərdəbil şəhərindəki Hatay (Xətay) türklərindən idi.
İ.Şahbazov isə “Azərbaycan müəllimi” qəzetinin 05 sentyabr 1979-cu il tarixli sayında dərc olunmuş “Xətai” məqaləsində Şah İsmayılın təxəllüsü haqqında yazır: ”Qədim fars dilində yazılmış kitablarda Çin, Təklə Muğan, Orta Asiya və ümumiyyətlə Şərqdə azərbaycanlıların ərazisinə Xəta deyilmişdir. Beləliklə, Şah İsmayıl azərbaycanlıların yaşadığı Xəta ölkəsini vətəni hesab edib özünü Şah İsmayıl Xətai adlandırmışdır”. (Onu da qeyd etməyi vacib sayırıq ki, “Xətai” təxəllüslü ilk yazarımız 4500 beytlik "Yusif və Züleyxa" poemasını qələmə almış Xətai Təbrizidir.)
Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan olan parlament üzvü Məhəmmədsadıq Aran 1942-ci ildə İstanbulda “Sənan Azər” imzası ilə çap etdirdiyi, lakin zamanında rəsmi dövlət qərarı ilə Türkiyədə qadağan olan “İran türkləri” əsərində yazırdı: “Xəta” deyil, Xətay, Xitay və yaxud Kıtay şəklində istifadə edilməsi gərəkən bu kəlmə böyük bir saf türk boyunun adıdır ki, bu türk boyunun önəmli bir bölüyü İran Azərbaycanında yaşamaqdadır. Təbriz şəhərinin kamilən türk olan 300 min əhalisinin 40 minə yaxın bir qismi xətaylıdır. Onların məhəllə adı Xətaylı məhəlləsi, küçə, hamam, məscid və hətta əsrlik çinar ağacının adı belə xətaylı çınardır. Xətaylıların bir qolu da Ərdəbil şəhəri və ətraf kəndlərində yerləşmişdir”. Müəllif davam edərək göstərir ki, “Türkiyə-Fransa arasında dörd-beş il əvvəl Xətay məsələsi alovlandığı əsnalarda bir fransız qəzetinin mühərriri Antakyadakı türklərdən bu sualı soruşmuşdu: “...siz xətaylılar, əski yurdunuz olan İrandakı Azərbaycan ölkəsinə - Təbriz bölgəsinə - dönmək istəyərsinizmi?” Bu sual xətaylılardan böyük bir qisminin Azərbaycanda yerləşmiş olduğunu və avropalıların bunu bizdən daha yaxşı bildiyini göstərən bir dəlildir… Şah Xətai, Şah İsmayıl Səfəvinin atası dəxi bugünkü İranın Ərdəbil şəhəri çevrəsində yerləşən xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün özünə əcdadından yadigar qalan bu türk adını bir şərəf və fəxr ləqəbi olaraq almışdır”. (“Şah İsmayılın atası xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün...” (teleqraf.com))
Müxbirin “…siz xətaylılar, əski yurdunuz olan İrandakı Azərbaycan ölkəsinə - Təbriz bölgəsinə - dönmək istəyərsinizmi?” sualı xatayların “əski”, ilk vətənlərinin Azərbaycan olduğunun göstərgəsi ola bilməzmi?! Xataylar ordan bura yox, burdan ora gedə bilməzdilərmi!? Böyük ehtimalla yuxarıda adını çəkdiyimiz və Ərdəbil yaxınlığında olduğunu qeyd etdiyimiz “Xətai” kəndi də xətaylıların məskunlaşdığı kənd olub.
Gördüyünüz kimi, tədqiqatçılarımızın əksəriyyəti Şah İsmayılı əsil-nəcəbcə xatay türkü hesab edir və onun təxəllüsünü də həmin adla bağlayırlar. (Düzdür, buna inamsız yanaşanlar da var.) Amma həqiqət budur. Və onun bir üzü var.
M.Seyidov yuxarıda adı çəkilən əsərində yazır: “Araşdırma aydınlaşdırmışdır ki, bu qəbilədə - soyda, soybirləşməsində mədəniyyət, çağına görə inkişaf etmişdir. Xətay qəbiləsindən onlarca tanınmış sənətkarlar, bilicilər çıxmışdır. Kökü Xətay//Xatay soyu ilə bağlı bilicilərin, sənətkarların çoxusu özlərinə xətay+ı təxəllüs, ikinci ad kimi qəbul etmişlər. Elə Şah İsmayılın təxəllüsü Xətayi də bu soyun adı ilə bağlıdır. İ.Cəfərsoyun qənaətinə görə isə, Xətai onun ləqəb və ya təxəllüsü yox, nəslinin adıdır. (İ.Cəfərsoy: “Xataylar İrəvan çuxurunda” məqaləsi, “Elm və həyat” jurnalı, №2, 2022)
Ümumiyyətlə, tarixdə “Xətay” soyundan olan onlarla sənətkar var. Onların içində Şərqdə tanınmış Altun Boğa Xatay, Sulti Xətay, Xətai Təbrizi və Şüştəri, Səmərqəndi, Sui, Yəzdi, Kocrati və Mir Qurani kimi “Xətai” təxəllüsü ilə yazan şairlər olub.
“Türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda qəbilənin baş onqonunun –totemin ad götürülməsi adəti vardı. Adətə görə onların adlarını xaqanlara, sərkərdələrə, ağsaqqalara verirmişlər. Belə ad qoyma Azərbaycanda geniş yayılıbmış.
Bunun ən bariz nümunələrindən biri də qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyət Şah İsmayılın götürdüyü, yaxud ona verilən Xətai təxəllüsü və ya adıdır. Bu isə onun Xatay tanrısının adı ilə adlandırılan Xatay qəbiləsindən olduğuna işarədir. Yəni əslini və nəslini bildirir. Sözün sonundakı “i”-nın nisbət və mənsubiyyət bildirməsi də bunun təsdiqidir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Skayp” - HEKAYƏ
Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu Redaksiyamıza “Skayp” adlı qısa hekayəsini göndərib. Onu diqqətinizə şatdırırırq.
Neçə il idi ki onunla bir idarədə işləyirdik. İdarəmiz qəsəbəyə yaxın olduğundan çox zaman işə və işdən evə piyada gedib-qayıdırdıq. Yol boyu söhbət edər, olub keçənlərdən, bu gündən, gələcəkdən danışardıq. Aramızda xeyli yaş fərqi olsa da söhbətimiz tutardı. Maraq dairələrimiz uyğun idi. İxtisaslarımız fərqli olsa da hər ikimiz mühəndis idik.
Etimad müəllim təqaüdə çıxanda - iki mininci illərin əvvəlləri idi - mənə pis təsir etdi. Amma təskinlik tapırdım ki, işdən sonra qəsəbədə onunla görüşə biləcəyəm. Lakin cəmi on iki gün sonra onun Almaniyaya gedəcəyini eşitdim. Həyat yoldaşı milliyyəcə yəhudi idi, Qazaxıstanda işləyərkən tanış olub evlənmişdilər. Deyilənə görə belə ailələrə Almaniyada böyük imtiyazlar verilir, onların normal yaşamaları üçün hər cür şərait yaradılır.
Etimad müəllimi yola salanda həm o, həm də mən kövrəldik. İkimizin də gözləri yaşarmışdı.
- Uşaqlarımız, nəvələrimiz nə qədər buradadırlar, hər il gələcəyik. İnşallah, görüşərik, çay içərik, söhbətləşəri, - Etimad müəllim cib dəsmalı ilə gözlərini sildi.
Onlar köçəndən sonra ara-sıra oğluna rast gəlir, bir-birimizdən hal-əhval tuturduq.
Növbəti görüşdə mən dedim:
- Atangilə yəqin salamlarımı çatdırırsan.
- Əlbəttə, o da hər dəfə danışanda sizi soruşur, - Ərşad cavab verdi.
Avqust ayının sonları idi. İşə tələsdiyimdən avtobusla getmək üçün dayanacağa yollandım. Gözlənilmədən Etimad müəllimə rast gəldim. Bilsəniz, necə sevindim?
-Xoş gəlmisiniz, necəsiniz? Mariya xala necədi?
-Salamatlıqdır. Sən necəsən?
-Mən də yaxşıyam. Nə vaxt gəlmisiniz?
-On gündür... Şəhərə bilet almağa gedirəm. Sabah qayıdacağıq.
Etimad müəllimin cavabından duruxdum. Açığı, düşünürdüm ki o, Bakıya gələndə köhnə dostuna - mənə xəbər edər, görüşüb doyunca söhbət edərik, çay içərik, dərdləşərik.
-Gəldiyinizi bilməmişəm...
O, sözümü yarımçıq kəsdi:
-Skaypın var?
Yenicə müasir tipli nootbuk alsam və bir neçə dəfə Rusiyada yaşayan əmimoğlu ilə görüntülü danışsam da: -Yoxdur -dedim.
-Olsaydı, arada bir danışardıq.
Tutulduğumu, pərt olduğumu hiss etdim. İllərlə bir yerdə işlədiyin, dost bildiyin birisi xarici ölkədən Bakıya gələ, on gün ərzində səninlə üzbəüz danışmaq istəməyə... Belə adamla skaypla danışmağın mənası varmı?
Avtobus gəldi. Köhnə dostuma nəzakət xatirinə, “Sağ ol” deyib cavab gözləmədən maşına tərəf addımladım.
Yol boyu fikirlər beynimi çeynəyirdi. ”Bəlkə, həyat şəraitinin, sosial vəziyyətinin yaxşlaşması onu dəyişdirmişdi? Bəlkə, Qərbdə soyuqqanlı, laqeyd olmaq insanların həyat normasıdır? Bəlkə, mən heç Etimadı düz-əməlli tanımamışam, altında üzün illər hiyləgərliklə gizləndiyi maskasını görməmişəm?
Bəlkə...”
“Ədəbiyyat və incəsənət”
(17.10.20240
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
6.
MƏDƏNİYYƏT NAZİRLİYİNİN YORULMAZ FƏALİYYƏTİ
Kitabın təbliği üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini də ayrıca qeyd etmək yerinə düşərdi. Paytaxtın füsunkar Ekspo mərkəzində hər il beynəlxalq kitab sərgisinin keçirilməsi, ölkə kitabxanalarının ən zəruri və lazımlı kitablarla təmin olunması, yazıçıların dəyərli əlyazmalarının çapının maliyyələşdirilməsi, beynəlxalq kitab sərgilərində Azərbaycanın təmsil olunması bu sırada dayanan gərəkli işlərdir.
Elə hər dəfə xəbərlər lentində gözlərimiz bu sayaq xəbərləri almağa artıq öyrəşibdir: ...Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər” adlı kitab işıq üzü görüb. Kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
...Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan “Искусство Азербайджана” adlı kitab nəşr olunub. Kitabda orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümünələri haqqında bəhs edilir. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
...Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan Violonçel İnciləri” adlı kitab Azərbaycan Demokratik Respublikasının 100 illiyinə, Qara Qarayevin anadan olmasının 100 illiyinə və Sabir Əliyevin 90 illik yubileyinə həsr olunub. İki cilddən ibarət “Azərbaycan Violonçel İnciləri” adlı məcmuənin I-ci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur...
Bu cür xəbərlərin siyahısı uzandıqca uzanar...
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli vaxtaşırı respublika bölgələrinə səfər edərkən kitabxanaların vəziyyəti ilə mütləq tanış olur, qarşıya çıxan çətinlikləri öyrənir, onların həlli yollarını qısa müzakirədən sonra müəyyənləşdirib icrasını həll edir.
Nazirliyin nəzdində olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Kitab karvanı: İpək yolu ilə” layihəsini də ayrıca qeyd etməyə dəyər. Bölgələrə səyyar kitabxanaların ayaq açması, oradakı insanların, xüsusən də məktəblilərin maraqlı kitab dünyasına qovuşdurulması olduqca əhəmiyyətli bir işdir.
Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə elan edilmiş qeyri-hökumət təşkilatları üşün qrant müsabiqəsinin prioritet sahələrindən birinin də mütaliə mədəniyyəti sahəsinin olması əlbəttə ki, bu sahəyə yönələn diqqət və qayğının bariz nümunəsidir.
Zəfərdən sonra böyük qayıdışın başlanması fonunda işğaldan azad edilən ərazilərimizin iqtisadi-sosial quruculuğu fonunda mədəniyyətin, o cümlədən kitabların da prioritetlik daşıması isə dövlətimizin kitaba və mütaliəyə olan diqqət və qayğısının növbəti təzahürüdür.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və fondun zənginləşdirilməsi istiqamətində aksiyalar təşkil edildi. Medianın qarşısına çıxan mədəniyyət naziri Adil Kərimlinin çıxışı isə, əlbəttə ki, diqqətçəkən idi: “Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meyillidir və bu sahələr üzrə təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni texnologiya, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq, klassik kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir. İşğal dövründə azad edilən ərazilərdəki kitab və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”.
Növbəti: 7. Uğurlu olmaq üçün oxumalısan
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
45 yaşlı kitabxana
Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. “Ədəbiyyat və incəsənət” portalının poçtuna kitabxana əməkdaşları Aysel Həsənova və Təranə Heydərovanın “45 yaşlı kitabxana” adlı yazıları daxil olub. Həmin yazını diqqətinizə çatdırırıq.
“Azərbaycan kitabxanaları xalqımızın milli-mədəni sərvəti, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan kitabxanalarının inkişaf mərhələsi XX əsrin 70-ci illərinə təsadüf edir. Məhz o zaman Azərbaycanda kitabxana şəbəkəsi genişlənmiş, yeni kitabxanalar yaradılmışdır. Bu proses Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər kitabxananı bilik, zəka mənbəyi adlandırırdı. Təhsil və mədəniyyət sahələrinin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, oradakı zəngin mədəni irsin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bu sahəni ötən əsrin çətin 90-cı illərində də daim diqqət mərkəzində saxlamış və demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.
2024-cü ilin payızında Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. Bu kitabxana Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1978-ci ildə kütləvi kitabxana kimi təşkil olunmuş və 1979-cu ildə oxucuların istifadəsinə verilmişdir. 2011-ci ildə M.Ş.Vazeh adına Kütləvi Kitabxanaya Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası statusu verilmişdir.
Kitabxananın fəaliyyətinin vacib istiqamətlərindən biri oxuculara kitabxana xidmətinin təşkili olmuşdur. Bunun üçün kitabxanada oxucu sorğularını tam və düzgün ödəmək üçün müasir forma və metodlardan istifadə olunur. Kitabxanaların öhdəsinə düşən ən ümdə vəzifə informasiya cəmiyyətində baş verən dəyişikliklərdə iştirak etmək, insanları informasiya ilə təmin etməkdir.
MKS-də həyata keçirilən informasiyalaşdırma prosesi oxuculara onların tələbatına uyğun informasiya almaq imkanı verir. Kitabxananın təşkil etdiyi tədbirlər bir çox Veb sayt və KİV-lərdə, “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “Mədəniyyət”, “Vışka”, “Yeni Təfəkkür” qəzetlərində və “Mədəniyyət.az” jurnalında işıqlandırılır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Facebook (yasamal MKS, “Sərhədsiz informasiya tribunası”), İnstagram (yasamalmks), Twitter (yasamal_MKS) sosial şəbəkələrində və YouTube kanalında səhifələri var.
Sosial şəbəkələrdə və kitabxananın YouTube kanalında oxucu kontingentinin maraq dairəsinə uyğun olan aktual mövzular, əlamətdar və tarixi günlər, kitab təbliğatı mövzusunda materiallar da əks olunur.
Kitabxananın təşkil etdiyi tədbirlərdə kitab və mütaliə, tariximiz, mədəniyyətimiz, milli adət və ənənələrimiz təbliğ olunur. Bu tədbirlər oxucuların mədəni və intellektual səviyyəsinin yüksəldilməsinə yönəldilərək, gənc nəslin torpağa, Vətənə, onun böyük şəxsiyyətlərinə məhəbbət hisslərini aşılayır, hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirir, onların asudə vaxtlarının səmərəli təşkilinə təkan verir.
Kitabxananın qarşısında duran ən vacib məsələlərdən biri uşaq ədəbiyyatının təbliğidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən Facebook sosial şəbəkəsində “Kitabsevər usaqlar” səhifəsi və eyniadlı YouTube kanalı fəaliyyət göstərir. Azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədi ilə “Kitabsevər uşaqlar” səhifəsində maraqlı nağıl, əfsanə, hekayə və şeirlər yerləşdirilir. Burada uşaqlara onların məntiqini inkişaf etdirən sual və tapşırıqlar verilir, müxtəlif müsabiqələr keçirilir.
Son 6 ildə Mərkəzi Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Tarix yazan igid veteran və qazilərimiz”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”, “Nəşrə hazırladığımız kitablar”, “Kitabxananın Beynəlxalq əlaqələri”, “Təbiətə valeh olanlar”, “Mədəniyyətimizin incisi – Şuşa” davamlı sosial layihələr həyata keçirilmişdir. “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində kitabxana MDB kitabxanaları ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə interaktiv plakatlar hazırlanır, Blaqoveşensk şəhər kitabxanası ilə təcrübə mübadiləsi aparılır. S.Vurğun adına Kiyev Şəhər Kütləvi Kitabxanasında, Udmurd və Saxa Respublikasının Milli Kitabxanalarında Azərbaycan guşəsi yaradılmışdır. “Tarix yazan igid veteran və qazilərimiz” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, Vətəni canından artıq sevən Azərbaycanın igid oğul və qızlarının həyatı, döyüş yolu haqqında məlumat verilir. Kitabxananın İkinci Qarabağ müharibəsi qazisi Kənan Cabbarlı, müharibə veteranı, qazi, Xocalı soyqırımının şahidi Valeh Hüseynovla keçirdiyi görüşlər bu qəbildəndir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatında işğaldan azad olundu. Bununla əlaqədar, Mərkəzi Kitabxana “Azad olmuş şəhərlərimiz” layihəsi çərçivəsində tədbirlər keçirmiş, videoçarxlar hazırlanmışdır.
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” Beynəlxalq layihəyə start verildi. Layihə çərçivəsində Mərkəzi Kitabxananın fəxri oxucuları olan şair və yazıçılar, ziyalılar Şuşa haqqında yazdıqları şeir, hekayə, əfsanə, nağıl, esse və s. oxuculara təqdim edirlər. “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” Beynəlxalq layihə həyata keçirilir. Layihə çərçivəsində təqdim olunan əsərlədə təbiəti qorumaq, ətraf mühitə qayğı göstərmək, sağlam gələcək naminə yaşıl dünyamızı qorumaq tovsiyə olunur. Layihəyə informasiya dəstəyini “Вышка” qəzeti verir. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində yubileyləri olan tanınmış şəxsiyyətlər, yazıçılar, şairlər, mədəniyyət və elm xadimləri, Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər haqqında 50-ə yaxın videoçarx, videoməlumatlar, informasiya məktubları hazırlanmış və tədbirlər keçirilmişdir. “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində Mərkəzi Kitabxananın 45-dən çox Fəxri oxucusu mütəmadi olaraq yeni əsərlərini kitabxanaya təqdim edirlər. “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində oxucular, ziyalılar, yazıçılar, şairlər yazdıqları kitabları və şəxsi kitabxanalarından olan kitabları kitabxanaya hədiyyə edirlər.
Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ilə birgə hələ 2018-ci ildə həyata keçirdiyi bilinqivistik layihə əsasında “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı nəşrə hazırlanmışdır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə əlaqədar və böyük Zəfərimizə həsr olunan yazar qadınların “60 çiçək – bir çələng” ədəbi almanaxı, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar aforizm və sitatlarından ibarət “Azərbaycanın zəngin mədəniyyəti var” kitabları da nəşrə hazırlanmışdır.
Kitabxanada “Zəfərin mübarək, Azərbaycan!”, “Uşaqlar Tanrının səltənətidir. Дети – сокровище Творца” adlı elektron toplular və şair Qadir Hüseynovun “Mənim dünyam...” adlı elektron kitabı hazırlanıb.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatına həsr olunan şair, yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əsanələri” və yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabı kitabxana ilə birgə hazırlamışdır.
2018-ci ildə M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Fəxri oxucu institutu yaradılıb. Tanınmış şair və yazıçılar, ziyalılar – Milli Məclisin deputatları Aydın Mirzəzadə və Cavanşir Feyziyev, Xalq şairi Vahid Əziz, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, nasir, şair, tərcüməçi, kinodramaturq, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, şair, bəstəkar Xanım İsmayılqızı, yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli, uşaq yazıçısı, şair Gülzar İbrahimova, şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı, publisist Reyhan Mirzəzadə və b. kitabxananın Fəxri oxucularıdırlar.
Kitabxanada kitab təqdimatları, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya tədbirləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar, vətənpərvərlik tədbirləri, kitab sərgiləri və s. keçirilir. Kitabxanada mütaliə günləri, şeir və qiraət müsabiqələri, nağıl və rəsm saatları, kitab sərgiləri təşkil olunur. Videoçarxlar hazırlanır, sosial şəbəkələrdə paylaşımlar edilir, şair və yazıçıların kitabları təbliğ edilir, ən çox sevilən yazıçı və şairlərlə görüşlər təşkil edilir. Son 6 ildə kitabxanada 250-ə qədər videoçarx, 1000-dən çox kitab sərgisi, 50-ə qədər fotostend, 40 informasiya məktubu, 4 elektron (virtual) sərgi hazırlanmışdır.
Kitabxana Yasamal rayon Heydər Əliyev Mərkəzi, Gəncə şəhər, Quba, Ucar rayon MKS-ləri ilə əməkdaşlıq edir.
Kitabxanada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbirlər, “İnsan Hüquqları Aylığı” çərçivəsində və uşaq hüquqları dair müxtəlif tədbirlər həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin 100 illik, akademik Zərifə Əliyevanın 100 illik, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyləri qeyd olunmuşdur. Kitabxana Mirzə Şəfi Vazehin 225 və 230 illik yubileyi, İmadəddin Nəsiminin 650 və 655 illik yubileyi, A.A.Bakıxanovun 225 və 230 illik yubileyi, dramaturq Cəfər Cabbarlının 120 və 125 illik yubileyi, rus şairi M.Y.Lermontovun 210 illik yubileyi, Məhəmmədhüseyn Şəhriyarın 110 və 115 illik, istiqlal şairi, tərcüməçi Əhməd Cavadın 130 illik, böyük dramaturq Hüseyn Cavidin 135 və 140 illik, Aşıq Ələsgərin 200 illik, şair, yazıçı Əli Tudənin 100 illik, nasir, dramaturq İlyas Əfəndiyevin 110 illik, yazıçı, publisist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 və 105 illik və b. yubileylərini keçirmişdir.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxana şair, yazıçı Pərixanım Mikayılqızının (Muradova) 70 illik yubileyi, uşaq yazıçısı və şair Gülzar İbrahimovanın 60 və 65 illik yubileyləri, tanımış yazıçı, publisist Nüşabə Məmmədlinin 70 illik yubileyi, yazıçı, publisist Gülarə Munisin 70 illik yubileylərini, AYB-nin üzvü, “Qızıl qələm” və Mahmud Kaşğari mükafatları laureatı, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun, yazıçı-publisist Mənzər Niyarlının və digər yazıçıların, şairlərin yaradıcılıq gecələrini təşkil etmişdir.
Kitabxana şair, publisist Sevinc ağa Xəlilqızının, yazıçı Mircəfər Seyidovun, yazıçı, publisist Nüşabə Məmmədlinin, Pərixanım Mikayılqızının, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin, Esmira Günəşin və digər şair və yazıçılarının kitablarının təqdimatlarını keçirmişdir. “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birlikdə hazırladığı “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitabının, “60 çiçək – bir çələng” adlı Zəfər almanaxının da təqdimatları oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsini də təşkil etmişdir.
Kitabxana cəmiyyətdə sosial reabilitasiyaya və uyğunlaşmaya ehtiyacı olan sağlamlıq imkanları məhdud insanlara məlumat əldə etmək, onların asudə vaxtlarının təşkilinə dəstək vermişdir.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası və “Mədəniyyət Nazirliyinin gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar maraqlı tədbirlər həyata keçirilir.
Mərkəzi Kitabxanada İRBİS 64 (AKİS) proqramı əsasında Elektron kataloq yaradılıb.
Mərkəzi Kitabxananın təşkil etdiyi tədbirlərdə gənclərin iştirakına böyük önəm verilir. Onlar könüllülər qismində tədbirlərdə, ekskursiyalarda iştirak edirlər. Mərkəzi Kitabxanada və Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin bədii hissəsində gənc və istedadlı oxucuların çıxışları maraqla qarşılanır.
MKS-nin direktoru Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Beynəlxalq konfranslarda (Moskva, Sankt-Peterburq, İjevsk) iştirak və çıxış edərək, kitabxananın iş təcrübəsi haqqında danışır. O, bir çox aktual məsələlərlə bağlı Beynəlxalq onlayn konfranslarda və dövri mətbuatda da çıxış edir.
Əziz, sevimli, fəxri və fəal oxucularımız! 45 yaşlı kitabxanamız zəngin fondu, ənənəvi və elektron xidmətləri, maraqlı tədbirləri, peşəkar kitabxanaçıları ilə daim sizin xidmətinizdədir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Seulda yaşayan soydaşımız İstanbulda Koreyanın tanınmış musiqi qrupunun konsertini təşkil edib
Koreya Respublikasının Seul şəhərində yaşayan həmyerlimiz Rahil Əhmədovanın “Korever Company” (Korever Kompani) və Türkiyənin “Eventi Venti” şirkətləri Koreyanın tanınmış musiqi qrupu “TRENDZ”in İstanbulda ilk konsertini təşkil edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Seulun fəxri vətəndaşı olan Rahil Əhmədova Koreya ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi və Koreya mədəniyyətinin tanıdılması istiqamətində işlər görür. “Korever Company” “Koreya və dünya arasında əlaqələr qururuq” şüarı ilə Koreya şirkətlərinin Türkiyə və Azərbaycanda uğurlu fəaliyyət göstərməsi üçün peşəkar məsləhət xidmətləri təqdim edir.
Şirkətin növbəti layihələrindən olan və İstanbulda böyük uğurla baş tutan konsert pərəstişkarların böyük rəğbəti ilə qarşılanıb, qrupun mükəmməl səhnə çıxışı, sevimli mahnıları ilə yadda qalıb. Rahil Əhmədova tədbirin əsas məqsədinin Koreya mədəniyyətini tanıtmaq, Koreyanın populyar musiqisini (K-pop) Türkiyə və Azərbaycandakı pərəstişkarları ilə qovuşdurmaq olduğunu vurğulayıb. Bunun Koreya və Türkiyə arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli bir addım hesab edilə biləcəyini söyləyib.
Koreya mədəniyyətinin bir hissəsi sayılan K-pop musiqi janrı hazırda dünyada çox məşhurdur. K-pop getdikcə gənclər arasında milyonlarla pərəstişkarı olan genişmiqyaslı musiqi submədəniyyətinə çevrilir.
İstanbul konserti Türkiyə və Koreya mediasında geniş işıqlandırılıb.
https://djournal.kr/news/article.html?no=23861
https://www.youtube.com/watch?v=aJAQWMz_r5c
https://www.youtube.com/watch?app=desktop&si=yZjyJWsdodoUQ7XY&v=5evrzMADleI&feature=youtu.be
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Gəncədə "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olubub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsi aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunub.
«Ədəbiyyat və incəsənət” portlına filarmoniyadan verilən məlumata görə,layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı UMM, Zərif Qayıbov adına 5 saylı UMM-nin müəllim və şagirdləri çıxış ediblər. Onların ifasında "Baş şəşəngi", "Dost mehriban ya bir ola ya iki", "Ay bala gəlin", "Yaşa Azərbaycan", aşıq havası "Paşa köçdü", el havası, "Gödək donu", "Baş dubeyti" havası səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Uzun bir “Yol”da “Karakoç”a rastlamak” - İsmail Kılınç
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
Uzun bir “Yol”da “Karakoç”a rastlamak
İsmail Kılınç
“Yol”dayız. İnişli-çıkışlı, bol çakıllı bir “yol”da yürüyerek imtihan ediliyoruz. Hikâyemizin başladığı ve “belâ” dediğimiz günden beri irili-ufaklı belâların sinesinde bazen başroller üstleniyor, bazen de kıyıdan-kıyıdan ilerliyoruz. İmtihanlara karşı “Bir derdim var bin dermana değişmem” diyen/diyebilen bir “yolcu” olabiliyor, “yolcu”luğun fıtratını kavrayabiliyorsak ne âlâ, ne güzel; ancak isyanlara boğuluyor, isyanlarla boğuluyorsak çekilmez davalara gark oluyoruz demektir. Davaları devâlarına dönüşmeyenler için kutsallar kaybolur. Kutsalları kaybolan insanın yürüyen bir ceset olması kaçınılmazdır.
Bir çok kitabî tanımda “edebiyat”ın hüviyeti değişkendir. Söz gelimi liselerde “Duygu ve düşüncelerin yazılı, ya da sözlü olarak ifadesidir” gibi bir tanımla karşılaşırsınız. Bu tanım bir “ezber materyali”nden öteye gitmez. Nitekim edebiyat, ona sahip çıkanın, onu davalaştıranın gönlünde çok farklı tanımlamalara kavuşur. Merhum İsmail Gaspıralı için bir “gıda-yı mâneviye”dir. Ya da Sartre için başlı-başına bir “amaç”a hizmet etmektir. Dostoyevski için “vicdan”dır. Veysel’in “gören göz”üdür edebiyat. Yunus’ta “gönül”, Köroğlu’da “silah”tır. Edebiyata gönül vermiş, onu benimsemiş ne kadar yazar/şair/düşünür/okur varsa, o kadar çok tanım vardır. Bu da edebiyatın sanat tarafına vurgu yapar. “Sanat tarafı” diyoruz, çünkü edebiyatın bir de bilim tarafı vardır.
Tanımlara çok girdik. Deneme diye çıktığımız yolda “makale”leşmeden devam edelim. Sanat sevgimizi, âlimlerden izinsiz bilim gösterisine dönüştürmeden “kıyıdan-kıyıdan” ilerleyelim. “Yol”umuzu, “yolcu”luğumuzu unutmadan şu soruyu soralım: İnsan niçin yaşar? “Yemek-içmek” gibi basit bir cevabı olsaydı, insanın “eşref-i mahlûkat”lığı kalmazdı. Sadece, yemek ve içmek amacıyla yaşayan insan yok mu? Var. Var denirse! Konumuz bu değil. Soruyu “iyi bir kariyer” diye cevaplandıralım. Soğuk bir cevap vermiş oluruz. Arkasından para, lüks araba ve daireler gelecektir. Allah muhafaza! Yolumuzdan çıkıyoruz. Söze girelim: İnsan, davası için yaşar. Başta da belirttiğimiz insanın davası, aynı zamanda kendine devâlaştığı zaman, yaşamak anlam bulmuş demektir. Bu, bir maksûda ermek ve ya mutlu sona ulaşmak anlamı da taşımaz. “Yol” ve “yolcu” kavramlarıyla doğrudan ilişkilidir. Dava uğruna savaş vermek, “yol”da olmaktır. “Yol”da olmak, tecrübelenmek ve tecrübelerle terbiye edilmektir. “Yolcu”nun imtihanı açısından yaşadığımız coğrafya, badireler coğrafyasıdır. Hem İslâm’ın, hem Türklüğün yaşamaya çalıştığı coğrafya demek, “Ben buradayım ve her kese kafa tutuyorum.” demek/diyebilmektir. Kafa tutmanın farklı yöntemleri vardır. İşte bu yöntemlerden en nahifi sanattır. Sanat ile kafa tutmak, kalıcı zaferler getirebilir. Ancak muzaffer olmanın tek ve en önemli şartı şudur: Samimiyet…
“Yol”a tek başına çıkmanın tehlikeleri vardır. Kılavuz/rehber eşliğinde çıkanlar usul bilirler. Önde gidenlerin adımlarını takip ederler. Adımları takip edilen kişiler sayesinde, etrafı “lanet”lerle çevrili bir coğrafyada dimdik durmaktayız. İşte bu yolbaşçıların gönül muhafızları edebî âlemde ebedî cümleler kuran söz ustalarıdır. Uzun bir “yol”da s/öz ustalarıyla “yolculuk” yapmak, yürüyüşe estetik bir kararlılık katar. Estetik kararlılığı görmezden gelenler için sığ bir hayat vardır. Çünkü sanatın yeşermediği coğrafyalarda ruhlar zindandadır. Biz ise ne bedeni, ne ruhu zindana alışık olanlardanız. Kemale ermiş nice s/özlerle tanış olmuş, nicesini gönül tezgâhımızda misafir etmişiz. Biz, yani bu toprakların türkülerini söyleyenler için öyle yolbaşçıları, öyle kılavuzları vardır ki, bereketine bin dua etsek az kalır. İşte böyle bir ortamda “İslâm’ın ince davası, Türklüğün soylu davası” için ruhunu teslim edenedek kalem oynatan Abdurrahim Karakoç ismiyle karşılaşırız. Bu, “karşılaşırız” sözünün altındaki mana çok gizli değildir. Baştan beri, yol-yolcu, dava-devâ, sanat-edebiyat ilişkilerine vurgu yaparken Karakoç ile karşılaşmasak olmazdı. Teyit mahiyetinde tekrar edelim, baştan beri yazdıklarımız “bu toprakların türküsünü söyleyenler”i ilgilendirir. Gayrısı zaten bizi de ilgilendirmez.
Türklük ve İslamiyet diyoruz. İkisini harmanlayıp Türklük diye devam edelim. “İkisinin harmanlanmasıyla nasıl Türklük çıktı ortaya?” diyenlerden ricamız, yazımızı okumamalarıdır. Bunu söylerken kuru-kuruya şovenlik yapma derdinde değiliz. Dünyaya hükmettiğimiz zamanlarda ecdat bu şovenliği yapsaydı, dünyanın şah damarı kesilirdi; onu biliyoruz. Bu gün için bu coğrafyada yaşayan ve soluduğu havanın hakkını vermek isteyen her birey, yürüdüğü yolda bir Karakoç mısrasıyla karşılaşmıştır. Ecdat demiştik. Kendine ağır bir sorumluluk yükleyerek ecdattan helallik dileyen şu mısralara kulak veriniz:
“Esir iken Kırım, Kerkük, Türkistan,
Bana zindan olur Maraş, Elbistan.
İbn-i Sîna, Dedem Korkut, Alparslan,
Susarsam hakkını helal etmesin (…)”
Esarete maruz bırakılmış tüm Türk yurtlarının sorumluluğunu yüklenmek, bu yüzyılın derviş ruhlu şairi Karakoç’a yakışırdı. Zaten o, bu yüzden yolculuğumuzun kutsal şairidir. Sadece “ben” demez, içindeki “biz” duygusu kalemini yönlendiren en güçlü duygudur. Bu “biz” duygusu çok farklı konular barındırır. Sosyal bir varlık olarak insanın yaşarken ve sorumluluklar alırken teferruatı gözden kaçırmaması gerekir. Eskilerin “Kemâlat teferruatta gizlidir” demesi bundandır. Yeri gelir, duyarsız bir neslin hayal kırıklığını “Koyup gittikleri nesli görünce/ İftihar ettiğim soya küskünüm” diyerek en derininde hisseder; yeri gelir, bürokrasinin ciddiye almadığı ve hor gördüğü köylüyü şiirine konu eder, “Hakim Bey”i de “Tohtur Beğ”i de hak ettiği değeri görmeyen Anadolu insanının yaralarını dile getirir. Anadolu, çoğu zaman öksüz bırakılmış bir çocuk gibi mağduriyetlerin vatanı olmuştur. Bitmemiştir çilesi bir türlü:
“Yanan hep sen oldun, yakılan sensin,
Ruhuna çiviler çakılan sensin,
Şekilden-şekile sokulan sensin,
Oy güzel vatanım, oy Anadolu (…)”
“Hasan”a yazdığı mektupların hepsi ayrı-ayrı bu çağı anlatır sanki. Zaten bu çağ, onun söylemiyle “çarpık”tır. Ancak ne kadar çarpık olursa-olsun Karakoç’un şiirlerinde “ayağa kalkmak” önemlidir. Zaten şairin kutlu davalara sevdalandıran tarafı da budur. Geleceğe Türk’çe bakarken asla umutsuz olmamak… Akif’in “Yeis yok!” diye defalarca vurguladığını Karakoç da başka bir telden dillendirir. Serden geçmeye hazır canlara şöyle seslenir:
““Burdayım” de, ararlarsa,
Doğru söyle sorarlarsa.
Tabutuna sararlarsa
Bayrak senden incinmesin (…)”
Türklük davasındaysanız ve bu “yol”da yürümeye gayret ediyorsanız Karakoç, işte böyle “inceden” usûl öğretir. O, elinde kalemi, gönlünde imanı ile her şiirinde ayrı-ayrı okunan bir derstir. Yanlışı ele alışı da, yanışı-yakarışı da samimidir. Anadolu irfanı onun şiirlerinde vücut bulmuştur. Bahara, dağlara, çiçeklere, yayla ve ovalara ne kadar düşkünse “Türkçe sevdalanmaya, İslamca yanmaya” da o kadar düşkündür. Her halükârda, o da bir “yolcu”dur ve yolundan ayrılmamak için dua eder:
“Hakikat yolundan şaşırma bizi,
Korkuya-zillete düşürme bizi.
Zalimin zulmüyle pişirme bizi,
Enel-ekber diyenlerden ayrı tut (…)”
Karakoç’un davası aşktır. Okuyan bilir, aşkı da davadır. Popüler kültür onu “lambada titreyen alev”i üşüten şair olarak bilir. Bilsin, ziyanı yok. Efsaneleşmiş bir aşk şiiridir Mihriban. Ama Karakoç’un efsaneleşmiş aşk mısraları bunlarla sınırlı değildir. Saymakla da bitiremeyiz. Öyle bir niyetimiz de yok. Şu mısralara bakıp s/özün mucize olduğunu bir kere daha tasdik edelim:
“Öz suyusun hayat denen şişenin,
Nedenisin keder ile neşenin.
Sevda cephesinde şehit düşenin,
Donuk-donuk bakışında sen varsın (…)”
Yolu okumak ve yazmaktan geçen, postu pek modern çağdan bıkmış münzeviler bilecektir ki, edebiyat kaçış için en kadim limanlardan birisidir. Bu kaçış, içerisinde varoluşun anlamını da barındırır. Felsefe ve sosyolojinin araştırma alanı olarak en güzel örneklerine gebe olan ülkemizde felsefe ve sosyolojiden mahrumiyetimiz, edebiyata kaçışımıza alt zemin oluşturur. Zira bizim şairlerimiz filozoflara, roman ve öykücülerimiz sosyologlara nazire yapar cinstendir. Konu ne olursa-olsun, edebiyat, hep arayışlarımızın güzergâhındadır. Fikrimizi de, duygumuzu da en güzel edebiyatla kemâle erdiririz. İşte bu anlayışlardan hareketle Karakoç’un çok yönlülüğü “kılavuz”luğunu beraberinde getirir. Şimdi, el pençe divan durulan makamları göz önüne getiriniz. O makamlara o insanların nasıl getirildiğini sorgulayıp, o makamdaki “Küçük dağları ben yarattım” tavrını düşününüz. Böyle bir ortamda doğruları da yazsa, bir sosyoloğun sesi kısıktır. Ancak o kendini beğenmişliğin karşısına edebiyat en keskin cümleleriyle çıkabilir ve büyük bir etki yaratabilir. İşte hep bu etkilerin adamıdır Karakoç. “İsyanlı Sükût”un dillendirdiği bürokratik çürümeyi, bu kadar açık ve mertçe hangi sosyolog dillendirmiştir? Dillendirdiyse, ne kadar ciddiye alınmıştır?
“Gitmişti makama arz-ı hâl için,
“Bey!” dedi yutkundu, eğdi başını.
Bir azar yedi ki, oldu o biçim
“Şey!” dedi yutkundu, eğdi başını (…)”
Gel gelelim edebî meselelere… Türk halk şiiri geleneksel çizgisine yenilikler katarak ilerlemektedir. Dörtlüklerle ve belli hece kalıplarıyla yazılmanın ötesinde modern şiire ayak uydurmaktadır. Her ne kadar halkın şiiri gibi görülüyor olsa da, entelektüel alt yapıya, ahenge, imge ve/ve ya metafora yüz çeviren şiirler basit, ya da klişe olarak algılanmaktadır. Bu algının farkında olan samimi halk şairleri için Karakoç yüzyılın son büyük temsilcilerinden birisidir. Yani edebiyat davasıyla dolan yürekler için bir devâ mahiyetindedir. Bir çok edebiyat otoritesinin onun hakkında “son büyük halk şairi” demesi de, zannederiz, halk şiirini farklı bir kulvara taşımasındandır. Karakoç’un yaşadığımız çağa karşı sitemini anlatan “Müzelik Şiir”i, hem ifade gücü, hem ahengi, hem de yapısı bakımından bahsettiğimiz farklılık ve özgünlüğe güzel bir örnektir:
“Yürüyen heykellerle aynı müzedeyim ben,
Konuşan mumyalara kimden söz edeyim ben?
Fikren işkencedeyim, ruhen cezadayım ben,
Korkaklığın sükûtu kol geziyor her yerde,
Sanki tek başımayım, tek kişilik mahşerde.
Putların gölgesinde dans eder akbabalar,
Söz sokakta dolaşır, öz zindanda çabalar.
Atılan ucuz safra selâmlar, merhabalar,
En temiz topraklara gül eksem mantar biter,
Yollar sırat köprüsü, durmak düşmekten beter (…)”
Netice-i kelâm…
“Ben yürüyorum” deyince “yolcu” olunmuyor. Usûl lazım. Samimiyet ustalarının hikmetli s/özlerine bir dergâh hassasiyetiyle yaklaştığımızda yolumuz aydınlanır. Hem fikrî, hem de edebî birikimleriyle ufkumuz genişler. Karakoç’un farkını “samimiyet”le özetleyelim. Yaşamadığı, dert edinmediği, savaşını vermediği hiç bir şeye kalem oynatmamıştır. Bu topraklarda yaşamış olmanın, bu havayı solumuş olmanın zekâtını nice şiirle vermiştir. En güzeli de, engin gönlünün mahareti olarak popülizme hiç kaçmamıştır. Tüm bunları yaparken her kesin ozanı olmayı başarabilmiştir. Davası şiir, davası şuurdur.
Bu gün çok büyük konuştuk. Çok büyük bir ismi de yazımıza konu/k ettik. Destursuz bir bağa girdik, bağışlanmak dileriz!
Davalarınız devâlarınız olsun!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
|
Beynəlxalq Qadın Xöşbəxtliyi, ilk tranzistorlu radioqəbuledici və ilk komikslər günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
18 oktyabr. İnsan alveri ilə mübarizədə Avropa günü
Bu günə təsadüf edən əlamətdar tarixi hadisələri diqqətinizə çatdırırıq.
İnsan alveri hazırda aktual mövzudur əlbəttə. Ona görə də bu günün sıradan gün olmaması dəqiqdir. İnsan alveri deyəndə, burada uşaqların qul kimi zorakı əməyə cəlb edilməsi, qadınlarınsa fahişəliyə məcbur edilməsi əsas sırada dayanır. İstəsəniz, sizə bu mövzuda maraqlı roman deyərəm, oxuyarsınız. Elçin Səfərli: “Dönüşü olmayan gediş”. Zorən fahişəliyə cəlb edilib Türkiyəyə aparılan bir rus qadının həyatı təsirli boyalarla əks etdirilib.
18 oktyabr. Beynəlxalq qadın xoşbəxtliyi günü
Karin Rokindin 2017-ci ildəki təşəbbüsü nəticəsində təqvimə salınan bu gün qadınlardakı depressiya epidemiyasına qarşı yönəlib. Qadınları depressiyaya nə salır? Ən çox yaşlaşmaq, üzdə qırışların peyda olması. Sonra kökəlmək, artıq çəkidən bədən fiqurunun pozulması. Sonra isə yaşadıqları stresslər, əsəb gərginlikləri.
Deyirlər ki, xoşbəxtliyin cəmi bir adı var, amma bu belə deyil, hər bir qadınçün xoşbəxtlik anlamı özünəməxsus bir nəsnədir. Bir qadını yaxşı həyat yoldaşı, birini əsl sevgi, birini ağıllı övladlar, birini var-dövlət, birini uğurlu karyera, birini yaxşı rəfiqələri, birini öz bədən quruluşu, birini öz sima gözəlliyi, birini eqosu xoşbəxt edir. Dinclikdən, sakitçilikdən xoşbəxt olan qadınlar yoxdurmu, var. Hobbiləri olan məşğuliyyətdən xoşbəxt olanlar necə? Belələri də var. İnanın ki, hətta ekstrimdən də xoşbəxt olanlar az deyil. Nə isə. Çox uzatmayaq, qadınlara bir ağızdan xoşbəxtlik arzulayaq.
18 oktyabr. Böyük alım Niftalı Qocayevin doğum günü
Niftalı Qocayev ilk azərbaycanlı biofizik alimdir. 400-dən çox məqalənin, 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olan N.Qocayev beynəlxalq simpozium və konfranslarda 52 məruzə (onlardan 12-si Plenar məruzələrdir) ilə çıxış etmişdir. N.Qocayev Azərbaycan SSR Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranın Fizika və astronomiya seksiyasının sədri (1980-1984), Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri (1989-1993) vəzifələrində işləmişdir. Onun təşəbbüsü ilə 1997-ci ildə yaradılmış Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin prezidenti seçmişdir. Niftalı Qocayev Türkiyədə-Ərzurum Atatürk və İstanbul Universitetlərində professor vəzifəsində çalışaraq yüksək səviyyədə elmi pedaqoji-fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi ilə 30 elmlər doktoru və elmlər namizədi müdafiə etmişdir. Əsasən Amerika və Avropada nəşr olunan mötəbər elmi jurnallarda (İnt.J. Peptide and Protein Res., J.Mol. Struct., Protein and Peptide Letters, v.s.) nəşr olunan və Beynəlxalq Konfranslarda məruzə olunan 376 elmi əsərin, müxtəlif ölkələrdə nəşr olunmuş 15 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir bu şəxs. “American Biographical institute” tərəfindən 2 dəfə “American Medal of Honor” medalı ilə mükafatlandırılmışdır. N.M.Qocayev keçmiş SSRİ universitetləri üçün fizika üzrə dərslik (Оптика, Москва, Из-во Высшая Школа) yazmış yeganə azərbaycanlıdır. Onun dəfələrlə yenidən nəşr olunmuş çoxcildli “Ümumi fizika kursu”, həmçinin Türkiyədə nəşr olunmuş “Temel Moleküler Fizik”, “Optik”, 2 cilddən ibarət “Molekülün Yapısı ve özellikler” dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, tələbələr tərəfindən geniş istifadə olunur. Allah böyük alimimizə ömür versin.
18 oktyabr. İlk tranzistorlu radioqəbuledici və ilk komikslər
Alyaska günü. 1867-ci ildə Alyaskanın ruslardan alınıb amerikalılara verilməsi şərəfinə qeyd edilən bir gündür. Saqqalsızlıq günü. Hamıdan təvəqqe olunur ki, bu gün ictimaiyyət qarşısına saqqalsız çıxsınlar. Xorvatiyada qalstuksuzluq günü. Qalstuk taxanı hamılıqla hoydu-hoyduya götürürlər xorvatlar bu gün. Kanadada insanlar günü. Necə deyirlər bir məsəldə? Adam olmaq asandır, insan olmaq çətin. İtsax Rabinin xatirə günü. Yəhudilər öz məşhur dövlət xadimlərini bu gün anacaqlar. Polşalılar Poçtalyon gününü qeyd edəcəklər. (Görəsən onların da Novruzəliləri olubmu?) ABŞ isə şokoladlı keks gününü qeyd edəcək.
1967-ci ildə ilk dəfə SSRİ kosmonavtları Venera planetinə uçuş etmişlər. 1954-cü ildə Amerikada ilk tranzistorlu radioqəbuledici istismara buraxılıb, markası da “Texas İnstruments” olub. 1929-cu ildə Kanada qanunvericiliyi qadınların da insan sayılmasını qəbul edib. Təsəvvür edin ki, o vaxta qədər zavallı qadınlar insan hesab edilmirmişlər. 1896-cı ildə “Nyu-York Jornal”da ilk komikslər peyda olub. 1775-ci ildə Afrika amerikalısı olan şair Filips Uitli həmyerliləri arasında ilk olaraq qul olmaqdan azad edilib, kişiyə şairliyinə görə güzəşt ediblər.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Gülüş klubunda Birgünlük kəpənəyin jesti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Britaniya hansı səbəbdən Avropa İttifaqından çıxdı?
Pifaqor teoremi - 24 sözdən ibarətdir;
Arximed qanunu - 66 sözdən ibarətdir;
Bibliyada 10 xitab - 179 sözdən ibarətdir;
ABŞ-ın müstəqillik deklorasiyası - 1300 sözdən ibarətdir;
Kələmi necə satmaq barədə Avropa İttifaqının qaydaları - 26911 sözdən ibarətdir.
2.
Zooparkda şok hadisə qeydə alınıb. Bir günlük kəpənək araqdan içib, hamıya ana söyüşü söyüb, dollarla böyük kredit götürüb və ölüb.
3.
Bir rus qarısı o birinə deyir:
-Mən kirayinişinimi qovdum. Eləsini axtarıram ki, ideal oksun, çəkməsin, içmısin, zibilləməsin, musiqi dinləməsin, qız gətirməsin, sakitcə uzanıb özü üçün tavana baxsın. Elə birisini tanımırsan?
-Tanıyıram. Mavzoleydəki Lenin necədir?
4.
Pul valideynin gözündə övladı kimidir, nə qədər böyük olsa belə kiçik görünür.
5.
İndi kişi öz hisslərini qadına ən rahat çatdırmaq üçün puldan istifadə edir.
6.
Yolun solu velosipedin,
Sağı da avtobusun,
Vardır bunun toyu, yası.
Canın çıxsın, ay 2 milyon avtomobil
Sənə də yolun təkcə ortası.
Belə qərar verdi AYNA
Dedi, sürücü, get oyna!
Zülqərneyn Vəsfipur
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç vaxt anlaya bilməz." (Paskal)
Əziz İbrahim bəy, heç qəlbinizin sözünə əməl edib peşman olmusunuzmu, o zaman İbrahim İlyaslı öz qəlbini necə danlayıb, nə söyləyib?
CAVAB
Bu, hər kəsin həyatında baş verə biləcək bir haldır. Məndə də olmamış deyil. Bəzən hisslər adamı aldadır. Amma mən taleyə inanan adamam. “Deməli bu da olmalıymış” deyə düşünüb, yoluma davam etmişəm. Əslində, ömür özü də bir aldanışdı…
Məni aldanmağa yaradıb Allah,
Düşmənim aldadır, dostum aldadır.
Zalımlar elə bil himə bənddilər,
Dindim – günahkaram, susdum – aldadır.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)