ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan rəqsləri və ritmləri” adlı rəqs kompozisiyası nümayiş etdirilib.

AzərTAC xəbər verir ki, Dubay Millenium Amfiteatrındakı konsert “Dubay Ekspo 2020”dəki “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunan Azərbaycan pavilyonunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

İncəsənət xadimlərimizin təqdim etdikləri konsert proqramını 192 ölkənin təmsil olunduğu dünya sərgisinin ziyarətçiləri izləyib. Ziyarətçilər Azərbaycanın milli mədəniyyəti ilə daha yaxından tanış olub, rəqqaslarımızla birgə yallı da gediblər.

Xatırladaq ki, Azərbaycan dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə milli pavilyonla təmsil olunur. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.

Çərşənbə, 29 Dekabr 2021 09:54

İsrail

5200 durnanın quş qripinin qurbanı olması faktı medianı silkələdi.

Foto: Euronews

Dekabrın 28-də Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçirildi.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə  Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Filmin nümayişindən öncə çıxış edən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev qeyd etdi ki, ölkəmizin 44 günlük Vətən müharibəsindəki Qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. İctimai birliyin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər Günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Daha sonra “Qarabağ ilmələrdə” sənədli filmi nümayiş olundu.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə çıxışında bildirdi ki, xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və bölgələrimizdə yaşayan vətəndaşlar ilmə ataraq müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan Qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

“Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov söylədi ki, layihəyə “Azərxalça”nın 12 emalatxanası və 16 toxucusu cəlb olunub: “Bu layihə ilə isə xalqımızı yenidən mədəni irsimiz, tariximizlə birləşdirməyə nail olduq”.

Daha sonra çıxış edən filmin ssenari müəllifi (həm də “Qarabağ ilmələrdə” layihəsinin ideya müəllifi) Orxan Cabbarlı layihənin həyata keçilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Sonda şəhidlər – Milli Qəhrəman, general-mayor Polad Həşimov, polkovnik-leytenant Raqub Orucov və əsgər Denis Əliyevin (Pronin) ailə üzvlərinin iştirakı ilə 44 gün ərzində toxunan Qarabağ qrupuna aid “Çələbi” xalçasının hanadan kəsimi keçirildi.

Qeyd edək ki, “Qarabağ ilmələrdə” filminin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru isə Böyükağa Nağıyevdir. Ekran işi Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Başa çatmaqda olan ilin son günlərində rusiyalı ifaçı öz yaradıcılığının pərəstişkarlarını Azərbaycanın paytaxtında sevindirmək qərarına gəlib.

Rusiyanın estrada ulduzu Qriqori Leps Bakıda SEA Breeze Event Hall meydançasında solo konsert verib.

“Ədəbiyyat və incəsənət” portalı Sputnik.az-a istinadən bildirir ki, Leps Bakı dinləyiciləri üçün ən məşhur hitlərini, eləcə də Yuri Antonovla duetdə tamamilə yeni "Sevimli" adlı mahnısını ifa edib.

Artistin musiqi axşamına təşkilatçı Emin Ağalarov da baş çəkib. Tamaşaçıların alqışları altında ifaçılar birlikdə  " Salam, yer!" mahnısını oxuyublar.

Ayrı-ayrı alqışların şırıltısını Lepsin "Araq qədəhi" adlı əfsanəvi kompozisiyası pozub, bütün zal ifaçıyla birgə bu mahnını ayaq üstə oxuyub. 

Qriqori Lepsin Bakıda konserti tam anşlaqla keçib, bütün karantin tədbirlərinə əməl olunmaqla: girişdə qonaqlarda peyvənd haqqında sertifikatın və ya əks göstəriş haqqında sertifikatın olub-olmamasını yoxlayıblar.

Tədbirdə Leyla və Arzu Əliyevalar da iştirak ediblər.

Qriqori Leps - Əməkdar artist qarşıdan gələn Yeni İl münasibətilə toplaşanları ürəkdən təbrik edib. Müğənni tezliklə Azərbaycanın paytaxtına yeni konsert proqramı ilə baş çəkəcəyinə söz verib.

Çərşənbə axşamı, 28 Dekabr 2021 12:44

2021-ci ilin ən parlaq şəkilləri - Euronews-un təqdimatında

2021... Təbii və siyasi kataklizmlərlə dolu,  COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan daha bir il.

Biz pandemiyanı dayandırmaq üçün vaksinlərə və planetimizi xilas etmək üçün siyasi qərarlara böyük ümidlər bəsləyirdik, lakin görülən işlərə baxmayaraq, bütün səylər uğurla nəticələnmədi.

2021-ci illə vidalaşmazdan əvvəl, Euronews sizə son 12 ayın əsas hadisələrini nəzərdən keçirməyi və yada salmağı təklif edir. “Ədəbiyyat  və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir. 

Bu gün sizə 2021-ci ilin yanvar ayında baş verən üç hadisənin fotosunu təqdim edəcəyik. 

Yanvar, 2021-ci il. 

 

1-ci yer

ABŞ.

“Amerikanın xilası marşı” Kapitoliyaya hücumla sonuclanır. Donald Trampın tərəfdarı Riçard Barnett Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin kabinetinə soxulub.

Foto:  SAUL LOEB/AFP

 

2-ci yer

Siriya.

Uşaqlar İdlibdəki köçkünlər üçün nəzərdə tutulmuş Umm Jurn düşərgəsindədirlər.

Foto: Abdulaziz Ketaz/AFP

 

3-cü yer

Polşa.

Abortlara qadağa qoyulması əleyhinə kütləvi aksiyalar.

Foto: Czarek Sokolowski/AP Photo

(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin fevral ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz. Buraxılışlarımızı izləyin).

Ötən gün Azərbaycan Yazıçılar Birliyi  Qazax Bölməsində "Vurğun bulağı" ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Bölmənin sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal ədəbiyyat barədə, poeziya barədə danışdı, məclis üzvlərinə təklif və tövsiyyələrini səsləndirdi.

Bundan sonra  çıxış üçün söz gənclərə verildi. Gənc yazarlardan Natiq Şahhüseyin, Elnur Bayanov, İradə Musayeva, Röyal Miriyev, Bəkir Vəkilov, Azər Qasımov və digərləri öz yeni şeirlərini oxudular.

Sazlı-sözlü Qazaxda günü bu gün də ppeziya ənənələri qorunub saxlanır, gözəl şeirlər yaranır. Vurğun elinin Vurğun bulağı təki qurumasın!

Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıqlar aşkarlanıb. Bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.

MTRŞ Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən ümumrespublika teleradio yayımçılarının mütəmadi monitorinqi aparılıb.

Hesabatda qeyd edilir ki, aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqazidd məqamların aşkarlanmasına şərait yaradıb. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilib.

Belə ki, “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.

Çərşənbə axşamı, 28 Dekabr 2021 12:28

İrəvan Teatrı 140-cı mövsümünü açıb

Dekabrın 27-də Binəqədi Mərkəzi Mədəniyyət Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, eləcə də rayonun mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.

Tədbiri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq teatrın tarixinə qısa nəzər salıb, qədim sənət ocağının yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. O, teatrın Türkiyə, Gürcüstan, Dağıstan, ölkəmizin müxtəlif bölgələri və eləcə də Naxçıvan Muxtar Respublikası ilə sıx sənət əlaqələri olduğunu qeyd edib. İftixar Piriyev ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən teatra göstərilən diqqət və qayğıdan söz açıb.

Qonaqlardan YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi Rayon İcra Başçısının müavini Sevinc Süleymanova çıxış edərək, İrəvan teatrının nailiyyətlərindən danışıb, Binəqədi rayonu ilə birgə keçirilən bir çox müştərək tədbirlərdən söhbət açıb və yeni mövsümün açılışı münasibətilə kollektivi təbrik ediblər.

Mövsüm açılışında V.Siqarevin “Şeytan ailəsi” tamaşasının premyerası nümayiş olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində bu il ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə yadda qaldı. Bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çox nəfis şəkildə çap edilən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beş poemasının bir arada yer aldığı kitabın - “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatına toplaşmışıq. Kitabda şairin əsərlərinə çəkilmiş miniatürlər də yer alıb. Görkəmli şairin 880 illiyi ilə əlaqədar bir neçə kitab çap edilib. Bu kitablar nəinki bu gün, gələcəkdə də hər zaman tədqiqat mənbəyi olacaq, təkrar-təkrar çap ediləcək və heç zaman öz əhəmiyyətini itirməyəcək. Gələcək nəsillər Nizami Gəncəvi yaradıcılığına olan diqqətin şahidi olacaqlar.

AzərTAC xəbər verir ki, bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov dekabrın 27-də “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimində səsləndirib.

Milli Kitabxananın direktoru qeyd edib ki, dahi şairin bir çox əlyazmaları digər ölkələrdən kitabxanaya gətirilib. “50-dən artıq ölkədən əldə etdiyimiz əlyazmaların elektron surətləri Milli Kitabxanadadır. Onlar da kitab şəklində çap edilərək Milli Kitabxananın fondunda qorunacaq. Bunlar Nizamişünaslar üçün, tədqiqatçılar üçün ən dəyərli hədiyyə olacaq. Biz bu işi davam etdirəcəyik”.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, təşkil olunmuş tədbirlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Nazir söyləyib ki, Prezident İlham Əliyevin dahi şəxsiyyətlərin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı onların həm də beynəlxalq arenada tanıdılması və xatırlanması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi bizim üçün təkcə şair deyil, eyni zamanda, ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Bu il “Nizami Gəncəvi İli” çərçivəsində ən möhtəşəm tədbirlərdən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu. Festivala dünyanın bir sıra ölkələrindən qonaqlar qatıldı. Festivalboyu şairin zəngin yaradıcılığından danışıldı, yeni məlumatlar əldə edildi. Bundan əlavə, dünyanın bir sıra ölkələrində dahi şairin büstü qoyuldu. “Nizami Gəncəvi İli” bundan sonra da bizim üçün davam edəcək”.

“Nizami Gəncəvi. Xəmsə” kitabının məziyyətləri haqqında məlumat verən nazir deyib ki, kitabda ilk dəfə olaraq şairin əsərləri əsasında miniatürlər də əks olunub. Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni filmin ekranlaşdırıldığını söyləyən nazir deyib ki, film hazırda istehsalat mərhələsindədir və təqdimatı gələn il üçün nəzərdə tutulur.

Xalq yazıçısı Elçin Əfəndiyev “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd edib. “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda, o xalqın özünün və tarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami Gəncəvi o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltaraşlığın, musiqinin, rəngkarlığın, opera və baletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu, özü Azərbaycanın təbliğidir”.

Kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Xalq yazıçısı, nəşrə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək deyib ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər: “Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvinin abidəsinin hazırlanması, onun irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizaminin irsinin araşdırılması, yaradıcılığının təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Dünya ölkələrində Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da çox hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.

“Nizami Gəncəvi İli”nin çox önəmli tədbirlərlə yadda qaldığına diqqət çəkən Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə görülən işlərə görə təşəkkür edib. O, “Nizami Gəncəvi. Xəmsə” kitabı ilə bağlı fikirlərini bölüşüb, önəmini qeyd edib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəsindən və tədqiqindən söz açıb, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunmuş tədbirlərdən bəhs edib.

Sonda bir neçə şəxsə Nizami Gəncəvi irsinin təbliği ilə əlaqədar şairin 880 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş döş nişanı təqdim edilib.

“NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumilikdə İnformasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi uğurları mükafatlandırır.

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu il Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticələrinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib və bir neçə gün öncə öz mükafatlarını alıblar. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.

İnformasiya və Xəbərlər nominasiyası üzrə “Baku TV”, “Rəqəmsal Azərbaycan radio verilişi” qalib seçiliblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “NETTY 2021” Milli İnternet Mükafatının iki nominasiyası üzrə qalib olub. Mərkəzin iki layihəsi “Dövlət və Cəmiyyət”, “İnformasiya və Xəbərlər” nominasiyaları üzrə mükafatlandırılıb.

“Dövlət və Cəmiyyət” nominasiyasının sosial kanallar və səhifələr kateqoriyası üzrə EHİM tərəfindən idarə olunan Elektron Hökumət Portalının rəsmi “Facebook” səhifəsi qalib elan olunub. 143 mindən çox izləyicisi olan Elektron Hökumət Portalının “Facebook” səhifəsində rəqəmsal xidmətlər və onlardan istifadə vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə aparılır, habelə vətəndaşların bu istiqamətdə daxil olmuş müraciətləri cavablandırılır.

“İnformasiya və Xəbərlər” nominasiyasının vebsaytlar kateqoriyası üzrə isə EHİM və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşdırılan "Rəqəmsal Azərbaycan" radio verilişi üzrə podkastların təqdim edildiyi veb-səhifə qalib olub. 

Xatırladaq ki, ölkədə və dünyada baş verən rəqəmsal yeniliklər, innovativ texnologiyanın həyatımızdakı rolu, eləcə də elektron dövlət xidmətləri və istifadəsi ilə bağlı cəmiyyəti maarifləndirən “Rəqəmsal Azərbaycan” verilişinin əsas məqsədi cəmiyyətin rəqəmsal savadlılığının artırılması və bu istiqamətdə maarifləndirilməsidir. Verilişin indiyədək 100-dən çox buraxılışı efirə gedib. “Rəqəmsal Azərbaycan” radio verilişini həftənin 2 günü - cümə axşamı saat 19.05-də və cümə günü 14.05-də (təkrarı) ASAN Radio-100 FM dalğasında dinləmək mümkündür. İnklüzivliyin təmin olunması, eləcə də radioya qulaq asmayan və ya asma imkanı olmayan vətəndaşların məlumatlılığının təmin olunması məqsədilə verilişin bütün sayları digital.gov.az veb-səhifəsində xüsusi podkastlar şəklində təqdim olunub.

EHİM tərəfindən “NETTY 2021” Milli İnternet Mükafatında əldə olunan qalibiyyət ilk dəfə deyil. Öncə Mərkəzin “ASAN Viza” layihəsinin rəsmi “Facebook” səhifəsi də aidiyyatı jüri və ekspertlər tərəfindən dəyərləndirilərək qalib elan olunub.

Sağlam Ailə Tibb Mərkəzi “NETTY 2021” Milli İnternet Mükafatının “Səhiyyə, İdman və Turizm nominasiyası üzrə qalibi olub.
Sağlam Ailə Tibb Mərkəzinin “NETTY” Milli İnternet Mükafatında əldə etdiyi qalibiyyət ilk dəfə deyil. Mərkəzin rəsmi saytı 2019-cu ildə də mükafata layiq görülmüşdür.
Qaliblərə mükafatları isə Elmir Vəlizadə təqdim edib. O, qalibləri təbrik edib, iştirakçılara isə gələcək layihələrdə uğurlar arzulayıb.
Qeyd edək ki, “NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarmaqdadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.