Xarici ədəbiyyat – Elizabetta Baglinin (İtaliya) şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Xarici ədədbiyyat rubrikasındayıq. Elizabetta Bagli Azərbaycan oxucusu üçün yeni addır. Romada doğulub və Madriddə yaşayır. Şair-yazar, radio müxbiri, tərcüməçi, çox sayda beynəlxalq kültür dərnəklərinin təmsilçisidir. Roma və Latsio bölgələrinin mədəniyyətini tanıtmaq məqsədiylə qurulan LATİUM dərnəyinin rəhbəridir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş şair və yazardır.

Bu gün Elizabetta Baglinin üç şeirini Dos.Dr. Həyat Şəminin tərcüməsində oxucularımıza təqdim edirik. Davamı olacaq...

 

 

ELİZABETTA BAGLI

YER ÜZÜ AĞLAYIR

 

Geyimlərim parlaçanıb...

Sən məni sevdin, məhv etdin.

Bətnimi doldurdun toxumlarınla,

Can suyu vermədən qanla suladın.

Tərim uçub getdi,

Qurudu suların.

Ac qurd kimi qaçıb getdin – qaçağan...

Köklərim göz yumdu köksüzlüyünə,

Səni əsir etdi örsüzlüyünə.

Getdin arxasınca uçağanların,

Unutdun işıqlı qucağımı da.

unutdun yaşıl rəngini saçımın,

unutdun mavisini gözlərimin….

Məni yenidən incitmə,

kiçiltmə,

məni zəhərləməkdən əl çək artıq.

Dinlə dərdli ah-naləmi,

nəfsinin qurbanı olma!

Aç ruhunun qollarını,

məni yaşamağa çağır.

Addımlarından gül suyu,

qollarından eşq budaqları doğur!..

 

 

ÜMİD GƏMİLƏRİ

 

Onlar ümid gəmiləri

dənizə yelkən açarlar.

Ümidsizcə günəşə inananların

süzgün baxışlarında çılpaq rüzgar,

Onu gecə heyran qoyacaq

Yer üzünün güzgüləri.

Ayın aydınlıq həsrətlərini

sonsuzadək söndürəcək.

Onlar hər şeyi satar,

insafsız cəlladlara,

varacaqları yerlərin

kirli sahiblərinə.

Sığır sürüsünə

təkəlik edər kimi,

qollarda, başlarda

işgəncə izləriylə

keçərlər suları.

Tarlalarda üzləşdikləri şiddətin,

acı və zalimanə seksin

qarınlarında təptəzə izləri var.

Dərin yuxusunu,

axtararkən parçalanmış dərilərini

udan zavallılar üzərində

gündəlik çörək kimi verilən,

üzən və parçalanmış amma,

çox zaman yerə dəyməyən taxta üstündə

yaşayanların çox az qismi canlı qalacaqdır.

Çoxunun əli qanlı olacaqdır.

 

 

O TAYDA

 

O tayında,

üfüqdə

duzlu qoxunun o tayında

Köksündə

məskən sala bilməyən dalğalar və qayalar

arasında;

 

O tayında,

Köklərin o tayında

salxım söyüdlərin o tayında,

çiçəklər açan bir tarla

doyumsuz bitki örtüyü arasında;

 

O tayında,

Sözlərin o tayında,

alovlar içindəki dünyanın o tayında,

parlaq və ucsuz-bucaqsız

şipşirin göy üzündə;

 

O sənsən, qadın!

Qız, aşiq və ana.

Sən yorulmak bilməzsən,

səssiz və gerçək şərqinlə

zəncirlərini boşalt,

dumanlı dodaqlarınla

və ipək əllərinlə

işgəncələri və xatirələri yumşalt,

Dünyaya

son vəsiyyətini edənsən sən,

qadınsan sən.

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.