""Ulduz"lu görüşlər"in qonağı Rəşad Məcid olub

 

""Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına "Ulduz" jurnalı redaksiyasından verilən məlumata görə, “Ulduzun” təşkilatçılığı ilə keçirilən görüşdəjurnalın baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də  Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib.

 

Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış  görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı.  

Söz Rəşad Məcidə verilib.  Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə  şəxsi kitabxanasından  seçmə kitablar hədiyyə edib.

Qeyd edək ki, bundan əvvəl ""Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında "Allaha salam" filmininin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.