Arif Buzovnalı – bir səs, bir zarafat, bir xatirə Featured

 

Fərqanə Qafarova, “Ədəbiyyat və incəsənət” üçün

 

Arif müəllimi illər əvvəl çox maraqlı və unudulmaz bir şəkildə tanıdım. 18 yaşım vardı. Bir qohumun toyuna onu dəvət etmək lazım idi, amma səbəblər elə gətirdi ki, bu məsuliyyət mənə düşdü. Öz kimliyimi gizlədib, ev yiyəsinin adından danışdım. Danışıq oldu, toy baş tutdu.

 

Toy zamanı bəzi çıxışları videoya çəkirdim. Günlər sonra zəng gəldi: “Mənim haqqımda veriliş hazırlanır. Toyda bir xanım mənim çıxışımı çəkirdi, zəhmət olmasa deyin, görüntüləri mənə göndərsin.” Bir anlıq tutulub qaldım. Məcbur qalıb, etiraf etdim ki, “o xanım” əslində mən idim. Məsələni danışdım, birlikdə güldük. Elə o gündən sonra salam-əleyk yarandı, xoş zarafatlarımız başladı.

İllər keçdi... Mənim toyumda da artıq yaxın bir insan, əziz bir qonaq kimi iştirak etdi. Onun səmimiyyəti, sadəliyi və gülərüzlülüyü yaddaşımda silinməz iz buraxdı.

İndi gün isə ağır xəbər almışıq. Arif Buzovnalı artıq aramızda deyil. Onun səsi, zarafatı və insanlığı daim ürəklərdə yaşayacaq.

Ruhu şad, məkanı cənnət olsun.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.