"Şəhərsalma və Memarlıq İli" çərçivəsində intellektual yarış təşkil edilmişdir

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun dəstəyi ilə məktəblilər arasında "Şəhərsalma və Memarlıq İli” çərçivəsində intellektual və yaradıcılıq istiqamətində  "Şəhərsalma salnaməsi: dünənin irsi, sabahın memarılığı" adlı yarışma təşkil edilmişdir.  

 

Yarışmada Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz  rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev çıxış edərək yarışın məqsədi barədə məlumat vermiş,  çıxış edəcək komandalara uğurlar arzu etmişdir.

Yarışmada 11 ümumtəhsil məktəbinin komandası iştirak etmişdir. Yarışma intellektual və yaradıcılıq mərhələlərində davam etmişdir.

İntellektual oyunun nəticələrinə əsasən I yeri Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseyin komandası tutmuşdur.

Yaradıcılıq mərhələsində isə Oğuz rayon Şirvanlı tam orta məktəbin komandası dövrün tələblərini özündə əks etdirən memarlıq nümunəsini əldə olan kağız məmulatlarından istifadə etməklə daha operativ və yaradıcı şəkildə hazırlayaraq qalib olmuşdur.

Tədbirin sonunda qalib komandalara və iştirakçılara medal, hədiyyə  və təşəkkürnamələr təqdim edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.