Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Güclü Azərbaycan ” adlı bədii –musiqili tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək yad edilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev, Milli Məclisin deputatı cənab Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədiri cənab Səfa Ağayev , hüquq –mühafizə orqanlarının rəhbərləri , rayon idarə- müəssisə və təşkilatlarının kollektivləri , eləcə də mədəniyyət işçiləri iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş Mədəniyyət Mərkəzinin kənd klub filallarının əl işləri, İmişli şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin rəsm əsərlərinə, İmişli Tarix Diyarşünaslıq muzeyinin bərpaçı rəssamı Namiq Mehdiyevin ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri, İmişli Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan rəsm əsərləri və Azərbaycan Rəssamlar İttifaqının üvzü Gülnarə Məmmədovanın rəsm əsərlərinə baxış keçiridilər.
Daha sonra tədbir iştirakçıları İmişli rayon Mərkəzi kitabxansının fondunda saxlanılan Ulu öndərin Heydər Əliyevin həyat və fəaliyyəti ilı bağlı olan kitablarla tanış olaraq , eyni zamanda kitabxanaçıların əl işlərinə baxış keçirdilər. Bundan əlavə Azərbaycanda müxtəlif dövrlərdə toxunmuş xalça və kilimlər nümunələri ilə tanış olmuşlar. Sonda İmişli şəhər Uşaq İncəsənət məktəbinin xor kollektivinin çıxışı və şagirdlərin solo ifası , eləcə də müəllimlərin çıxışları tədbir iştirakçıları tərəfindən marağla qarşılandı.
“Ədəbiyyat və incəsənət”
(14.05.2026)


