Oğuzda "Azərbaycan memarlığı uşaqların gözü ilə" adlı sərgi təşkil edilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 Oğuz rayon Heydər Əliyev Mərkəzinin və Oğuz rayon Uşaq - Gənclər İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili" çərçivəsində "Azərbaycan memarlığı uşaqların gözü ilə" adlı sərgi təşkil edilib.

 Sərgidə Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun, Oğuz rayon Heydər Əliyev mərkəzinin, Oğuz rayon Uşaq - Gənclər İnkişaf mərkəzinin, Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev mərkəzinin direktoru Mehriban Abbasova açıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin əməkdaşı Sevinc Rəsulova "2026-cı ilin Şəhərsalma və Memarlıq ili" haqqında ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyevin Azərbaycan memarlığının hamisi kimi fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun əməkdaşı Elvin Qarayev və Oğuz rayon Uşaq-Gənclər İnkişaf mərkəzinin direktoru Xəyalə Yusubova bildirib ki, sərgidə təqdim olunan hər bir əl işinin həm də uşaqlarımızın öz köklərinə necə bağlı olduğunu göstərir. Onlar keçmişin memarlıq incilərini gələcəyə daşıyırlar.

Daha sonra Oğuz rayon Uşaq - Gənclər İnkişaf mərkəzinin şagirdlərinin hazırladıqları, Azərbaycanın və Oğuz rayonunun tarixi və memarlıq abidələri, qədim qalalar və məbədlərinin əks olunduğu sərgiyə baxış keçirilib. Şagirdlər abidələr haqqında ətraflı məlumat verib.

Sonda sərgi iştirakçıları sertifikatlarla təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.