“Mənim ölkəm: tarix və müasirlik” adlı rəsm müsabiqəsinin seçim mərhələsi keçirilib

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan müsabiqə Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, Beyləqan rayon Təhsil Sektoru və Beyləqan rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

 

Müsabiqənin əsas məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların milli dəyərlər və müasirlik mövzusuna baxışlarının təşviq edilməsidir.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin seçim mərhələsində Beyləqan Rayon İcra Hakimiyyətinin, rayon üzrə mədəniyyət müəssisələrinin, təhsil və gənclər sektorunun əməkdaşları iştirak ediblər.

Rəsm işləri anonimlik qorunmaqla, şəffaflıq və obyektivlik prinsipləri əsasında qiymətləndirilib. Qiymətləndirmənin yekun nəticələrinə əsasən aşağıdakı iştirakçılar növbəti mərhələyə vəsiqə qazanıblar:

 

I yaş qrupu üzrə:

Ləman Şirinli, Elminaz Bəndəliyeva, Fatimə Ədalətli, Duyğu Məmmədova, Gülpəri Bəndəliyeva

 

II yaş qrupu üzrə:

Pınar İbrahimli, Ülkər Şamxalova, Ləman Hümbətova, Aydan Quliyeva, Əsmər Behbudzadə

 

III yaş qrupu üzrə:

Türkan Camalzadə və Aynurə Yaqubova

 

Növbəti mərhələyə keçən7 iştirakçıları, onların təmsil olunduğu məktəblərin rəhbərliyini və rəsm müəllimlərini təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.