Oğuzda akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz rayonunda  həkim-oftalmoloq, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbir həm elmi, həm də mənəvi baxımdan əlamətdar olub.

 

Tədbir Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları görkəmli alim və həkimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər onun Azərbaycan tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələri vurğulayıblar. Zərifə Əliyevanın zəngin elmi irsi, çoxşaxəli fəaliyyəti və mənalı həyat yolu böyük ehtiramla xatırlanıb.

Qeyd edilib ki, akademikin humanizmə əsaslanan yanaşması və peşəkarlığı bu gün də tibb işçiləri üçün nümunədir. Onun fəaliyyəti səhiyyə sahəsində çalışanlar üçün istiqamətverici rolunu qoruyub saxlayır və gələcək nəsillərə örnək olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

 

                                                             

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.