Oğuzda iftar süfrəsi təşkil olunub

 

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

Müqəddəs Ramazan ayı münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər.

 

İftar süfrəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə, qarşılıqlı hörmətə və yardımlaşmaya səsləyən müqəddəs ay olduğunu vurğulayaraq, bildirib ki, bu mübarək ay cəmiyyətimizdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbirdə digər çıxış edənlər Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin Oğuz rayon nümayəndəsi Samir Salehov çıxış edərək Ramazan ayının əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunmasından və şəhid ailələri ilə qazilərə göstərilən diqqət və qayğıdan danışıblar. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə minnətdarlıq ifadə olunub.

Tədbirdə şəhid anası Gülər Cəfərova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Daha sonra din xadimi tərəfindən dualar oxunub, tutulan orucların və edilən ibadətlərin qəbul olunması dilənib.

Sonda bildirilib ki, belə tədbirlər cəmiyyətdə birlik və həmrəyliyin gücləndirilməsinə, milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

 

 

                                                                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.