Oğuzun tanınmış müğənnisinin yubiley tədbiri keçirilib

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuzun sevilən, tanınan müğənnisi Mirməhəmməd Malıyevin 65 illik yubileyi münasibətilə "Müğənni Mirməhəmməd Malıyevin 65 illik ömür yolu" adlı yubileyi gecəsi təşkil olunub.

 

Oncə ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz, vətənin azadlığı uğrunda Şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   

Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə   təşkil olunan tədbirdə Oğuz rayon İcra Hakimiyyətini humanitar-siyasi şöbəsinin müdiri Ayaz Ağayev, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseyinov, Oğuz rayonunundakı idarə və təşkilatların əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar, Oğuzun tanınan yazıçı və şairləri, şəhər sakinləri, müğənillər iştirak ediblər. 

Çıxış edənlər uzun müddət Oğuz rayonunda mədəniyyət sahəsində müxtəlif vəzifədə çalışmış, müntəzəm olaraq el şənliklərində iştirak edən müğənninin həyat və yaradıcılığından, səsi ilə hər zaman onu dinləyən oğuzluların sevimli müğənnisi olan Mirməhəmməd Malıyevin milli musiqimizin qorunub yaşadılmasında böyük zəhmətindən söz açdılar. Onu 65 illik yubileyi münasibətilə təbrik etdilər

Müğənni M.Malıyevin həyat və yaradıcılıq yolunu işıqlandıran videoçarx izləndikdən sonra  Oğuzun tanınmış müğənniləri mahnılar ifa etdilər.    

Tədbirin sonunda Oğuz rayon İcra Hakimiyyətinin humanitar-siyasi şöbənin müdiri Ayaz Ağayev Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Cavid Əbdul-Qədirovun müğənni M.Malıyevə hədiyyə və təşəkkürnaməsini   təqdim etdi. Daha sonra Yeni Azərbaycan Partiyasının Oğuz rayon Təşkilatının sədri Saleh Məhərrəmov hədiyyə və təşəkkürnamə təqdim etdi. Tamaşaçılar tərəfindən gülllər,  hədiyyələr təqdim olundu.

Tədbirdə Mədəniyyət İşçilləri Həmlkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri Anar Hüseyinov çıxış edərək, Oğuz rayon mədəniyyət işçiləri adından, müğənni Mirməhhəməd Malıyevi təbrik etdi, hədiyyə və fəxri fərmanı müğənniyə təqdim etdi.

Tədbirin sonunda müğənni M.Malıyev tamaşaçılara yubiley gecəsində  iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi, oğlu müğənni Hikmət Malıyevlə birlikdə onların qarşısında   mahnılar ifa etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.