Oğuzun Heydər Əliyev Mərkəzində yazarlarla görüş keçirilib

 

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.

  

Oğuz rayonunda ədəbi mühitin canlandırılmasına yönəlmiş növbəti tədbir keçirilib. Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sözün sehri: Müəlliflə üzbəüz, Oğuz yazarları ilə görüş” adlı tədbir baş tutub.

 

Tədbirdə rayonun tanınmış yazarları – Yusif Rzayev, Vüsal Oğuz, Nazim Hüseynli, Sədaqət Oğuzlu, Şükufə Ruhlu, Elza Gülməmmədova və İmran Verdiyev iştirak ediblər. Görüşdə həmçinin mərkəzin əməkdaşları, Oğuz şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümayəndələri, eləcə də Oğuz şəhər 2 saylı texniki və təbiət təmayüllü liseyin müəllim və şagird kollektivi də iştirak edib.

Görüş Oğuz yazarlarının təqdimatı ilə başlayıb və səmimi, maraqlı ədəbi mühit şəraitində davam edib. Tədbir çərçivəsində “Yazıçı ilə üz-üzə” adlı debat-söhbət təşkil olunub, “Ən yaxşı bədii qiraət müsabiqəsi” keçirilib və “Həyat və yaradıcılıq düsturu” mövzusunda müzakirələr aparılıb. Bu mərhələlər tədbirə xüsusi rəng qataraq onu daha maraqlı və dinamik edib.

Şagirdlər yazarlarla fəal dialoq quraraq onlara müxtəlif suallar ünvanlayıblar. Eyni zamanda müəlliflərin qələmindən çıxan şeirlər səsləndirilib və gənclərin bədii qiraət bacarıqları nümayiş etdirilib.

Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib, həmçinin yazarların iştirakı ilə imza saatı təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

                                                             

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.