Ötən gün AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Beynəlxalq ana dili günü münasibətilə "Dilini yaşat, Vətənini yaşat" adlı tədbir keçirilib. Tədbirdə bölgə yazarları, alimlər, ziyalılar, tələbələr iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən məlumata görə, tədbirin moderatoru Bölmə sədri, yazıçı dramaturq Qafar Cəfərli giriş çıxışında bu günün yaranma tarixindən, Konstitusiyamızda və Qanunlarda təsbitindən, ana dilimizin inkişafı və qorunması sahəsində görülən işlərdən, şair və yazıçıların bu sahədəki rolundan məlumat verib.
Mövzu ilə bağlı Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Yadulla Agazada geniş məruzə edib.
Çoxsaylı çıxışlarda tədbir istirakćıları mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüblər.
Tədbirdə iştirak edən AMEA Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid Şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış ədəbiyyat xadimi Vaqif Yusifli Ana dilimizin qorunmasında və inkişafında görkəmli söz adamlarının oynadığı roldan ətraflı danışıb.
Şairlərin Ana dilimizlə bağlı ifa etdikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(23.02.2026)


