Pəri Mehman,
Cosmo_Art_Agency-nin meneceri, filoloq, yazar və təşkilatçı. “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıt Gənclər Evində tanınmış yaradıcı şəxs Ümüd Abbas Nihaninin gənclərlə görüşü baş tutub.
Prezident təqaüdçüsü, Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cosmo_Art_Agency-nin təsisçisi, aktyor, rejissor, qiraətçi, şair və yazıçı Ümüd Abbas Nihani görüş zamanı sözün, fikrin və gənclik enerjisinin əhəmiyyətindən bəhs edib.
Tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb və səmimi mühitdə keçib.
Görüş çərçivəsində Ümüd Abbas Nihani rejissor və yazıçı kimi öz yaradıcılıq təcrübələrini bölüşüb, gənclər üçün bilik və təcrübəsinə əsaslanan master-klas keçirib. Tədbir iştirakçıların fəal müzakirələri ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


