İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Cəlilabad rayonunda Rayon Veteranlar Təşkilatı tərəfindən Cəlilabad ədəbi mühitinin nümayəndəsi, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəlinin "Murovdağ faciəsi" kitabının təqdimatı keçirilmişdir.
Olduqca maraqlı keçən tədbirdə şəhid ataları, əmək və müharibə veteranları, tanınmış ziyalılar, Biləsuvar rayonundan gəlmiş qələm adamları və ictimaiyyət nümayəndələri yaxından iştirak edərərək yazıçı-şair Sakit Üçtəpəlini yenicə işıq üzü görmüş kitabı münasibnətilə ürəkdən təbrik edib, ona yaradıcılıqda yeni-yeni uğurlar arzuladılar.
Tədbirin sonunda isə müəllifin yeni kitabı iştirakçılara təqdim edildi və xatirə şəkilləri çəkildi...
Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab müəllifin oxucularının görüşünə gəlmiş sayca ikinci kitabıdır.
Kitabda müəllifin qələmə aldığı ictimai-siyasi və lirik şeirləri ilə yanaşı onun I Qarabağ Savaşında itkin düşmüş qardaşı Mübariz İsayevin acı taleyindən bəhs edən "Murobdağ faciəsi" adlı publisist məqaləsi yer almışdır. Kitabın redaktoru isə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salmandır...
Biz də bu münasibətlə Cəlilabad ədəbi mühitinin nümayəndəsi, şəhid qardaşı və yazıçı-şair Sakit Üçtəpəlini (Sakit İsayev) nəşr edilmiş yeni kitabı ilə əlaqədar ürəkdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(21.10.2025)