İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Mərkəzi Kitabxana Sisteminin Kərimli kənd kitabxanasının başladığı "Oğuz, qonağın var!" adlı ədəbi layihəsinə əsasən Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin dəstəyi ilə M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində şair-publisist, yazıçı, Prezident mükafatçısı, AYB-nin və AJB-nin, Dünya Türk Yazarlar Birliyinin üzvü, ictimai xadim Nəcibə İlkinlə görüş keçirilib.
N.İlkin təsisçisi və baş redaktoru olduğu "Azad Qələm" qəzetinin və jurnalının, həmçinin "Ali Ziya" jurnalının baş redaktorudur. 500-dən çox kitabın redaktorudur.
Özü 27 kitabın müəllifidir. Kitablarının bir çoxu şəhidlərimiz haqqındadır.
Görüşdə İsmayıllı - Qəbələ - Oğuz regional yazıçılar birliyinin sədri, şəhid valdeynləri, rayon idarə və müəssisələrinin əməkdaşları, rayon ziyalıları, məktəblilər və fəal oxucular iştirak edib.
Tədbirdə şairin şeirləri səsləndirilib, çıxış edənlər Nəcibə İlkin yaradıcılığı haqqında danışmış və onları maraqlandıran sualları yazıçıya ünvanlamışlar.
Sonda Nəcibə İlkin oxuculara öz kitablarını hədiyyə edib. Müəllifdən imza alınıb və xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)