İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə ötən gün -18 sentyabr 2025-ci il tarixində Teatrda dahi Azərbaycan bəstəkarı, dramaturqu,publisisti, dövlət və elm xadimi Üzeyir bəy Hacıbəyovun 140 illik yubileyi ilə əlaqədar "Əbədiyaşar sənətkar" adlı tədbir keçirildi.
Tədbirdə bölgə yazarları, Teatrın rəhbər, aktyor və texniki heyəti və ziyalılar iştirak etdilər.
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərlinin giriş sözü və aparıcılığı ilə keçirilən tədbirdə yubilyarın Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti və elmi qarşısında olan möhtəşəm xidmətləri, həyatının bəzi anları xatırlandı.
Müğənni İmanverdi Ağayevin "Leyli və Məcnun" operasından ifa etdiyi musiqi iştirakçılar tərəfindən maraqla qarşılandı.
Əlbəttə ki, bölgələrimizin mədəni həyatının bu qədər zəngin olması diqqətçəkəndir.
Sonda isə xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)