"Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Kimyaçı mədəniyyət sarayında təşkil olunan tədbirdə şəhid ailələri, qazilər, media və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

  Əvvəlcə haqq-savaşında canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdi. Sonra ŞAD İB-nin təşəbbüsü və Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BAYFİLM MMC-nin istehsal etdiyi "MİSSİYA" qısametrajlı bədii film izlənilmişdi.

 Abşeron-Xızı Regional Mədəniyyət idarısinin əməkdaşı, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdüllməcid Axundovun anası Ceyran Həsənova qonaqları salamladı. O vurğuladı ki, 2016-cı ilin Aprel döyüşlərində ordumuz ilk qalibiyyətini əldə etdi və böyük Zəfərin başlanğıcı həmin döyüşlərində tarixləşdi. Nəhayət, otuz ilin Vətən həsrətinə son qoyuldu. Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı və xalqımız məğrur xalq, ordumuz isə dünyanın ən güclü ordusu sıralarında yer aldı.

Natiqlər çıxış edərək bildirdilər ki, ədalətin və bütövlüyün bərpasından artıq beş il ötür. Bizi zəfərə aparan yol məhz 2016-cı il “Aprel döyüşləri”, 2018-ci il mart ayında “Günnüt əməliyyatı”, 2020-ci ildə “Tovuz döyüşləri” 44 günlük Zəfər səlnaməsinə gələn qalibiyyət yolumuzdur. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımızın birliyi sayəsində qələbə qazandıq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Qırx dörd gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə Qələbə yazıldı.

Tədbir tanımış səhnə ustalarının gözəl ifaları ilə yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.