İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
9 iyul 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasında Azərbaycanın böyük şairi, görkəmli maarif xadimi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş “Böyük şair, görkəmli maarif xadimi – Seyid Əzim Şirvani” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Seyid Əzim Şirvaninin milli ədəbiyyatımıza və maarifçilik tariximizə verdiyi töhfələrdən bəhs olunub. Onun maarifçi və müəllimlik fəaliyyəti, xalqın savadlanması naminə apardığı mübarizə geniş şəkildə təhlil edilib. Bildirilib ki, maarifpərvər şairin ideyaları və yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır və gənc nəsil üçün örnəkdir.
Tədbirdə həmçinin Seyid Əzim Şirvaninin poeziyasında əksini tapan milli-mənəvi dəyərlər, vətənpərvərlik, ədalət və maariflənmə kimi çağırışların bu gün də cəmiyyət üçün nə qədər vacib olduğu vurğulanıb. Bu ideyaların gənclər arasında təbliği istiqamətində görüləcək işlərin əhəmiyyəti qeyd olunub.
Sonda “Qafqaz müsəlmanlarına xitab” adlı videoçarx nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)