İlqar İsmayılzadə,
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi)
26 may 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərancamı ilə bağlı “2025-ci il- Konstitusiya və Suverenlik ili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşları, bölgə yazarları və ziyalılar iştirak ediblər.
Mərkəzin əməkdaşı Könül Rzayevanın moderatorluğu ilə keçən tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Konstitusiya və severenlik ili” ilə bağlı video-çarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli “Konstitusiya və suverenlik ili” ilə bağlı məruzə edib. Q.Cəfərli Azərbaycan Respublikasının tarixində qəbul olunmuş Konstitusiyalar haqqında, həmçinin Konstitusiyanın dövlətin mövcudluğunda olan müstəsna əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, konstitusiyada əksini tapan insan və vətəndaş hüquqları haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən AYB üzvləri olan şairlər Ağamir Cavad, Xatirə Xatun, Xanlar Həmid, Salman Məmmədoğlu və şairə Əfsənə Sultan mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Şairlərin tədbirin ruhuna uyğun ifa etdikləri şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)