Özbəkistan mediasında Heydər Əliyevlə bağlı məqalə dərc olunub

Türk Ağsaqqalları İctimai Biriyi İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Azərbaycan-Özbəkistan münsibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məqaləsi Özbəkistanın  “aniq.uz”, “fikr.uz” saytlarında yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verie ki, adıçəkilən ölkənin özbək və rus dillərində fəaliyyət götərən iki media orqanında işıq üzü görəm məqalədə Özbəkistanın türk dünyasındakı yerindən və Ümummilli Lider Heydər Əliyevin ölkələrimiz arasındakı münasibələrin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilir.

Məqalədə eyni zamanda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilir. Bildirilir ki, Prezidentin uğuru diplomatik fəliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib. 

Yazıda həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələr ilə əlaqələrinin inkişafında oynadığı rol əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşündən və digər addımlarından bəhs edilir.

Həmçinin, yazıda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fəaliyyəti öz əksini tapır.

Özbək və rus dillərində yayımlanan məqaləyə bu linklər vasitəsilə daxil olmaq mümkündür:

 

https://aniq.uz/yangiliklar/ozarbayjon-uzbekiston-munosabatlarining-mustahkamlanishida-haydar-alievning-roli-qanday?fbclid=IwAR2LtjWr-zLc9N7j4Oj1u-g0kNJV2rAyoqtF2uylgJlQJ1tTZintdTecxSU

https://fikr.uz/blog/ziyonet_simpozium/rol-gejdara-alieva-v-razvitii-azerbajdzhano-uzbekskih-otnoshenij.html?fbclid=IwAR0McmVwnnnG-M_t4aSLiZHTAwCm4XceILW0fjnb-tagKz40RxGG6YM6nF4

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.