Sürücülər üçün heç də xoş olmayan bir xəbər. Paytaxt küçələrində avtomobillərin sürət hədləri aşağı salınır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Bakı Nəqliyyat Agentliyinin saytına istinadən məlumat verir.
Sürət həddi saatda 110 km/saat olan Heydər Əliyev prospektində (Koroğlu metrosundan Hava limanlnadək), Zuğulba və Mərdəkan şosselərində bu hədd bundan sonra 90 km/saat olacaq.
Ziya Bünyadov prospektində sürət həddi saatda 90 kilometrdən 70-ə, Qara Qarayev prospektində 69-dan 50-yə endiriləcək.
Tam siyahı ilə göstərilən cədvəldən tanış ola bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)