İqtisad elmləri doktoru, professor, yazıçı, motivasiya spikeri, Azərbaycan Respublikasındakı “Ukrayna Ticarət Evinin” baş direktoru Əlibala Məhərrəmzadənin Azərbaycan və Ukrayna arasında iqtisadi-mədəni əlaqələrin inkişafında böyük xidmətləri var. Bu günlərdə Ukrayna Ali Radasının sədri Puslan Stefançukun Sərəncamı ilə Əlibala Məhərrəmzadə Ukraynanın beynəlxalq nüfuzunun yüksəldilməsindəki xidmətlərinə, Ukraynaya Rusiya təcavüzü dövründə dəstək nümayişinə görə Ukrayna Ali Radasının Minnətdarlıq plaketinə layiq görülmüşdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, plaketi Əlibala Məhərrəmzadəyə Ukraynanın Azərbaycandakı səfirliyində Ukraynanın eks prezidenti Viktor Yuşşenko təqdim etmişdir. Mərasimdən sonra Əlibala Məhərrəmzadə portalımıza verdiyi açıqlamasında Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin perspektivindən danışmış, Rusiya ilə müharibə fonunda Ukraynaya dünyanın diqqətinin artmasından bəhs etmiş, bundan sonra görüləcək işlərdən bıhs etmişdir.
Xatırladaq ki, Əlibala Məhərrəmzadə buna qədər də Ukraynanın nüfuzlu mükafatları ilə, o cümlədən Ukrayna Prezidenti tərəfindən III dərəcəli “Xidmətə görə” ordeni ilə, Ukraynanın Baş Naziri tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)