Qazaxın işğaldan azad olunan kəndlərinin sakinləri Səyyar ASAN xidmətdən yararlanıblar

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana geri qaytarılıb.

28 aprel 2025-ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət çərçivəsində Aşağı Əskipara və Xeyrımlı kəndinin sakinlərinə xidmət göstərilib. Belə ki, Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

 

“Ədəbiyyat və incəsənət” portqllna “ASAN xidmət”dən verilən məlumata görə, sözügedən təşəbbüs Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.