“Müstəqil və suveren Azərbaycan gəncliyİ” mövzusunda tədbir

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

23 aprel 2025-ci il tarixdə YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil və suveren Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. 

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ziyalıları iştirak etmişlər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. 

YAP Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs ediblər.

Eyni zamanda tədbirin sonunda təşkilati məsələyə baxılıb elə ki Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli YAP Ağdam rayon Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatına sədr və Xaləddin Tağıyev  sədrin müavini seçilib. Kollecin müəllimi olan, fəal gənclər YAP-ın Ağdam rayon Təşkilatının rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.