Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dramaturq, ictimai xadim, Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.

 

Kitabxanadan “Ədəbiyyat və incəsənət” portallna verilən məlumata görə, məlumat bazasında görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, əsərlərindən nümunələr təqdim olunub. Həmçinin Vaqif Səmədoğlunun yubileyi ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, onunla bağlı xatirələr və ədibin memuarları da yer alıb. Elektron bazada böyük dramaturqun əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr, ədibin sözlərinə yazılan mahnılar və haqqında çəkilən filmlərdən də bəhs edilib. Burada “Təltiflər”, “Vaqif Səmədoğlu medalı”, “İzomateriallar”, “Video və foto qalereya” kimi bölmələr də yer alıb.

 

Məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.