“Tanı, Oxu, Tanıt" layihəsi Qubada Featured

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin  gerçəkləşdirdiyi “Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində ADPU-nun Quba filialınında  tədbir keçirilib

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin moderatorluğunu filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova edib. 

Tədbirdə açılış nitqində  dos.Yusif Alıyev ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, istedadlı gəncləri bu istiqamətdə hər zaman dəstəkləməyə hazır olduğunu, layihənin müqəddəs amala xidmət etdiyini bildirib. Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, DGTYB -nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB başqanı, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Mənsur Ağayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, gənc şairə Sərvinaz Sərvər çıxış edib, filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd edib, həmçinin tələbələr ədəbi topluda yer alan şeirləri səsləndiriblər. Sonda layihəyə dəstək olan şəxslər (filialın direktoru dos.Yusif Alıyev,  Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin müdiri Nəcəf Novruzov, şair Ramiz Qusarçaylı, filialın əməkdaşları p.f.d.Aysel Şeydayeva, Nəhayət Şirinova, Eyvaz Şeydayev, şeir deyən tələbələr) mükafatlandırılıb, iştirakçılara layihə çərçivəsində çap olunmuş kitablar və s. hədiyyə edilib. Xatirə fotosunun çəkilməsi ilə tədbirə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.