“YAŞAT" Fondu növbəti “Hədiyyə Karvanı” layihəsini reallaşdırır

 

 “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”ə fonddan verilən məlumata görə, 4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır.

Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edəcək.

 

Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır. 

 

Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!

 

Layihənin logistika dəstəkçisi Abşeron Logistika Mərkəzidir.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.