“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailə üzvləri Şuşaya səfər ediblər

​ “YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailəsi üzvlərinin Azərbaycana səfəri davam edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

​Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur. 

 

Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir.  “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr nəzərdə tutulur.

 

​28 May -  Müstəqillik Gününə həsr olun layihə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı,  “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə reallaşdırılır.

 

​Bu çərçivədə türkiyəli qonaqlar azərbaycanlı şəhid ailə üzvləri ilə birgə 2 gün ərzində Şuşa şəhərində olublar.

 

​70-ə yaxın iştirakçı Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa qalasına, İsa bulağına, Yuxarı Gövhər Ağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya edib.

 

​Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

​Layihənin media dəstəkçisi : ASAN TV, ASAN Radio

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.