Ölkəmizdə səfərdə olan “Alibaba Qrup”un Qlobal Strateji Tərəfdaşlıq bölməsinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə stinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.
Tərəflər arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi sahəsində təlim proqramlarının təşkili, startapla dəstək istiqamətində potensial əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Eyni zamanda “ABAD” məhsullarının satışının beynəlxalq istiqamətdə genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)