“Yalan bilib yanacağam doğruya"nın müəllifi ilə görüş

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Poeziya Evində AYB üzvü, şair Kəramət Əmirlinin 65 illik yubileyi və yenicə çapdan çıxmış "Yalan bilib  yanacağam doğruya" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

Öncə Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın xatirəsi yad edilib.

Poeziya Evinin direktoru İbrahim ilyaslı qonaqları salamlayıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şairin yaradıcılıq məziyyətləri haqqında məlumat verib.

Tədbirdə qələm adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən ziyalılar- Rafiq Yusifoğlu, Rafiq Oday, Fazil Abbasquluzadə, Asif Asiman, Sübhan Quliyev, Namiq Dəlidağlı, Xəqani Abbasəli, Almaz Ərgünəş Bəyazid, Əli Niyazbəyli, Nəriman Nərimanlı və başqaları yublyarı təbrik edərək, ona ürək sözlərini çatdırıblar.

Tədbir boyu şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Ailə üzvləri adından yubilyarın həyat yoldaşı və bacıları təşkilatçılara və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Sonda Kəramət Əmirli yeni şeirlərini oxuyub.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.