Gənclər şəhəri Sumqayıtın keçmiş tarixinə bir nəzər Featured

Əməkdar incəsənət xadimi, yazıçı-rejissor, jurnalist, publisist, ictimai xadim, SSRİ dramaturqları laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına mükafatlar laureatı, Prezidentin mükafatçısı, Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Sumqayıt şəhərinin həyatı və onun insanlarına həsr etdiyi “Əfsanələrdən yaranan şəhər və onun insanları” adlı kitabı üzərində son tamamla işlərini görür. Sumqayıt şəhərinin 75 illik yubileyi ərəfəsində “Ədəbiyyat və incəsənət” portalı həmin kitabdan kiçik bir hissəni çoxminli oxucularının ixtiyarına verir.

İnanırıq ki, hamınızın xoşuna gələcək.

Bildiyimiz kimi 2024-cü ilin noyabr ayının 22-də bu şəhərin artıq 75 yaşı tamam olur.

 

 

Sumqayıt xoşbəxtlərin, gözəl insanların, ayrı-ayrı millətlərdən olan xalqların birlik, həmrəylik şəhərdir. Sumqayıt kiçik bir Azərbayandır.

                                                                                                Heydər Əliyev

 

Sumqayıt şəhərinin yaranmasının 75 illiyi ərəfəsində bu şəhərdə yaşadığım 48 illik həyatım bir kino lenti kimi gözlərimin qarşısından keçir...

Bu şəhər mənim kimi, minlərlə həmyaşıdlarımın, bizdən böyüklər və kiçiklərçün ikinci Vətəni, tale şəhəri sayılır. Bu həmin şəhərdir ki, vaxtı ilə əhalisinin sayına, sənaye müəssisələrinin istehsalına, potensial gücünə, gözəlliyinə, səliqə-sahmanına görə, Zaqafqaziyada dördüncü şəhər sayılırdı. İndi isə ikinci şəhər sayılır. Bu həmin şəhərdir ki, adına əfsanələr qoşulub, romanlar, pyeslər, şeirlər, dastanlar, mahnılar yazılıb. Ssenarilər əsasında sənədli, bədii kinofilmlər çəkilib. Buradakı xarüqələri, gözəllikləri görməkçün dünyanın hər yerindən minlərlə insanlar gəlib və bu gözəlliklərdən məmnun olublar. Hətta elələri olub və heyrətə gəliblər ki, bu qumsallığın üzərində belə bir gözəl, yaraşıqlı şəhəri necə salıblar...

 

                               Keçmiş tarixə kiçik bir nəzər

Bu gənclər şəhərində gecə yarısına, bəzən də səhərə kimi insanlar kinoteatrlarda, klublarda, konsertlərdə və başqa maraqlı tədbirlərdə böyük həvəslə iştirak edir, qayğısız ömür sürür, böyük istək və həvəslə zavodlarda, fabriklərdə, tikinti meydançalarında işləyir, yorulmaq nə olduğunu belə bilmirdilər. Axşamlar işdən sonra sumqayıtlılar bayramsayağı bəzənib, gül-çiçəklə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, “Ümid” Teatr-Studiyasının, Sumqayıt Gənclərinin Tənqid- Təbliğ Xalq Teatrının, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, 28 may ( keçmiş Oktyabr), İnşaatçılar adına Mədəniyyət evlərindəki, Dostluq, Veteran, Gənclik və başqa klubların bədii özfəaliyyət kollektivlərinin, xalq teatrlarının və eləcə də bu şəhərə qastrola gələn məşhur kollektivlərin, tanınmış incəsənət, ədəbiyyat xadimlərinin çıxışlarına, biri-birindən maraqlı kinofilmlərə baxmaqçün böyük həvəslə gəlirdilər. Həmin vaxtlar sumqayıtlılar öz istirahət saatlarını çox mənalı keçirirdilər. O vaxtlar şəhərdə yaşayan insanların sifətində bir doğmalıq, sevinc, xoş əhval-ruhiyyə vardı. Həmin vaxtı Sumqayıtda millət söhbəti yox idi. Bütün millətlər bir-birilə doğma, dost idi. Hətta bədnam erməniləri də biz özümzə dost bilib, kirvə də edirdik. Bütün bunlar da azərbaycanlıların ürəyigenişliyindən, sadəlövlülüyündən irəli gəlirdi.... Açığı elə bu ürəygenişlik, qan yaddaşımızın olmaması və sadəlövlülük də tarixlər boyu bizə pislik edənlərin əlində tutatrlı bir silah olub...

Sumqayıtlılar bahar, yay, payız aylarında, istarahət və bayram günlərində ellilikcə, kollektivlə dəniz kənarındakı parka gəlir, hər kollektiv bir tərəfdə süfrə açıb, ailəlikcə, dostlarla, tanışlarla bir qismət çörək kəsir, Nəsimi adına parkdakı Yay Estrada səhnəsində və özlərinin həyət meydançalarındakı səhnələrdə göstərilən konsertlərə, əyləncəli proqramlara maraqla tamaşa edirdilər. Sumqayıtlılar öz şəhərlərini çox sevirdikləri üçün tez-tez iməciliklər keçirib, parklarda, meydançalarda, həyətlərdə ağaclar, gül kolları əkir və hər birini də göz bəbəyi kimi qoruyurdular ki, bu yaşıllıqlar qumsallıq şəraitdə boy atsın, inkişaf etsin, şəhəri gözəlləşdirsin. Axı burada, qumsallıqda ağac, gül əkib, onu ərsəyə gətirmək, bu ağalara qol-qanad vermək o qədər də asan deyildi. Bu, insanlardan böyük səbr, hünər tələb eləyirdi. Bu da  sumqayıtlılarda vardı. Bir vaxtlar Sumqayıt, burada yaşayan millətlərin hamısının şəhəri olduğuna görə, əkilən, min bir zəhmətlə böyüdülən ağacları kəsmək heç kimin ağlına belə gəlmirdi. Bunu həmin adam özü üçün ən böyük təhqir və şərəfsizlik bilirdi. Bu şəhər, sevənlər, sevgililər, qayğısız, mehriban, xoş güzəranda yaşayan insanların şəhəri idi. Deməli, bu “ölü şəhər” deyildi. Bu həqiqətən diri, qaynar şəhər idi. “Ölü şəhər” adı isə həmin vaxt düşmənlərimizin dəyirmanına su tökənlər tərəfindən ona bir damğa kimi vurulmuşdu. Çünki bu şəhərin inkişafı, sözün həqiqi mənasında xarüqələr yaratması, dünyada tanınması, istehsal etdiyi yüksək keyfiyyətli məhsulların dünya bazarında baha qiymətə satılması, düşmənlərimizin ürəyincə deyildi. Ona görə də düşmənlərimiz bu şəhəri həmişə gözdən salmağa, ona damğa vurmağa çalışırdılar. O vaxtlar biz, bütün bunların nə məqsədlə edildiyini başa düşmürdük. Sumqayıt haqqında deyilən tənqidi fikirlərə adi bir söhbət kimi baxırdıq. Hərdən bəzi dönüklərimiz də bu şəhəri “top” atəşinə tuttrdu. Amma bilmirdik ki, bu tənqidlərin altında böyük qara fikirlər yatırmış… 1988-ci ilin fevral ayında bütün bunlar üzə çıxdı. Bizi “erməni genasidində” suçlayan erməni vandalları Sumqayıtda öz millətlərinə qarşı görünməmiş böyük cinayətlər törədərək, bunu azərbaycanlıların üstünə yıxmaq istəslər də amma bu iyrənc oyunları alınmadı və özləri dünyada xar oldular...

Artıq 2024-cü ilin noyabr ayının 22-də Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Bütün bu illərdə Sumqayıta çirkab atanlar çox olduğuna görə, bəzən əsl həqiqət yaddan çıxıb və ya ikinci plana keçib. Hətta həyatını bu şəhərin inkişafı yolunda şam kimi əridən, bu şəhərdə əvəzsiz xidmətləri olan insanlardan elələri var ki, onlar da yaddan çıxıb və unudulublar. Onların adları əbədiləşməyib. Haqqlarında lazımi səviyyədə yazılar yazılmayıb. Bu şəhərin inkişafında böyük xidmətləri olanların yaşadıqları binalara xatirə lövhələri belə vurulmayıb. Adlarına küçə, məktəb, sosial obyektlər verilməyib. Onların bəziləri hətta sağlığında da özlərinin layiqli qiymətlərini almayıblar. Ona görə də bu kitabda həmin yaddan çıxan, qiymətləri layiqinə verilməyən insanlar haqqında daha geniş yazmağı, həmin insanları tanıyanların qiymətli fikirlərini yazmağı planlaşdırmışam. Çünki həmin insanlar heç vaxt unudulmamalıdırlar. Ümumiyyətlə, mənim fikrimcə, təbirimcə nəcib əməllərlə yaşayan insanlar unudulmamalıdırlar.

Amma çox sevindirici haldır ki, artıq bu şəhərə doqquz ildir ki, rəhbərlik edən Zakir Fərəcov bir vaxtlar layiqili qiyməti verilməyən insanların çoxuna layiqi qiymətini verib. Onlardan bəzilərinin adına küçələr verilib. Bəzilərinin yaşadığı evlərə xatirə lövhələri vurulub. Bəzilərinin adına məktəblər verilib. Bu, əlbəttə, çox böyük və təqdirlə layiq bir işdir... Bu görə mən,  Zakir müəllimə öz təşəkkürümü bildirirəm.

Bunu keşmiş rəhbərlər də edə bilərdilər. Bəs niyə etməyiblər?.. Belə sualların sayı həddindən artıq çoxdur...

 

                            Sumqayıt niyə bir şəhər kimi salındı

Ona görə də ilk öcnə Sumqayıtın nə məqsədlə yaranması haqqında oxuculara qısa məlumat vermək istəyirəm.

1922- ci ildə Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi, Sovet Sosialist Respublikaları İttifaqı hökumətinin rəhbərliyinə belə bir teleqramla müraciət edib: “Azərbaycanda neft sənayesini inkişaf etdirməkçün boru istehsal edən zavod tikintisinə icazə verilməyinizi və həmin zavodun inşası üçün maliyyə köməkliyi etməyinizi Sizdən xahiş edirik”.  Bu teleqrama həmin vaxt müsbət cavab alınsa da, Azərbaycan rəhbərliyində əsas aparıcı vəzifələrdə qeyri azərbaycanlılar daha çox işlədiyinə görə, məsələnin müsbət həll olunmasına imkan verilməyib.

Artıq 1935- ci ildə də belə qərar qəbul olunub ki, Bakı ətrafında İstilik Elektrik Stansiyası, alüminium, metallurgiya və kimya zavodları tikilsin. Bununla bağlı iyun ayının 28-də Bakıdan Moskvaya dəvət olunan mütəsəxəssilərin iştirakı ilə SSRİ Sənaye Xalq Komissarlığının müşavirəsində mühüm danışıqlar aparılıb. Həmin müşavirə iştirakçılarına dövlət tapşırığı olaraq, Abşeron yarımadasında İstilik Elektrik Stansiyasının və digər sənaye kombinatlarının tikilməsi üçün ərazinin seçilməsi tapşırığı verilib. Həmin komissiya belə qənaətə gəlib ki, Bakının şimalında, Sumqayıt dəmiryol stansiyası yaxınlığında yeni şəhərin və sənaye kombinatlarının salınması mümkündür. Amma çox maraqlıdır ki, bu qərar da altı ay kağız üzərində qalıb. Çünki Moskvada əsas vəzifədə olan və Azərbaycan millətinə qarşı həmişə düşmən mövqeyində olanlar buna imkan verməyiblər...

1936- cı ilin əvvəlində, artıq Mir Cəfər Bağırov məktubla İosif Vssarionoviç Stalinə müraciət edərək, Azərbaycanda boru istehsal edən zavodun tkilməsinin çox labüd və vacib olduğunu, məntiqi dəlillərlə həmin məktubda yazıb. Stalin də həmin məktuba müsbət cavab verib.

Beləliklə, Azərbayan rəhbərliyi boru istehsal edən zavodu tikməkçün yer axtarmağa başlayıb. Və belə qərara gəliblər ki, Bakıdan 40 kilometr şimalda, Xəzər dənizinin sahilində və əvvəlki komissiyanının müəyyyənləşdirdiyi yerdə bu zavodu tikmək olar. Həm də bu zavodda işləyəcək insanlarçün kiçik bir yaşayış massivi, on iki min nəfərlik peyk şəhərciyi də salmaq olar. Amma heç kimin ağlına belə gəlməzdi və təsəvvür eləməzdi ki, bu kiçik peyk şəhərciyi sonralar böyüyüb, 400-500 min əhali yaşayan Sumqayıt  adlı  bir gözəl şəhər olacaq. Adı dünyada tanınacaq. Adına mahnılar, şeirlər, dastanlar, bədii, sənədli əsərlər qoşulacaq. Haqqında bədii, sənədli kinofilmlər çəkiləcək. Rəssamlar bu şəhərin insanlarını və gözəl mənzərələrini özlərinin rəsm əsərinə köçürəcəklər. Bu şəhərdə yaşayan insanlar öz şəhərlərini dünyanın ən gözəl şəhərlərindən üstün tutacaqlar. Bu şəhər dünya elminə çoxlu alimlər, məşhur mütəxəssislər, elm, təhsil, mədəniyyət işçiləri, məşhur həkimlər, tanınmış yazıçılar, idmançılar bəxş edəcək...

Artıq elə 1936- cı ilin sonuna kimi bu ərazidə indiki Sumqayıt Elektrik Stansiyasını tikməkçün ilk taxta baraklar və istilik mərkəzinin inşaatçılarının yaşaması məqsədi ilə qəsəbə salındı. Balaca qəsəbə salındıqca, məlum oldu ki, burada böyük şəhər salmaqçün hər cürə imkanlar var. Çünki bu yerin bir tərəfindən dəmir yolu, bir tərəfindən şosse yolu keçir. Həm də bura dəniz sahilində yerləşdiyinə görə, gələcəkdə burada dəniz yolu da salmaq mümkündür. Amma çox əfsus ki, bu günə qədər həmin dəniz yolunun salınmasını sumqayıtlılar səbirsizliklə gözləyirlər... Eləcə də Sumqayıta metro çəkilişi də planlaşdırlsa da əfsus ki, bu gözəl ideya hələ ki, reallaşmayıb. Əfsus. Çox əfsus... Amma  Sumqayıta metro çəkilsə görün bu metrodan  Azərbaycan büdcəsinə nə qədər xeyir gələr.

Beləliklə, gələcək şəhəri salmaqçün sənədlər, layihələr, smeta xərcləri hazırlandı. Hətta 1939- cu ildə Boruyayma zavodunu tikməkçün də qərar qəbul olundu və qısa bir vaxta işlərə başlanıldı...

1941- ci ilin fevral ayının 13- də Sumqayıt 1 nömrəli İstilik Elektrik Stansiyası ilk cərəyan verməyə başladı. Bu da artıq ilk qələbə idi. Özü də təkcə yerli camaatın dili ilə “Suqayıt” adlanan bu yerdə çalışan insanlarçün yox, həm də respublika üçün bir qələbə idi. Bu müəssisənin də əsas məqsədi, Bakıda olan neftçıxarma müəssisələrinə əlavə işıq vermək idi.

Lakin Böyük Vətən Müharibəsinin başlanması, azərbaycanda bütün işlər kimi, Sumqayıt qəsəbəsinin və Boruyayma zavodunun da tikintisini yarımçıq qoydu. Burada çalışan inanların çoxu müharibəyə getdi. O vaxtlar Sumqayıt qəsəbəsinin salınmasında iştirak edən və bu yerlərdə ilk binaların özülünü qoyanlardan biri Mikayıl Məmməd oğlu Ələkbərovun  adı qısa vaxtda məşhur oldu. Belə ki, 1943- cü ilin oktyabr ayının 26- da SSRİ Ali Sovetinin fərmanı ilə Mikayıl Ələkbərova döyüşlərdə göstərdiyi böyük qəhramanlığa, igidliyə görə, ölümündən sonra Sovet İttifaqı Qəhramanı adı verildi. Sumqayıtlılar belə bir qəhraman oğlu ilə fəxr etməyə başladılar. Bundan ruhlanan Sumqayıt 1 nömrəli İstilik Elektrik Stansiyasının işçiləri öz əmək haqlarından və müəssisənin gəliri hesabına təyyarə alıb, müharibəyə göndərdilər. İ. V. Stalinin həmin vaxtlar onlara göndərdiyi təbrik teleqramı da SSRİ-nin bütün aparıcı qəzetlərdə çap olundu.

1944-cü ildə artıq qələbənin yaxınlaşdığını görən SSRİ Müdafiə Komitəsinin rəhbərliyi yanvarın 17- də Zaqafqaziya Sənaye Tikinti Trestini ( “Zaqpromstroy”) yaratmaqçün qərar verdi. Bu təşkilatın da əsas işi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada nəhəng tikililər aparmaq, yeni zavodlar, fabriklər, yaşayış massviləri tikmək və köhnə, yarımçıq qalmış tikililəri bərpa etmək idi. Bu nəhəng təşkilata da Moskvada Polad və Ərintilər İstitutunu bitirmiş, mühəndis ixtisasına yiyələnmiş, Şimali Uralda yerləşən Metallurgiya zavodunda təcrübə keçmiş, Dneprovestin, Baykal-Amur kanalının tikintisində iştirak edən, 1938- ci ildən isə Azərbaycan Xalq Toxuculuq komissarı vəzifəsində işləyən Mehbalı Əmiraslanov rəhbər təyin olundu. Mehbalı Əmiraslanov özünün yazdığı xatirələrində həmin illəri xatırlayaraq, belə yazırdı: “ Mir Cəfər Bağırov məni bu vəzifəyə təyin edəndən sonra, yanına çağırdı və dedi ki, bu gündən “Zaqpromstoy” təşkilatının bütün qüvvəsini Boruyayma zavodunun tikintisinə və orada yaşayış massivi salmağa cəmləşdirməlisən. İdarəni də köçür Sumqayıta. Elə həmin gündən də texnikanı Sumqayıta daşınmağa başladıq. O vaxtlar belə nəzərdə tutulmuşdu ki, bura Bakının peyk şəhərciyi olacaq. Ən çoxu da burada 12 min insan yaşayacaq”.

Bəli. O zaman Azərbayan rəhbərliyi belə fikirləşirdi. Amma indi artıq Sumqayıt şəhərinin əhalisi qaçqın və köçkünlərlə birlikdə 500 min nəfərdən çoxdur. Və əhalinin sayı günü-gündən artır. Şəhərdə yeni mini zavodlar və fabriklər tikilir. Yaşayış massivləri salınır. Sumqayıt və onun rəhbərləri bu şəhərin əvvəlki şöhrətini geri qaytarmaq istəyirlər… İnanıram ki, bu müqəddəs arzu tezliklə reallaşacaq.

Beləliklə, 1944-cü ilin əvvəllərindən Zaqafqaziya Sənaye Tikinti Trestinin rəhbərliyi artıq Sumqayıtda öz işlərinə başladı. Mehbalı Əmiraslanov həm də arıq bu peyk şəhərciyində gedən bütün işlərə də rəhbərlik edirdi. Bir növ tikilən şəhərin ilk rəhbəri sayılırdı. Çünki respublika rəhbərliyi məhz onunla məsləhətləşir və onunla hesablaşırdı. Artıq 1944- cü ildə Sumqayıtda 1 nömərəli Dəmir-Beton Məhsulları zavodu yaradıldı. Deməli, artıq Sumqayıtda böyük işlər görmək, buranı sənaye şəhərinə çevirməkçün ilk realllıqlar yarandı. Artıq işlər çoxaldıqca Mehbalı Əmiraslanovçün bütün bu işləri görmək çətin olduğundan, 1944- cü ildən Sumqayıt qəsəbəsinə çox böyük təşkilatçı insan, dəyərli ziyalı Yəhya Məmmədovu partiya komitəsinin katibi təyin etdilər. Həmin vaxtı isə bu şəhər Bakının bir rayonu sayılırdı. Yəni Bakı şəhərinin tabeliyində olan rayon idi. Yəhya Məmmədov da Moskvada Polad və Ərintilər İnstitutunda təhsil almışdı. Bir müddət Ukranyna Respublikasının Zaporojye şəhərində Metallurgiya Kombinatında mühəndis-konstruktor vəzifəsində çalışmışdi. 1932- ci ildə Bakıya gəlib, “Bakı fəhləsi” zavodunda baş mühəndis və Azərbaycan Metallurgiya İstitutunun direktoru işləmişdi. Həddindən artıq təşkilatçı insan idi. Bütövlükdə qanı və canı ilə azərbaycanlı idi.

 

       Yetmiş beş il bundan qabaq yaranan şəhər və onun insanları

Sumqayıt 1949-cu ildə şəhər statusu alanda beləliklə, Yəhya Məmmədov həm də bu şəhərin ilk birici katibi təyin olundu. O, bu işlə paralel olaraq, Boruyayma zavodunun da ilk direktoru işlədi. Bu şəhərin və Boruyayma zavodunun İttifaq miqyasında tanınması üçün əlindən gələni edirdi. Və elə zavoda xammal gətirmək üçün Rusiyaya gedəndə qışın soyuq havasında ağır xəstələndi. Onu sağaltmaq çox çətin oldu. Və təxminən 50 yaşında vəfat elədi. Beləliklə, Sumqayıt şəhirinin ilk birici katibi və Boruyayma zavodunun ilk direktoru olan Yəhya Məmmədov, arzularının çiçək açdığı illərdə dünyasını dəyişdi. Çox sevindirici haldır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmrilə Sumqayıt şəhərinin küçələrindən birinə Yəhya Məmmədovun adı verilib. Sumqayıt şəhər Tarix Muzeyində onun üçün ayrıca guşə ayrılıb. Mən bir vaxtlar Yəhya müəllimin və onun həyat yoldaşı, bir vaxtlar Sumqayıt şəhər İcraiyyə Komitəsində sədr müavini-katib işləmiş Möhtərəm Məmmədovanın yeganə övladları, Sumqayıt şəhərində ilk pionina üzrə orta ixtisas təhsilli mütəxəssis olan və uzun illər Sumqayıt Musiqi Texnikumunda müəllimə işləyən Məsumə xanım Məmmədova ilə çoxlu söhbətlər eləmişəm. Atası və anası haqqında maraqlı yazılar yazmışam. Həmin yazılar da kitabda öz əksini tapıb...

Yəhya Məmmədovun ölümündən və Sumqayıta şəhər statusu adı veriləndən sonra bu şəhərə birici katib Kamran Hüseynovu təyin etdilər. O Kamran Hüseynov ki, Sumqayıtın adı, ilk uğurları onun adı ilə bağlıdır. O Kamran Hüseynov ki, bu şəhəri təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və ondan kənarlarda da tanıtdı, məşhurlaşdırdı. Kamran Hüseynov Mingəçevir şəhərinin də ilk birinci katibi olmuşdu və bu şəhər üçün də çox böyük işlər görmüşdü... Kamran Hüseynov üç dəfə bu şəhərin birinci katibi işlədi və Sumqayıt üçün çox işlər gördü...

Zakir Fərəcov onun da adını əbədiləşdirdi və Sumqayıtın küçələrindən birinə onun adının verilməsinə nail oldu.

 

               Sumqayıtın tatixi ilə bağlı bir maraqlı məlumat

Bəzi tarixi məlumatlara görə, Sumqayıtda 1927- ci ildən başlayaraq, bir sıra maraqlı işlər görülüb. Belə ki, o vaxtlar SSRİ Müdafiə Nazirliyinə tabe olan, tam gizli, məxfi Kimya zavodu olan “Poçt qutusu” adlanan müəssisə, ondan az sonra isə Sumqayıt Dəmir Yol Stansiyasının yanındakı “Tuğ” zavod da deyilənə görə, artıq həmin vaxtlar, yəni 1927-ci ildə fəaliyyətə başlayıb. Hətta həmin müəssisələrdə Böyük Vətən Müharibəsi vaxtı hərbdə, döyüşlərdə istifadə olunan strateji məhsullar da istehsal olunub. Amma bunlar tam məxfi olduğuna görə, əlimizdə dəqiq sənədlər yoxdur. Ola bilər ki, bunlar həqiqətdir. Çünki həmin yerdə o vaxtlar insanlar yaşayıb. Və ayrı-ayrı millətlərdən olan bu insanlar da demək olar ki, heç kimlə təmasda olmayıblar. Daha-doğrusu bu bölgədə olan insanlarla başqalarını təmasda olmağa qoymayıblar...

Bir də belə məlumat var ki, həmin “Tuğ” zavod deyilən ərazidə məhkum olunmuş çoxlu insanlar və Böyük Vətən Müharibəsində əsir düşən almanlar da yaşayıb və onlar da Sumqayıtın tikintisində çox yaxından iştirak ediblər. Yəqin məhz buna görə də həmin yer “bağlı ərazi” olub. Bu məlumatlar daha dəqiqdir. Deməli, Sumqayıtın tikintisini elə 1927-ci ildən hesablamaq olar.

 

          Müharibənin qələbəsi Sovetlər Birliyində olan insanlara ruh verdi.

... Müharibəni qələbə ilə başa vuran Sovetlər ölkəsi, hər yerdə böyük bərpa və quruculuq işlərinə başladı. Sumqayıt şəhərində Kimya zavodunda da ilk obyektlər istismara buraxıldı. Bunun ardınca Boruyayma zavodunun da tikintisi sürətləndi. Sumqayıt qısa vaxtda əsl tikinti meydançasına çevrildi. Artıq bura işləməyə gələn insanların sayı günü-gündən artmağa başladı. 1948-53- cü illərdə Kimyaçılar qəsəbəsində, 1, 2, 3- cü məhəllələrdə çoxmənzilli yaşayış binaları, 24, 25- ci məhəllələrdə şəxsi evlər, 3 nömrəli məktəb və uşaq baxçaları tikilib istifadəyə verildi. Bu tikililərdə də alman əsirləri, müharibə vaxtı əsir düşmüş və sonradan günahsız olsalar da həbs olunmuş insanlar çoxluq təşkil edirdilər.

1949- cu ilin sentyabr ayının 5-də artıq hamının ümidlə gözlədiyi, arzusunda olduğu Boruyayma zavodunun ilk tökmə sexi (liteynıy çex) istifadəyə verildi. Qısa bir vaxtda bu bayrama başqa bir bayram da qarışdı. Belə ki, Azərbaycan Ali Soventi Rəyasət Heyyətinin 1949- cu ilin noyabr ayının 22- də çap olunan fərmanı ilə Bakı şəhərinin Sumqayıt rayonuna şəhər statusu adı verildi. Bu əlbəttə ki, böyük tarixi hadisə oldu. Bundan sonra isə Sumqayıtın tikintisi daha da sürətləndi. İnsanlarda bu şəhərdə işləməyə, yaşamağa maraq daha da artdı. Keçmiş Sovetlər Birliyindən və Azərbaycan rayonlarından çoxlu cavan oğlanlar və qızlar bu şəhərə gəlməyə başladılar.

1950-51- ci illərdə Sumqayıt şəhərində ilk dəfə olaraq, komsomol və partiya konfransları keçirildi. 1951- ci ildə isə daha bir maraqlı tarixi hadisə baş verdi. Belə ki, əsasən almanların işlədiyi və layihəsini də özləri verdikləri ilk mədəniyyət obyekti olan metallurqların Cəfər Cabbarlı adına Mədəniyyət evi fəaliyyətə başladı. Burada hər gün biri-birindən maraqlı tədbirlər keçirilməyə başlanıldı. Bu Mədəniyyət evi sumqayıtlıların əsl mədəni istirahət ocağına çevrildi.

Təkcə on il müddətində, yəni Sumqayıta şəhər statusu verilən 1949- cu ildən, 1959-cu ilə kimi, bu şəhərdə maraqlı tarixi hadsələr baş verdi. Ağlagəlməz dərəcədə böyük işlər görüldü. Mən özüm həmin görülən işlərin xranalogiyasını oxuduqca inana bilmirəm ki, bütün bunlar on ildə tikilib istifadəyə verilib. Belə ki, 1950- ci ilin 5 dekabr tarixində o vaxtlar Sovetlər Birliyində  çox dəyərləndirilən Sumqayıt şəhərinin birinci  komsomol konfransı və 1951- ci ilin 21 aprel tarixində birinci  partiya konfransı keçirilib.  Həmin vaxtlar Sovet idealogiyasının güclü olduğu illərdə bu tədbirlər böyük tarixi hadisə sayılırdı. Ən böyük tarixi hadisələrdən biri isə Sovetlər İttifaqında analoqu olmayan Sintez- Kauçuk zavodu idi. 1952-ci ilin 15 avqust tarixində istismara buraxılan bu zavodda Sovetlər İttifaqında ilk dəfə olaraq, neft qazlarıdan etil spirti alındı. Bu uğur ardınca yeni uğurları gətirdi. İripanelli Evtikmə Kombinatı da elə həmin il işə başladı. Həmin ilin dekabr ayının 31- də Boruyayma zavodunda stan “140” istismara buraxıldı. 1952- ci ildə daha iki maraqlı hadisə oldu. Bunlar- Sumqayıt və Rustavi (Gürcüstan respublikası) arasında Qardaşlaşmış şəhərlər əlaqəsinin yaradılması və metallurqların Cəfər Cabbarlı adına Mədəniyyət evində ilk bədii özfəaliyyət kollektivi olan dram dərnəyinin yaranması və həvəskar aktyorların ilk tamaşa göstərməsi oldu. Bu kollektivin rəhbəri, Mədəniyyət evinin direktoru, sonralar Sumqayıt mədəniyyət üçün əvəzsiz işlər görmüş, hətta bir müddət  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru işləmiş, istedadlı rejissor, Sumqayıtın ilk peşəkar rejissoru, dəyərli ziyalı olan Əbülfəz Həsənov oldu. Sonralar onun rəhbərlik etdiyi bu dram dərnəyi Xalq teatrı oldu. Bu kollektiv SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri səhnəsində  Səməd Vurğunun “Vaqif” tamaşasını oynamaqla və bu tamaşaya  görə, “Qızıl” medal almaqla keçmiş Sovetlər Birliyində də tanındı. Sonrala bu kollektivin bir neçə üzvü Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktyorları oldular. Əbülfəz Həsənov da Sumqayıt Dövlət Dram Teatrında bir neçə çox maraqlı tamaşalar hazırladı.

1953-cu ilin 23 oktyabr tarixində Boruyayma zavodundakı marten sexi ilk dəfə polad ərintisi istehsal elədi. Bu da artıq metallurqların böyük qələbəsi idi. 1954- cu ildə musiqiçilərin də həyatında tarixi hadisə baş verdi. Sumqayıtda həmin vaxtlar İcraiyyə Komitəsinin sədr müavini və mədəniyyət şöbəsinə rəhbərlik edən Möhtərəm Məmmədovanın təşəbbüsü ilə ilk musiqi məktəbi açıldı. Bu musiqi məktəbinin də yuxarıda yazdığım kimi yeganə azərbaycanlı şagirdi Mənsumə Məmmədova oldu. Bəli. Bu həmin Mənsumə xanımdır ki, atası Yəhya Məmmədov Sumqayıt şəhərinin ilk birinci katibi və Boruyayma zavordunun ilk direktoru olub. Anası Möhtərəm xanım isə uzun illər İcraiyyə Komitəsində katib və Mədəniyyət şöbəsinin müdiri  işləyib və şəhərin fəxri vətəndaşı olub. Çox təəssüf ki, Möhtərəm Məmmədova demək olar ki, unudulub. Yuxarlda yazdığım kimi Yəhya və Mötərəm Məmmədovların yeganə övladı Məsumə xanım Məmmədova sonralar taleyini musiqi ilə bağlayıb və Sumqayıt Musiqi Texnikumunun ən aparıcı müəllimlərindən biri olub. Müəllim kimi qırx ildən artıq işlədiyi Sumqayıt Musiqi Texnikumunda respublikada tanınan çoxlu tələbələr yetişdirib. Amma gördüyü bu xidmətlərin müqabilində o da çoxları kimi özünün layiqli qiymətini ala bilmədi. Məsumə xanım Məmmədova 2012- ci ildə dünyasını dəyişdi. Özü ilə birlikdə atası və anası haqqında bizim bilmədiyimiz çoxlu xatirələri də haqqa dünyasına apardı. Əfsus ki, biz bunların hamısını ondan öyrənib, yazıya köçürmədik.  Onun layiq olduğu Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim fəxri adlarından heç biri Məsumə xanım Məmmədovaya verilmədi. Bax, belə haqsızlıqlar da Sumqayıt yaranandan bu günə kimi çox olub. Bəzən fəxri adlara, orden, medallara layiq adamların əvəzinə layiq olmayanlara fəxri adlar və orden, medallar verilib. Bu da layiq olanlara bir dərd, faciə olub. Bu haqsızlıqlar haqqında da kitabda ətraflı yazmışam...

Əgər musiqi məktəbi 1954- cü ildə Sumqayıtın mədəni həyatında böyük hadisə idisə, elə həmin ilin 30 iyun tarixində Boruyayma zavodunda daha maraqlı bir hadisə baş verdi. Belə ki, həmin tarixdə “250-i” stanının istismara buraxılması və marten sexində ilk polad ərintisinin alınması da istehsalat sahəsində böyük hadisə oldu. Artıq Sumqayıtda zavodlar öz məhsullarını istehsal etdikcə bu şəhərə də maraq artırdı. 1955- ci ilin 8 mart tarixində Alüminium zavodunun işə düşməsi və ilk alüminiumun istehsal olunması Sumqayıtda böyük bayrama çevrildi.

 

                          Sumqayıtın intibaha gedən yolu

Elə yazımın bu yerində təkcə onu vurğulamaq istəyirəm ki, 1956- cı ildə bu şəhərdə 41 min kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilib. Bu da həmin illərçün çox böyük rəqəm idi. Bu şəhərdə işə başlayan insanlar qısa vaxtda evlə təmin olunduğundan və çox yüksək əmək haqqı aldıqlarından təkcə respublikanın rayonlarından yox, keçmiş Sovetlər Birliyinin ayrı-ayrı bölgələrindən, respublikalarından cavan oğlanlar və qızlar axın-axın böyük həvslə bu şəhərə işləməyə gəlirdilər. Çünki həmin vaxtlar Sovetlər Birliyində böyük təbliğat maşını işləyirdi. Bu təbliğatın nəticəsində də işsizlik probleini həll etməkçün Sumqayıt kimi yeni yaranmış şəhərlərə cavanları işləməyə cəlb edirdilər. Əsasən də Rusiyadan və başqa respublikalardan qızlar daha çox Sumqayıta gətirilirdi. Onlar da azərbaycanlı oğlanlarla ailə həyatı qururdular. Bu da Sovet siyasəti idi. O vaxtı SSRİ rəhbərlərinin ali məqsədlərindən də biri bu idi ki, rus qızları ilə başqa millətlərin oğlanları evlənsin və bu iki millətdən törəyən övladlar savadlı və sağlam olurdular. Çünki spitli içkiyə alüdə olan rus kişilərdindən olan uşaqlar heç də ağıllı və savadlı olmurdular. Elə yadımıza salaq 70 illik Sovet hakimiyyəti dövründə SSRİ-nin ən aparıcı vəzifələrində “metis” uşaqlar, ya da rus olmayanlar idilər. Onlar da rus mədəniyyətinə, elminə, incəsənətinə, təhsilinə, ədəbiyyatına xidmət etməklə Rusiyanı dünyada tanıtdılar.

 

Həmin vaxt bu şəhərdə də internasional aillər həddindən artıq çox idi...

Elə həmin vaxtlar bu şəhərə işləməyə gələnlərin sonralar Sumqayıt, çoxunun tale şəhəri oldu. Bu şəhərdə onlar ailə həyatı qurub, dünyaya övladlar gətirdilər. Həmin vaxtlar bu şəhərdə insanlar böyük inamla yaşayır və böyük inamla da quruculuq işləri görürdülər. Çünki Sumqayıtda onların əməyi də yüksək qiymətləndirilir, fəhlə ilə rəhbər arasında heç bir fərq qoyulmur və hamı öz əməyinin qiymətini alırdı. Həmin vaxtı Sumqayıtda regionçuluq, tayfabazlıq, rüşvət, inhisarçılıq kimi iyrənc, çirkin əməllər, oyunlar yox idi. O vaxtlar bu şəhərdə səksəndən çox millətin nümayəndələri yaşayırdı.

Sumqayıtlıların boş vaxtlarını daha maraqlı keçirməsi üçün 1957- ci ilin sentyabr ayının 5- də şəhər bağının ərazisində yay Estrada teatrı açıldı. Elə həmin vaxtdan da bu Estrada teatrı sumqayıtlı gəncləriın ən sevimli yeri oldu. Bəzən gecənin yarısına, hətta səhərə kimi, burada musiqi eşidilir və bu gənclər çox böyük həvəslə rəqslər edir, şənlənirdilər. Onlar özlərinin qayğısız, sevimli günlərini yaşayırdılar. 1957- ci ildə Nəriman Nərimanov adına Mədəniyyət evinin də istifadəyə verilməsi, bütün sumqayıtlıların sevincinə səbəb oldu. Ümumiyyətlə, həmin illərdə bu şəhərdə insanların istirahətinin maraqlı, xoş keçməsi, sağlamlıqlarının qorunması üçün şəhər rəhbərliyi əlindən gələni edirdi. Ona görə də artıq 1958- ci ildə bu şəhərdə 4 mədəniyyət evi, 14 klub, 18 kitabxana və insanların sağlamlığı keşiyində dayanan 175 həkim , çoxlu tibb bacıları vardı. Bu şəhərdə çox savadlı müəllimlər çalışır və savadlı, yüksək təfəkkürlü şagirdlər yetişdirirdilər.

Beləliklə, biri-biririn ardınca şəhər bağının ərazisində yay Estrada teatrının açılması, Alüminium zavodunun yeni inzibati binasında ilk gecə sanatoriyasının açılması, Nəriman Nərimanov adına Mədəniyyət evinin istifadəyə verilməsi, “Neftkimya avtomat” Elmi -Tədqiqat İsntitutunun açılması, Boruyayma zavodunda “700” və “800” stanlarının işə düşməsi, Sintez- Kauçuk zavodunda Sumqayıt kauçukunun istehsal olunması, bu şəhərdə Qaz idarəsinin açılması, şəhərin 30, 17, 3, 2, məhəllələrin tikintisinin başa çatması və 14- cü məhəllənin tikintisinin təməlinin qoyulması, Bakının Sabunçu vağzalından Sumqayıta ilk elektrik qatarının yola düşməsi, Kərpic zavodunun tikilməsi, Şəhər Partiya Komitəsinin binasının tikintisinin başa çatması, Səməd Vurğun adına kimyaçıların Mədəniyyət Sarayının tikilərək istifadəyə verləmsi, Superfosfat zavodunun tikintisinə başlanılması, Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun  ( indiki Neft Akademiyası), Sumqayıt filialının yaradılması  ( indiki Sumqayıt Dövlət  Universiteti ),  keçmiş Lenin və Nizami küçələrinin kəsişməsində ilk tranmay xəttininin açılışının olması, “Xlorlayihə” Elmi -Tədqiqat İnstitutunun Sumqyıt filialının açılması, Rabitə  evinin açılışı, Şəhər Avtomat Telefon stansiyasının işə düşməsi, Texnologiya texnikumunun açılması, 12 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin ixtiyarına verilməsi, Sumqayıt şəhər rəhbərlərinin və işçilərinin yorulmaz əməyinin böyük bəhrəsi, insanlara yüksək qayğılarının nəticəsi idi. Çox maraqlıdır ki, Sumqayıt şəhər statusu alandan sonra on ildə bu şəhərdə həddindən artıq böyük işlər görülüb. Təkcə 1958-ci ilin statistik göstəricilərində belə bir faktla rastlaşdım. “Bu müddətdə Sumqayıtda 4 mədəniyyət evi, 14 klub, 18 kitabxana, 10 məktəb fəaliyyət gösətrib. Sumqayıtda insanların sağlamlığı keşiyində 175 həkim işləyib. Təkcə 1958-ci il ərzində şəhərdə 971 toy olub. 2100 uşaq dünyaya gəlib”. Təbii ki, o vaxtlar Sumqayıt elə də böyük şəhər deyildi. Əhalisi 100 minə də çatmırdı. Bu rəqəmlər də o vaxtçün böyük göstərici idi.

1959- cu ildə bu şəhərin 10 illiyini qeyd etməmişdən əvvəl, sumqayıtlıları bir sıra tarixi hadisələrə də imza atıblar. Belə ki, şəhərin Lenin ( indiki Azərbayan) və Nizami küçələrinin kəsişdiyi yerdə ilk tranvay xəttinin açılışı olub. Bu da şəhərdə nəqliyyat probleminin aradan qaldırılmasında böyük iş oldu. Şəhərdəki Kimya zavodlarında savadlı mütəxəssislərə ehtiyac çox olduğunu nəzərə alaraq, həmin ildə Texnologiya texnikumu ( indiki Texnologiya Kolleci) yaradıldı. Elə həmin ildə “Xlorlayihə” İnsititutunun Sumqayıt filialının açılışı da onu göstərir ki, artıq 10 ildə Sumqayıtda alimlər ordusu da yetişməyə başlayıb. Bu alimlərin də öz işlərini daha səmərəli görməsi məqsədi ilə belə İnstitut yaradılıb.1959 və 1960-cı illərdə isə bu şəhərdə tarixdə görünməmiş sürətli işlər gedib. Təkcə iki ildə şəhər Radio qovşağının işə düşməsi, ilk tranvay xəttinin çəkilməsi, “Xlorlayihə” İnstitututun Sumqayıt filialının işə başlaması, Rabitə evinin açılması, Texnalogiya texnikumunun ilk tələbələri qəbul etməsi, Sanitar Epidemologiya Stansiyasının binasının istifadəyə verilməsi, Sintez- Kauçuk zavodunda Buton qrupuna aid sexlərin işə düşməsi, Evtikmə Kombinatının, Kimya Kombinatının, Superfosfat zavodunun, Xəstəxana şəhərciyinin, İnternat məktəbinin işə başlaması, Şüşə zavodunun təməlinin qoyulması, 29 və Birləşmiş məhəllələrin tikintisinin başa çatması, bütün bunlar təkcə şəhərçün yox, Azərbaycançün böyük qələbə idi.

Sumqayıt yaranışından kimyaçılar və metallurqlar şəhəri kimi tanınıb. Amma elə həmin vaxtlar bu şəhərdə çoxlu alimlər, müəllimlər, həkimlər, ədəbiyyat, incəsənət xadimləri, məşhur idmançılar çalışsa da və bu insanlar şəhərçün əvəzsiz işlər görsə də, kimyaçılar, metallurqlar və fəhlələr çoxluq təşkil etdiklərindən bu şəhər keçmiş Sovetlər Birliyində əsasən onların şəhəri kimi tanınıb. İndi isə çox sevindirici haldır ki, bu şəhər ziyalıların şəhəridir.

Həmin vaxtlar bu şəhərdə çoxlu ağaclar əkilib. İndi şəhərin gözəlliyinə böyük yaraşıq verənNəsimi adına parkda insanlar böyük iməciliklər təşkil etməklə çoxlu ağaclar əkib və ona böyük səbrlə qulluq ediblər ki, bu ağaclar böyüsün, Sumqayıta yaraşıq versin.

1960-cı ildə “Zaqafqaziyasənayetikinti” Trestinin adı dəyişdirilərək, 1 nömrəli Trest adlandırılıb. İttfaq səviyyəli bu Trestin də ilk işi 34- cü məhəllədə 1961- ci ilin fevral ayında iripanelli binanın tikintisinə başlaması olub.

1961-ci ilin ən böyük tarixi hadisəsi isə Kimya Kombinatının tikintisinə başlamaqla, Sumqayıtın gələcəkdə böyük kimya şəhəri olması reallaşdırılıb.

Artıq şəhər genişləndikcə, insanların öz işlərinə gedib-gəlməsi çətinləşməməkçün başqa minik növlərindən istifadə etmək məqsədilə 1961-ci ilin 28 aprel tarixində Sumqayıtda ilk traleybus xəttinin açılışı da yadda qalıb. Bu tralleybusun ilk sürücüsü isə İbiş Nərimanov olub. 1961-ci ildən Sumqayıt haqqında daha çox danışılmağa, yazılmağa başlanılıb. Belə ki, həmin il Xalq şairi Nəbi Xəzrinin “Sumqayıt səhifələri” adlı şeirlər kitabı işıq üzü görüb. Elə ilk günlərdən də bu kitab təkcə sumqayıtlıların yox, həm də bütün azərbaycanlıların sevimli stolüstü kitabı olub. Həmin il bu şəhər elmi işlərdə də özünün əksini tapıb. Belə ki, Z. A. Dulayeva “Sumqayıt- Azərbaycanın nəhəngidir” adlı dissertasiya müdafiə edib. Bu haqda SSRİ mətbuatında geniş yazılmışdı.

Mərkəzi Poçtun binasında “Dünyanın saatı” quraşdırılıb. Bu sumqayıtlıların böyük marağına səbəb olub. Həmin vaxtlar Sumqayıtdakı Boruyayma və Alüminium zavodlarının öz işlərini genişləndirdiklərinə görə, həmin il Metallurgiya texnikumu işə başlayıb. Sonralar bu texnikum Politexnik texnikumu adlandırılıb və bir neçə il bundan qabaq isə hansı səbəbdənsə bilmirəm, həmin texnikum Texnologiya Kolleci ilə birləşdirilib. Əlbəttə, bu haqda kitabda geniş yazdığıma görə, bu yazıda heç nə yazmıram...

Sumqayıt Kimya-Texnologiya Texnikumunun və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Sumqayıt filialının açılışı da artıq bu şəhərdə ixtisaslı kimyaçıların, musiqiçilərin yetişməsi üçün yaxşı ocaq olub. 1962- ci ildə 150 çarpayılıq Uşaq Xəstəxanasının işə başlaması sumqayıtlılara bir töhfə olub. Elə həmin vaxtdan da uşaqlara, bu şəhərin gələcək qurucularına qayğı daha çox artıb.

İlk əvvəllər bu şəhər yalnız özünün kimyaçıları, metallurqları ilə məşhur olsa da, sonralar yaraşıqlı mikrarayonları, meydanları, dənizkənarı parkı, küçələri, ticarət obyektləri, tanınmış alimləri, təhsil işçiləri, ali məktəbləri, incəsənət xadimləri, maraqlı şairləri, nasirləri, jurnalistləri və peşəkar teatrı ilə də məşhur oldu. Hətta bu gün də Sumqayıtdakı dəyərli ziyalılarla, yüksək ixtisaslı rəhbər kadrlarla, alimlərlə bütövlükdə məmləkətimiz fəxr edir. Vaxtı ilə Sumqayıtda yetişən, ilk addımlarını bu şəhərdə atan çoxlu alimlər, rəhbər kadrlar var ki, məmləkətimiz indi onlarla fəxr edir. Və onlar respublikanın çox yerində ən aparıcı kadrlardır.

1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrının yaranması bu şəhər üçün böyük tarixi hadisə oldu. Artıq 56 ildir ki, fəaliyyət göstərən bu kollektiv respublika teatrları üçün çoxlu kadrlar yetişdirib. Çünki bir vaxtlar bu teatrda ilk əmək fəaliyyətinə başlayan, ilk uğurlarını bu teatrda atan bir neçə rejissor, rəssam, çoxlu aktyorlar, aktrisalar bu gün Respublikanın ən aparıcı teatrlarında böyük uğurla çalışır və Azərbaycan teatrına böyük töhfələr verirlər.

Qeyd etdiyimiz kimi, Sumqayıtın belə qısa vaxtda tikilməsində və dünyada tanınmasında bu şəhərə rəhbərlik edən insanların, şəxsiyyətlərin də xidməti əvəzsizdir. Amma Sumqayıt haqqında yazanların çoxu neyçünsə bunu yaddan çıxarır və onların haqqında heç nə yazmırlar. Mənə elə gəlir ki, bu ədalətsizlikdir. Ona görə də çalışacam ki, bu kitabda onların haqqında oxuculara geniş məlumat verim. Çünki Sumqayıt şəhərinə rəhbərlik etmiş bu şəxsiyyətlər, zavod və fabriklərin direktorları, baş mühəndisləri, baş həkimlər, məktəb və mədəniyyət evlərinin direktorları, Sumqayıt Dövlət Musiqili-Darm Teatrına rəhbərik etmiş insanların əməyi neyçünsə bütövlükdə unudulub. Axı yüksək keyfiyyətli bir işin görülməsində əsas qüvvə, düşünən beyin və ən təşkilatçı insan məhz rəhbərdir. Ona görə də Sumqayıt haqqında yazanda ilk növbədə bu şəhərə rəhbərlik etmiş Yəhya Məmmədovun, Kamran Hüseynovun, Hacıağa Əliyevin, Firudan Əliyevin, Nadir Balakişiyevin, Kamran Bağırovun, Həsən Həsənovun, Şənlik Əliyevin, Cahangir Müslümzadənin, Zülfü Hacıyevin, Eldar İsmayılovun, Yusif Sevdimalıyevin, Şakir Abuşovun, Təkəgül Məmmədovun, Vaqif Əliyevin, Eldar Əzizovun və hal-hazırda bu şəhərə rəhbərlik edən Zakir Fərəcovun, İcraiyyə Komitəsinin sədri Kamal Axundovun əməyini unutmaq olmaz. Onların hər biri az ya da çox, əllərindən gələni ediblər ki, burada insanlar firavan yaşasınlar. Sumqayıt inkişaf etsin.

Sumqayıta rəhbərlik edənlərdən Vaqif  Qadir oğlu Əliyev Sumqayıta rəhbərlik elədiyi səkkiz ilə yaxın bir müddətdə, bu şəhər və onun insanları üçün həqiqətən çox böyük işlər görüb. Elə Vaqif Əliyevin Səməd Vurğun adına kimyaçıların Mədəniyyət Sarayını onlardan alıb, teatra verməsi böyük tarixi hadisədir. Baxmayaraq ki, mən teatra rəhbərlik etdiyim 1989-cu ildən 1997-ci ilə kimi həmin binanın teatra verilməsilə bağlı mübarizə aparsam da ona nail ola bilmədim. Və bu mübarizliyimə görə Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev, “Azərikimya” Şirkətinin prezidenti Fikrət Sadıxov və Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən həmişə təzyiqlərə məruz qaldım. Hətta, Rəsul Quliyev mənə göndərdiyi məktubda məni ölümlə də təhdid edirdi. Bütün bu haqsızlıqları görəndən sonra və onlarla mübarizə aparmağın mümkünsüz olduğunu görüb, ərizə verib, 1997-ci ildə teatrın rəhbərliyindən işdən çıxdım. Hətta acıq eləyib, Azərbaycandan Dağıstana gedib, orada teatr yaratdım...

Bu haqda da kitabda ətraflı yazmışam. Amma Vaqif Əliyev bunu bacardı. Hətta teatr işçilərinə və bu şəhərdə böyük əməyi olanların fəxri adlar, orden-medallar almalarına köməklik etdi. Mənzillər verdirdi. Bax, bu xidmətləinə görə sumqayıtlılar Vaqif Əliyevi heç vaxt unuda bilməzlər. Əfsus ki, bu müqəddəs iş Vaqif Əliyevdən sonra davam eləmədi...

 

        Respublika təbabətinin gözü olan Sumqayıt səhiyyəsi necə yarandı

İlk öncə vurğulayım ki, 1944-cü ildən sonra Sumqayıt şəhər kimi tikilməyə və burada zavodlar, fabriklər salınmağa başlayanda yeganə xəstəxana 1944-cü ildə Hacı Zeynalabdin qəsəbəsində inşa ( keçmiş Nasonı qəsəbəsi) olundu. Ayrı-ayrı baraklarda yerləşən korpuslar da bu xəstəxanaya köçürüldü. Sumqayıtı quranlar da artıq həmin xəstəxanaya müraciət edirdilər. Beləliklə, bu xəstəxanada bütün xəstəliklərlə bağlı şöbələr yaradılıb. Həmin xəstəxananın da baş həkimi Böyük Vətən Müharibəsinin iştirakçısı və müharibədə cərrah-həkim olan Cəlal Nəbiyev oldu. Cəlal həkim yüksək ixtisaslı həkim və gözəl insan 1944-cü ildən başlayaraq, 1980-ci ilin əvvəllərinə kimi bu xəstəxananın baş həkimi vəzifəsində işləyib. Hətta məşhur KVN-in rəhbəri və Millət vəkili olan mərhum Anar Məmmədxanovun babası İslam Məmmədxanov da orada uzun illər cərrah-həkim işləyib. O da Böyük Vətən Müharibəsində cərrah- həkim olmuşdu. 1980-ci ildən sonra da bu xəstəxanaya Ruslan Şamilov və Bəhram Paşayev rəhbərlik edirdilər.

Beləliklə, Sumqayıt şəhər səhiyyəsinə ilk olaraq, Cəlal Nəbiyev elə baş həkim kimi də rəhbərlik eləyirdilər. Yəni xəstəxananın baş həkimi olanlar, həm də Səhiyyə Şöbəsinin müdiri vəzifəsini də icra edirdilər.

Beləliklə, Sumqayıta 1949-cu ildə şəhər statusu adı veriləndə bu şəhərdə xəstəxana açdılar. Həmin xəstəxananın da baş həkimi olan Bəbi Qasımov oldu. Artıq şəhərin Səhiyyə şöbəsinə də məhz o, uğurla rəhbərlik eləməyə başladı. Sonra o, uzun illər Sintez-Kauçuk zavodunun tibbi səhiyyəsinin  baş həkimi oldu. Özü yüksək mütəxəssis olduğundan, zavod işçilərinə lazım olan kimi xidmət elədi.

Sumqayıtın ilk müstəqil Səhiyyə Şöbəsinin müdiri isə Baba Məmmədov olub və şəhərin səhiyyəsi üçün əvəzsiz işlər görüb. Onun vaxtında çoxlu xəstəxanalar, poliklinikalar, apteklər açılıb. Onun sayəsində yaxşı, bacarıqlı tibb komandası yetişib bu şəhərdə. Çünki o özü yaxşı həkim olmaqla, həm də yaxşı təşkilatçı idi.

Sonralar Sumqayıt səhiyyəsinə- Ağadadaş İbrahimov, Fəzail Nadirov, tibb elmləri namizədi, Sumqayıtda fizeoterapiyanın əsasını qoyan Məlik Əliyev, “Şöhrət” ordenli Vaqif Qəhrəmanov, Ələsgər Qasımov, Sərdar Mustafayev, Karlen Abbasov, Rauf Sadıxov, Ələkbər Tağıyev, Nəriman Baxşəliyev , Səkinə xanım Sadıxova şəhər səhiyyəsinə böyük təşkilatçılıqla, uğurla rəhbərlik ediblər. Hal-hazırda isə bu cavabdehli Səhiyyə sükanın arxasında Elnur Azadxanov dayanır. Az bir vaxtda işləməsinə baxmayaraq, yaxşı rəhbərlik eləyir.

Elə götürək birinci Səhiyyə şöbəsinin müdirləri olan həkimləri. Əgər səhiyyəyə rəhbər eləyənlər özləri həkim kimi yaxşı mütəxəssislər, yaxşı təşkilatçılar və yaxşı insanlar olmasaydılar, ətrafına yaxşı komanda toplaya bilməzdilər.

İstəyirəm tarix üçün bir vaxtlar bu şəhərin xəstəxanalarına rəhbərlik eləyən insanları yada salım. Çünki gələcəkdə Sumqayıt səhiyyəsini yazanlara mənim dediklərim və yazdıqlarım çox lazım ola bilər.

O vaxtlar Sumqayıtda xəstəxana yarananda ən birinci baş həkim Şamil Muradov olmuşdu. Onun həyat yoldaşı həkim Şəfruz Sədrəddinova Sumqayıtda Uşaq Stomatalogiya poliklinikasını açıb və 30 ildən yuxarı oranın baş həkimi olub. Sumqayıtda böyüklər üçün ilk Stomotoloji Poliklinikasını isə Akif Məmmədov yaratmışdı və 40 il də buranın baş həkimi olmuşdu. Bu şəhərdəki xəstəxanalara, poliklinikalara, doğum evlərinə də həmişə çox yaxşı mütəxəssilər olan Bəbi Qasımov, Lenin ordenli Münəvvər Haşımova, Adil Babayev, İzzət Sadıxov, Şəfiqə Babayeva, Dünyamalı Qasımov, Fərhad Abdullazadə, İsmət Aslanov, Mahmud Şəfiyev, Şamil Əlizadə, Surə Abdullayeva, Zərifə Abdullayeva, İlyas Kərimov, Fərhad Ələsgərov, Mayılxan Tağıyev, Taləddin Verdiyev, Vahid Məmmədov, Kamil İbadov, Şəhla Abuşova, Svetlana Babayeva, Abuzər Qurbanov, Mədinə Məmmədova, Tubuxanım Ələkbərova, Hümbət Nağıyev, Bayram Əsədov, İbrahim Səfərov, Rauf Sadıxov, Eldar Məmmədov, Sevda İsgəndərova, Asif Quliyev, Nazim Hüseynquliyev, Canıbəy Ağayev, Məhərrəm Kazımov ( 1 nömrəli xəstəxanadakı poliklinikanın baş həkimi sayılırdı) , Cavahir Mahmudova, Leyla Əmirbəyova, Fəridə İsgəndərova, Ofelya Sultanova, Abdulla Abdullayev, Ariz Axundov, Təranə Rəcəbli, Murad Məmmədov, Arzu Əhmədova, Mətləb Musayev, Adil Rzayev və başqaları uzun illər baş həkim kimi rəhbərlik eləyiblər. Onların hər biri də həkim kimi çox yaxşı mütəxəssilər idilər. Onlardan bəziləri dünyasını dəyişiblər. Sağ qalanlar isə bu gün də həm baş həkim və həm də həkim kimi öz işlərini uğurla davam etdirirlər. Sumqayıt camaatına xidmət edirlər.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində tanınan məşhur cərrah-həkim, mənim ağsaqqalarımdan biri, rəhmətlik İzzət Sadıxov uzun illər böyük uğurla rəhbərlik eləmişdi. Onun keçmiş Sovetlər Birliyində çoxlu məşhur həkim dostları vardı. Onlar, İzzət həkimin dəvəti ilə tez-tez Sumqayıta gəlir və bu şəhərin səhiyyəsinə əllərindən gələn bütün köməklikləri edirdilər. Hətta bir vaxtlar SSRİ Səhiyyə Nazirliyinə rəhbərlik edənlər də onun qonağı olmuşdu və Sumqayıt səhiyyəsi üçün çox işlər görmüşdülər. İzzət Sadıxovun bütövlükdə Azərbaycanda məşhur həkim və böyük şəxsiyyət kimi əvəzsiz hörməti vardı. Onu ümid qapısı bilib, respublikanın hər yerindən çoxlu xəstələr məhz Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müalicəyə gəlirdilər. O, Sumqayıt və respublika səhiyyəsi üçün də çoxlu peşəkar həkimlər yetişdirib. Sağ olsun ölkə başçımız cənab İlham Əliyev və İcra Hakimiyyəti başçımız cənab Zakir Fərəcov Sumqayıtın küçələrindən birinə İzzət Sadıxovun adını verməklə və yaşadığı binaya onun barelyefini vurmaqla hamımızı sevindirdilər. Bu, bütün Sumqayıt səhiyyə işçilərinə böyük bir töhfə oldu.

Bu gün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına İzzət həkimin oğlu, çox savadlı həkim, yaxşı təşkilatçı, xeyirxah insan Rauf Sadıxov rəhbərlik eləyir və atasının həmin vaxtlar gördüyü işləri böyük uğurla davam etdirməklə bu xəstəxananın əvvəlki şöhrətini qoruyub saxalaya bilir.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının məşhur travmatalogiya şöbəsinə 44 il rəhbərlik eləyən, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru “Tərəqqi” medallı Cəbrayıl Əlinağıyev təkcə Sumqayıtda yox, respublikada tanınan yüksək ixtisaslı travmatoloq olub. O, həm də uzun illər şəhərin baş travmatoloqu və ortapedi idi. Əfsus ki, onu “Yaş senzi” ilə işdən azad elədilər... Beləliklə, həmin şöbəyə böyük zərbə vurdular...
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyə şöbəsinin müdiri, gözəl həkim, gözəl insan rəhmətlik Cəbrayıl İsmayılovu kim yaddan çıxara bilər?

O, Sumqayıtda nevrocərrahiyyə sahəsində çox böyük işlər görmüşdü.

Sumqayıt Ruhi Əsəb Dispanserini adi kabinetdən Dispanser səviyyəsinə qaldıran və Sumqayıt psixotriya məktəbini yaratmaqla 40 il bu sahəyə rəhbərlik edərək, həmçinin özəl səhiyyə xidmətinin Azərbaycanda yaradıcısı olmuş, bu sahədə bir nömrəli lissenziyanı almış, Ruhi Əsəb Dispanserini keçmiş Sovetlər Birliyində tanıtmaqla, beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməklə, böyük uğurlar qazanan Əməkdar həkim, tübb üzrə fəlfəsə doktoru “Tərəqqi” medallı, dünya tibb elmi sahəsində katataniyanı kəşf eləmiş Mayılxan Tağıyevin bu sahədə xidmətləri əvəzsizdir. O, bu gün də öz işini yaratdığı və müasir tibbi avadanlıqla təchiz etdiyi Hippokrat Tibb Mərkəzində uğurla davam etdirir. Onun qızı, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Tağıyeva nevropatoloq kimi Azərbaycanı Dünya Səhiyyə təşkilatlarının tədbirlərində çox yüksək səviyyədə təmsil eləyir. Onun oradakı çıxışları Dünya Səhiyyə təşkilatlarının qəzetlərində, jurnallarında, saytlarında çap olunur. Leyla xanım, 2024-cü ilin oktyabr  ayında Sumqayıtda keçirdiyi Beynəlxalq səviyyəli tədbiri də çox böyük uğurla keçirib. Bu tədbir də sensassiyalı bir tədbir kimi qarşılanıb. Həm də Sumqayıtın 75 illik yubileyinə həsr olunub.

Əməkdar həkim, bir vaxtlar Bərpa müalicəsi xəstəxanasının baş həkimi işləmiş, tanınmış kardioloq, Sumqayıt şəhərinin bir vaxtlar baş karioloqu olmuş Kamil İbadovu necə yaddan çıxarmaq olar?

Sumqayıt Onkoloji Xəstəxanasının uzun illər baş həkiminin müavini və şöbə müdiri işləyən Mirfazil Hüseynovun həkim-cərrah kimi xəstələrin müalicəsində əvəzsiz xidmətləri olub. Rəhmətlik Mirfazil Hüseynov elə yaxşı mütəxəsis və gözəl insan idi ki, onun yanına respublikanın bütün bölgələrindən və hətta Bakıdan çoxlu xəstələr gəlirdi. Müalicə olunurdular. O insan özü böyük bir məktəb idi. Bir vaxtlar tələbə yoldaşları olan İbrahim Səfərov və Mirfazil Hüseynov Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görmüşdülər. Çox əfsus ki, onların ikisi də sağlığında qiymətlərini almayıblar və haqlarında çox az yazılıb. İbrahim Səfərov mənim dostum idi. Sumqayıt şəhər 2 nömrəli Xəstəxanasının baş həkimi olmaqla bu xəstəxananı respublikada tanıtmışdı və səhiyyə üçün çox yaxşı kadrlar yetişdirmişdi. Mənim dostum və bu şəhərdəki insanların çoxu onu mənim kiçik qardaşım bildikləri Mirfazil Hüseynovun onkoloq kimi bildiklərini, hətta bu sahədə elmi iş müdafiyə eləyən alimlər də bilmirdilər.

Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının Urologiya şöbəsinin yaradıcısı Əhmədəli ( Əhməd) Abduləli oğlu Həsənov ali təhsil alandan sonra taleyini minlərlə gənclər kimi Sumqayıtla bağlayanlardan biri oldu. O, 1973-cü ildə ali təhsilli həkim kimi internatura keçmək üçün görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olan akademik Mirməmməd Cavad oğlu Cavadzadənin kafedrasına göndərilib. Bir il onun yanında urologiya üzrə internatura keçəndən sonra taleyini tam Sumqayıt şəhəri ilə bağlayıb. 1974-cü ilin avqust ayının 1-dən Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında uroloq həkim kimi əmək fəaliyyətinə başlayıb. Əhməd (Əhmədəli) həkim burada işə başlayanda xəstəxanada cəmi iki uroloq vardı. Bir ildən sonra isə onun bu sahədə böyük bacarığını görüb, Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli Xəsətəxanada Uralogiya şöbəsi yaradıb və Əhmədəli Həsənovu da bu şöbəyə müdir təyin ediblər. İndi də bu şöbəyə Əməkdar həkim Əhmədəli Həsənov rəhbərlik eləyir.

Mən burada bir məsələni də vurğulamaq və bir insan haqqında da danışmaq istəyirəm. O insan Sumqayıt apteklər idarəsi və bu şəhərdə apteklərin inkişafı üçün əvəzsiz işlər görüb. Bu böyük şəxsiyyət Bahadur Hüseynov olub. O, uzun illər Sumqayıt apteklər idarəsinə rəhbərlik eləyib. O, təkcə yaxşı təşkilatçı, xeyirxah insan yox, həm də pravizor ( əczaçı) kimi öz işinin gözəl mütəxəssisi idi. Sumqayıt apteklər idarəsinin inkişafı, burada yaxşı pravizorların yetişməsi bilavasitə onun adı ilə bağlıdır. Yuxarıda dediyim kimi Bahadur həkim uzun illər bu vəzifəyə rəhbərlik elədi və Bakıya işləməyə gedəndə, 1987-ci ildən onun tövsiyyəsilə bu vəzifəyə Möhübbət Məhərrəmovu təyin etdilər. Həmin vaxtdan da Möhübbət həkim Sumqayıt Apteklər idarəsi üçün çox böyük işlər gördü. Bu gün Sumqayıtda olan apteklərin də çoxu məhz Möhübbət həkimin təşkilatçılığı və tövsiyyəsilə yaradılıb. Əfsus ki, bu qədər xidmətlərinə baxmayaraq, Möhübbət həkimə hələ də Əməkdar provizor (əczaçı)  fəxri adı verilməyib. Bax, bu da böyük haqsızlıqdır.

 

             Sumqayıt səhiyyəsi həqiqətən də böyük bir akademiyadır.

Sumqayıtda kardeoloq, cərrah, terapevt, stomatoloq, nevropatoloq və başqa sahələr üzrə həmişə yaxşı həkimlər çalışıb və bu gün də onların işini davam etdirən yaxşı mütəxəssilər çoxdur. Kardeoloqlar- Əməkdar həkim Kamil İbadov, Şamil Xələfov, Sevinc Əliyeva, Mir Cabir Məcidov, Ayaz Əliyev, Adida Məmmədova, Vəfa Əliyeva, Lətafət Orucova bu sahənin çox yüksək mütəxəssisləridirlər. Hər biri yüzlərlə infaktlı xəstələrin sağalmasında əllərindən gələni ediblər və edirlər. Ona görə də onlara müraciət edən xəstələr çoxdur.

5 nömrəli Sumqayıt şəhər Xəstəxananın həkimi ( keçmiş Bərpa Müaəlicəsi Xəstəxanası)  Habil Mirzəyev yüksək peşəkar mütəxəssis olmaqla respublika səviyyəli həkimdir. Onun yanına təkcə Sumqayıtdan yox, respublikanın hər yerindən xəstələr gəlir. O, özünün həkimlik peşəsində Çin, Tibet və Azərbaycan xalq təbabətinə daha çox üstünlük verdiyinə görə ona müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur.

Tibb sahəsində böyük təcrübə toplamış nevropatoloq Nazim Merdiyev, bu sahənin ən yüksək peşəkar həkimidir. O, təkcə həkim kimi yox, həm də insan kimi həmişə xəstələrinə qarşı çox diqqətcildir. Nazim həkimin təcrübəsi respublikada yayıla bilər.

Bu gün Sumqayıtda travmatalogiya sahəsində ən yaxşı həkimlərdən biri, travmatoloq-ortaped, tibb üzrə fəlsəfə doktoru Arif Mirzəyevdir. Hər gün onun qəbulunda çoxlu insanlar olur. Onu özlərinə ümid qapısı bilirlər. Hal-hazırda Arif həkim, tibb üzrə elmlər doktoru elmi işi üzərində işini davam etdirir. Elmi işinin adı belədir: “ Respublikda yol-nəqliyyat travmatizminin ümumi xüsusiyyəti, xarakteristikası”. O, bu maraqlı və lazımlı elmi işini müdafiə etməyə hazırlaşır. Çox maraqlı elmi iş olan bu doktorluq işi inanırıq ki, təkcə respublikamızda yox, dünyada da yaxşı qarşılanacaq. Bax, Sumqayıtda tibb sahəsində belə mütəxəssislər çoxdur.

Sumqayıt səhiyyəsində ilk tibb elmləri doktoru olan, uzun illər Bərpa Müalicəsi Xəstəxanasının cərrahiyə şöbəsinə rəhbərlik eləyən və cərrah kimi böyük uğurlar qazanan Rəfiəli Novruzovun əməyini də  sumqayıylılar  çox yüksək qiymətləndirirlər.  Həmin şöbəni də bir vaxtlar o özü yaratmışdı və oranı yüksək səviyyədə təmir etdirmiş və oradakı tibbi avadanlıqlarının da çoxunu özü almışdı. Sumqayıt səhiyyə müəssisələrində ilk laparoskapik cərrahiyyəni də o yaratmışdı. Həmin şöbənin klinik materialları əsasında iki tibb elmləri üzrə fəlsəfə doktoru və bir tibb elmləri doktoru dissertasiyası icra edilmişdi.

Sumqayıt Səhiyyə şöbəsində 48 il baş pediator vəzifəsində çalışmaqla ana və uşaq tibb müəssisələrinin işinə rəhbərlik eləyən Əməkdar həkim, rəhmətlik Xalidə xanım Quliyevanın Sumqayıt səhiyyəsində xidmətləri əvəzsiz olub. O, yeddi dəfə tibb üzrə keçirilən ümumittifaq və iki dəfə respublika üzrə keçirilən qurultaylarda və beynəlxalq tədbirlərdə Sumqayıt şəhər səhiyyəsini yüksək səviyyədə təmsil etmişdi. Onun həmin tədbirlərdəki çıxışları çox maraqla qarşılanmışdı.

Respublikanın ən aparıcı tibb məktəblərindən biri olan Sumqayıt Tibb Kollecinə uzun illər rəhbərlik eləyən tibb elmləri doktoru, Əməkdar həkim Rəfael Eyvazovun respublika tibbi təhsili sahəsində xidmətləri əvəzsizdir. Özü böyük alim və təşkilatçı insan olan Rəfael müəllim, əlindən gələni edir ki, yaxşı orta tibbi kadrlar yetişdirsinlər. Ona görə də Sumqayıt Tibb Kollecini bitirənlər respublika səhiyyəsinin bütün bölgələrində böyük uğurla işləyirlər. Özlərinin yaxşı və peşəkar işinə görə həmişə xəstələr tərəfindən sevilirlər.

Sumqayıtda həm də ölkə başçımızın bilavasitə böyük diqqəti, qayğısı sayəsində səhiyyə sahələrinin təmirində də böyük işlər görülüb. Bu şəhərdəki Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında, 1 Nömrəli Şəhər Xəstəxanasında, 2 Nömrəli Doğum Evində, 3 Nömrəli Poliklinikada, Vərəm Dispanserində, Onkoloji Xəstəxanada, 1 Nömrəli Doğum Evində, 1 Nömrəli Poliklinikada, Narkoloji Dispanserdə, Uşaq Xəstəxanasının infeksiya şöbəsində, Uşaq poliklinikalarında böyük təmir işləri görülüb. Qısa bir vaxtın içərisində 200 şarpayılıq epidemiyaya qarşı xəstəxana tikilib. 2 nömrəli xəstəxanada çox böyük işlər görülüb. Bu xəstəxana Avropa standartlarına uyğun tikilib. Bu xəstəxanaya da Adil Rzayev böyük uğurla rəhbərlik edir.

Ulu önədr Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu kimi, ikinci dəfə də hakimiyyətə gələndən sonra Azərbaycan səhiyyəsinə onun diqqəti, qayğısı həddindən artıq çox olub. Azərbaycan səhiyyəsi yenidən qurulub. Cənəb prezidentimiz İlham Əliyev də bu kursu çox böyük uğurla davam etdirir.

 

                 Sumqayıtın quruculuğunda böyük xidməti olanlar

Sumqayıtın zavodlarına, tikinti tirestlərinə, Kimya müəssisələrinə rəhbərlik etmiş Fərhad Zeynalovun, Əliş Mustafayevin, Kamal ( Hüseyn) Axundovun, Kərim Axundovun, Zəbi Abdullayev, Zamin Hüseynovun, Ucal Qasımzadənin, Nurəddin Babayevin, Nərçə Ağayevin, Təvəkgül Məmmədovun, Fikrət Sadıxovun, Maqsud Maqsudovun, Hüseyn Muxtarovun, Adil Məmmədovun, Vahid Bayramovun, Akif Zeynalovun, Veys Xudiyevin, Bayram Qafarovun, Baloğlan Bayramovun, Şakir Həsənovun, Əbülfəz Babayevin, Aydın İsmayılovun, Mayılxan Əliyevin, Zeynal Hüseynovun, Əli Həsənovun, Əlqəmə Orucovun, Sahib Qarayevin, Malik İsaqovun, Etibar Pirverdiyevin, Sahib Musayevin, Fərhad Sərdarlının, Lətif Nəbiyevin, Nadir Nəbiyevin, Cümşüd Kərimovun, Təbrik Quliyevin, İslam İslamovun, Mehman Ömərovun, Vaqif Siraczadənini, Qadir Süleymanovun, Vaqif Ömərovun, Zakir Fərəcovun, Şahbala Kərimovun, Şərafət Həsənovun, Tofiq Hüseyinlinin, Rafiq Dəmirovun, Akif Əsgərovun, Bəylər Əzizovun, Hacı Gülağa Abışovun, Əzim Əzimovun, Seyfulla Əsədullayevin, Süleyman Hüseynovun əməyini unutmaq olmaz.

Mən bir məsələni də vurğulamaq istəyirəm ki, kimya sənəyesinin tikinti quruculuğunda böyük xidmətləri olan Malik İsaqov, bu gün Qubadlı rayonunun İcra Hakimiyyətinin başçısı kimi bu rayon üçün çox böyük işlər görür. Qubadlılar ondan çox razılıq edirlər. Deməli, bu insan qanı və canı ilə rəhbərlik üçün doğulan insandır. Əlbəttə, kitabda mən onun haqqında daha geniş yazmışam.

Elm, təhsil, səhiyyə, mədəniyyət üzrə rəhbərlər- Əsgər Abdullayevin, Əli Əmirovun, Rafiq Əliyevin, Fərhad Zeynalovun, İzzət Sadıxovun, Vaqif Qəhramanovun, Asif Quliyevin, Cəbrayıl Əlinağıyevin, Taləddin Verdiyevin, İbrahim Səfərovun, Mayılxan Tağıyevin, Cəfər Quliyevin, Vahid Məmmədovun, Kamil İbadovun, Canıbəy Ağayevin, Hümbət Nağıyevin, Eldar Məmmədovun, Mirfazil Hüseynovun, Rəfiəli Novruzovun, Abbas Şahverdiyevin, Xəqani Tahirovun, Mehdi Əliyevin, Səməd Şəfiyevin, Minarə Tahirovanın, Araz İsmayılovun, Solmaz İbrahimovanın, Alim Əhmədovun, Ofelya Babayevanın, Lətifə Cabbarovanın, Asif Vəlixanovun, Arif Kətanovun, Abbasqulu Hüseynovun, Zakir Əliyevin, Məzahir Əkbərovun, Arif Rəcəbovun, Rafiq Əlimərdanovun, Şamil Tarverdiyevin, Yaqub Bünyadovun, Sevil Kamilovanın , Əvəz Mahmud Lələdağın, Sərraf Zahidovun, Nazim Yusifovun, İsgəndər İsgəndərovun, Bəsirə Ağayevanın, Hilal Əliyevin, Məmmədəli Məmmədovun, Vidadi Bağırovun, Vaqif Ələkbərovun, Ömürşah Beydullayevin, Mətanət Abdullayevanın, Leyla Abdullayevanın, Xanım Həsənovanın, Təranə Haqverdiyevanın, Xanım Əhmədovanın, Xanəli Məmmədovun, Teymur Səmədovun, İlham Məmmədovun, Rüxsarə Əhmədovanın, Qivamin Tapdıqovun, Fikrət Qasımovun, Ağaşərif Nurəliyevin, Tirmə Qurbanovanın, Əlifxan Məmmədovun, Vələt Hacıyevin, Nizami Əhmədovun, Niyaz Süleymanovun, Əlhəddin Paşayevin, Elşad Eyvazovun, Nadir Atakişiyev, Nüşabə Seyfullayevanın, Rəfael Zeynalovun, Darvin Quliyevin, Zərifə Təhməzovanın, Əşrəf Veysəllinin, Kamran Hacıyevin, Sumqayıtın salnaməsini yazan, uzun illər “Exo Sumqayıta” qəzetinə rəhbərlik edən, Əməkdar jurnalist Eyruz Məmmədovun, rəhmətlik, bir vaxtlar “Bakineç” qəzetini yaradan və ona uğurla rəhbərlik edən, Əməkdar jurnalist Rəhman Orxanın, teatra rəhbərlik edənlər- Əbülfəz Həsənovun, Salman Dadaşovun, Nəsir Sadıqzadənin, Ağakişi Kazımovun, Arif Ağayevin, Vaqif Şərifovun, Mərahim Fərzəlibəyovun, Ağalar İdrisoğlunun, Oruc Qurbanovun, Əli Nurun, Yusif Əkbərovun, Sumqayıt peşəkar musiqisinə rəhbərlik edənlər- Əvəz Rəhmətovun, Malik Quliyevin, Azad Əliyevin, Ədalət Vəzirovun, Rasim Quliyevin, Yaşar Məmmədovun və yüzlərcə başqalarının əvəzsiz əməyini kim dana bilər? Bu insanların və onların Sumqayıtçün çəkdikləri əməyin müqabilində hər biri haqqında maraqlı kitablar yazmaq olar. Onların hər birinin keşməkeşli, maraqlı həyatı böyük örnəkdir. Sumqayıt və eləcə də respublika cavanları onların həyat tarixçəsini öyrənsələr, bu onlarçün gələcək işlərini qurmaqda çox mraqlı olar. Ona görə də belə qərara gəldim ki, Sumqayıtda bu illərdə yaşamış, bu şəhərçün əvəzsiz işlər görmüş, bu illərdə tarixi hadisələrin şahidi olmuş insanlarla görüşüb, bu şəhərlə və onun insanları ilə bağlı keçmiş illərə səyahət edim və bu şəhərçün əvəzsiz inşlər görmüş insanların əməyini geniş formada olmasa da, heç olmasa onları gələcək nəsillərə tanıtmaqçün bacardığım qədər kitabda qələmə alım. Əsasən də vaxtı ilə bu şəhərdə rəhbər və aparıcı vəzifələrdə işləmiş insanlarla görüşüb, söhbətləşmişəm. Onların keçmiş xatirə dəftərlərini vərəqləyib və bu şəhərlə, bu şəhərin aparıcı insanları ilə bağlı fikirlərini öyrənib, oxuculara çatdırmışam. Beləliklə, bütün bunlar haqqında kitabda çox geniş yazmışam...

Ümumimyyətlə Sumqayıtın şəhər kimi fəaliyyət göstərdiyi ilk dövrlərdən Kimya sənayesində işləyən baş mühəndislərdən və tanınmış mütəxəssislərdən- Namik Əliyevin, Ariz Əhəmədovun, Əziz Nəbiyevin, Murədəli Mustafayevin, Natiq Qulubəyovun, Əziz Nəbiyevin, Kamil Əhmədovun, Vəliş Əhmədovun, Məmmədrza Rzayevin, Əkrəm Rüstəmovun, Xalid Rzayevin, Xəyal Həsənovun, Zal Abbasovun, Əvəz Qəhramanovun, Nurəli Adilovun, Famil Süleymanovun, Bədəl Ağayevin, Vidadi Həsənzadənin, Sayad Süleymanovun, Akif Zeynalovun, Abbas Əliyevin, Telman Muradovun, Sahib Əliyevin, Şahkərəm Qaçayevin, Muxtar Baxışovun, Ramiz Nəcəfovun, Şəmsəddin Almazovun, Eldar Hüseynovun, Sabir Hüseynovun, Vəli Kərimovun, Yaşar Xudaverdiyevin, Malik İsaqovun, Urşan Məmmədovun, İkram Şammedovun, Nadir Zeynalovun, Toviq Allahverdiyevin, Yusif Quliyevin, Nadir Nəbiyevin, Səid Rəşidovun, Mailxan Əliyevin, Aydın İsmayılovun, Qubad Quliyevin, Eldar İsmayılovun, Əli Həsənovun, Əli Bayramovun, Həmid Rzayevin, Qafar Ağayevin, Ağasəf Səlimovun, Tahir Məmmədovun, Nəcəf Seyidzadənin, Möhsün Şıxəliyevin, Zülfi Sadıqovun, Firudin Abdullayevin, Zakir Əsədovun, Avaz Qaysinin, Şakir Həsənovun, Veys Xudiyevin, Akif Zeynalovun, Rasim Abdullayevin, Vaqif Məmmədovun, Zeynal Hüseynovun və yüzlərcə başqalarının adını çəkməmək olmaz. Onlar təkcə Sumqayıt yox, həm də Azərbaycan kimyasının inkişafında çox işlər görüblər. Onların hər birinin kimya sənayesi ilə bağlı maraqlı həyatı elə özü böyük bir kitabın mövzusudur.

“Əfsanələrdən yaranan şəhər və onun insanları” kitabında az da olsa onlar haqqında da yazmışam.

 

           Sumqayıtın inkişafında ulu öndər Heydər Əliyevin rolu

Mən burada bir məsələni qətiyyətlə deyə bilərəm və vurğulamaq istəyirəm ki, Sumqayıtın əsas inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır. Dahi rəhbər 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə onun ən ali məqsədlərindən biri Sumqayıtda sənayeni dirçəltəmək idi. Məhz buna görə də Ulu Öndərin rəhbərliyi ilə Sumqayıtda çoxlu kimya və başqa sənaye müəssisələri tikildi. Sumqayıt az bir vaxtda Zaqafqaziyada sənaye sahəsində ən aparıcı şəhərlərdən biri oldu. Dövlət büdcəsinə çox böyük gəlir gətirdi. Ulu Öndər, müasir Azərbaycanın banisi, memarı və qurucusu, dahi rəhbər ikinci dəfə də Azərbaycana rəhbərlik eləyəndə Sumqayıtın inkişafına daha ciddi fikir verdi. Çünki o xaos illərində Sumqayıtın zavodları, fabrikləri və başqa müəssisələri sökülüb dağılmışdı. Demək olar ki, kimya müəssisələri işləmirdi. Dahi Heydər Əliyevin sayəsində bu işlərə daha ciddi fikir verildiyinə görə şəhərin sənaye müəssisələri dirçəlməyə başladı...

Həmin müəssisələr təmir olunub, fəaliyyətə başladılar. Dahi rəhbərin sayəsində Yaponiyadan Buxar-Generator qurğusu alınıb gətirildi və Sumqayıtda quraşdırıldı. Həmin qurğu bu gün də Sumqayıt kimya sənayesinə çox böyük köməklik edir. Bu müəssisələri çox ucuz qiymətə elektirik enerjisi ilə təchiz edir. Bu da Azərbaycan kimyasının dirçəlməsində çox əsas bir iş oldu.

Cənab prezidentimiz İlham Əliyev də ulu öndər Heydər Əliyevin bu ideyalarını uğurla davam etdirməklə, Sumqayıt üçün böyük işlər görür. Elə 21 illik hakimiyyəti dövründə 33 dəfə Sumqayıtda olub və hər gəlişində hansısa bir müəssisəsin açılışında və təməl qoyulma mərasimində iştirak eləyib. Bu şəhərin quruculuğu üçün dövlət büdcəsindən lazım olan kimi pullar ayırıb. Bütün bunlar da kitabda geniş formada və ətraflı yazılıb...

 

                            Sumqayıt Dostlar Klubu

Bu şəhərdə səkkiz il öncə dəyəli ziyalı, həkim, sahibkar, yazıçı, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri, ictimai xadim Hümbət Həsənoğlunun ideyası ilə yaradılan Sumqayıt Dostlar Klubu respublikada ilk belə təşkilat olmaqla çox böyük işlər görür. Bu klubun idarə heyyətində Sumqayıtın tanınmış ziyalılarından- yazıçı-publisist Hümbət Həsənoğlu, Əməkdar mühəndis, şair-qəzəlxan Əli Ələmi, Əməkdar həkim Mayılxan Tağıyev, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist Ağalar İdrisoğlu, professor Sahib Fərzəliyev, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, Əməkdar jurnalist Eyruz Məmmədov, rəhmətlik, Əməkdar jurnalist Rəhman Orxan, Əməkdar həkim Kamil İbadov, Sumqayıt Əmək və Veteranlar şurasının sədri Sovet Şükürov, yazıçı-tərcüməçi Arif Ərşad, iş adamları Hacı Akif Şahbazov, Hacı Tahir Məlikov, icra nümayəndəsi Əliyar Fərzəliyev, şair-iqtisadçı Rafiq Mehdiyev, yazıçı, şərqşünas alim Vüsal Hətəmov, departament rəhbərləri Adil Poladov, Aydın Abbasov və Sumqayıt nəşriyyatının rəhbəri Aydın Məlikov bu şəhərin ictimai həyatı üçün çox böyük işlər görürlər. Sumqayıtda heç bir ictimai iş və tədbir onlarsız olmur.

Bu təşkilatın uğurlu işlərini görən Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli, Sumqayıtdan deputat seçilənlər- Hicran xanım Hüseynova, Səbinə xanım Salmanova, Mehriban xanım Vəliyeva, Tahir Mirkişili bu təşkilatın işinin Respublikada yayılması üçün maraqlı söhbətlər edirlər. Və hətta Respublikanın hər yerində belə Dostlar Klubunun yaranması üçün təbliğat işi aparmaqlarına da söz veriblər. Həm də onlar vurğulayırdılar ki, Müstəqil Respublikamızın bütün bölgələrində belə bir klubun olması çox vacibdir.

 

                       On il bundan əvvəlki Sumqayıt

On il bundan əvvəl Sumqayıta Bakıdan və Novxanıdan gələndə, şəhərin girəcəyindən başlayaraq, yaşayış massivlərinə qədər bizi yol kənarında seyrək formada əkilmiş ağacların keçmiş İcra hakmimiyyətinin başçısının əmrilə başları, qol-budaqları budanmış və “raxit” uşaqlara oxşayan qarağac ağacları, yol kənarında olan dəvətikanı kolları qarşılayırdı. Həm də şəhərin girişindən başlayaraq yol boyu olan çala-çuxur yollar sürücüləri bütün şəhər boyu “salamlayırdı”. Biz sumqayıtlılar buna öyrəşsək də, bu şəhərə ilk dəfə gələnlər fikirləşirdilər ki, bu, “doğrudanmı bir vaxtlar göylərə meydan oxuyan Sumqayıtdır?”

Şəhərə girən kimi kimyəvi zavodların zəhərli tütsüsü adamları boğurdu. Elə şəhərin girişindən uzunburun milçəklər, ağcaqanadlar iynələrini bədənimizə keçirtməklə bizi “salamlayırdılar”...

Axşamlar isə yol boyu olan qaranlıqda yiyəsiz itlər  “Sumqayıta xoş gəldin” deyə bizi öz hürmələrilə qarşılayırdılar...

Artıq saat 6-7-dən sonra Sumqayıt “ölü” bir şəhərə çevrilirdi. Çünki küçələrin işıqları olmadığından qadınlar qaranlıq küçələrdə qorxa-qorxa evə gedirdilər ki, əl çantalarını avara uşaqlar, narkomanlar əllərindən  almasın. Eləcə də adamlar yol boyu yeridikcə ayaqlarının altına baxırdılar ki, yolun ortasında açıq olan lyüklərə   ( yeraltı  kanalizasiyaların üstündə olan dəmirlər) və ya çala-çuxura düşüb qol-qıçlarını sındıracaqlarından ehtiyat edirdilər...

Yaz, yay və payız vaxtlarında yaşayış binalarının yanından üfunətdən keçmək mümkün olmurdu. Çünki binaların zirzəmilərində olan çirkab suları, illərlə oranı özlərinə “doğma məkan” eləmiş ağcaqanadların, uzunburun və qara milçəklərin, həm də siçovulların “Məkanı”, yuvaları, yaşayış yerləri idi...

Hündür mərtəbəli binaların adamları Allaha yalvarırdılar ki, yağış yağmasın. Çünki yağış yağanda axırıncı mərtəbələrdə yaşayanlar evlərindəki yataq şeyləri, döşəmələri, kağızdan olan divarları islanmasın deyə mənzillərin hər tərəfinə vedrələr, ləyənlər, qab-qacaqlar düzürdülər. Onlar evdə azlıq təşkil eləyəndə tez təsərrüfat mağazalarına gedib, son pullarını olsa belə verib, vedrələr, ləyənlər alırdılar. Çünki binaların üstündəki “Nuh əyyamından” qalan şiferlər dəlmə-deşik idi və yağışı yerə tökməkdənsə, “böyük həvəslə”, “əziyyət çəkmədən” evlərə tökürdülər...

Yağış, qar yağanda rezin qaloş satanların da işi “xod” gedirdi... Çünki palçıqlı küçələrdə ayaqqabı ilə gəzmək çətin olurdu.

Havalar soyuyan kimi valideynlərin günü “qara “ olurdu. Çünki məktəblər və baxçalar isidilmirdi. Ona görə də heç kim istəmirdi ki, uşaqları məktəbə, baxçaya gedib xəstələnsinlər. Axı xəstə uşaqlara da dərman almaq lazım idi. Evlər də isidilmirdi. Adamlar məcbur olub, istilik peçləri alırdılar. Onları işlədəndə də işıq vurub çıxırdı “kəllə-çarxa”. İndi kişisən işıq pulunu ver görüm haradan verirsən...

Həmin vaxtı uşaqlar daha çox xəstələndiyindən Uşaq Xəstəxanalarında belə yer olmurdu... Xəstəxanaların da çoxu Allah göstərməsin, bərbad gündə idi.

Dəniz sahilindəki keçmiş köhnə bulvardan isə hava qaralan kimi adamların ayağı kəsilirdi. Çünki heç kim ora gedib narkomanlarla, sahibsiz itlərlə rastlaşmaq istəmirdi....

Hündürmərtəbəli binaların liftləri işləmədiyindən, yaşlı insanlar günlərlə həyətə düşməyə “tamarzı” qalırdılar. Düşmək bir təhər olurdu. Amma yuxarı piyada qalxmaq üçün gərək Allahdan dörd ayaq da borc almalı idilər... Xəstə adamaları həmin binadan böyük zülümlə düşürən adamlar elə özləri xəstəlik tapırdılar...

Həmin vaxtı dənizə gedib çimmək də mümkün deyildi. Çünki zavodlardan və şəhərdən axan tulantı suların iyindən dəniz sahilinə getmək belə müşkül idi. Nəyinki orada çimmək. Dəniz sahilinə gedəndə gərək gözlərin ayaqlarının altında olmalı idi. Əgər olmasaydı, onda narkamanların gecə qum üstünə atdıqları iynələr ayaqlarına bata bilərdi. Allah göstərməsin inyənin içində qalan narkotik maddə ayağına keçsəyi, bütün günü “uy” kimi gəzəcəkdin...

Sumqayıtın əvvəllər simvolikası olan və dünyada “Yaşıl bina” kimi tanınan İcra Hakmiiyyətinin binası vardı. Kimlərincə ucbatından artıq həmin yaşıllıq da yandı... Ən dəhşətlisi isə həmin vaxtı İcra Hakimiyyətinin qarşısı “keçilməz bir qala” olmuşdu. Çünki keçmiş İcra Hakimiyyətinin başçısı binanın qarşısındakı meydançaya kələ-kötür daşlar düzdürmüşdü... Dikdabam ayaqqabı geyən qadınlar həmin yerlərdən keçməyə tamarzı qalmışdılar... Sağ və sol tərəfdəki yollarda dayanan sürücülər də böyük həsrətlə meydandan keçməyə həsrət qalmışdılar. İcra hakimiyyətinin başçı həmin yolu da kəsdirmişdi... Meydanın bir tərəfində olan Milli bayrağımız qaldırılan dəmir qüllənin isə hər an aşmaq təhlükəsi vardı...

Avtobuslara minib iş yerlərinə getmək isə “cəhənnəm əzabı” idi. Çünki avtobuslar az və sınıq-salxaq olduğuna görə adamların çoxu qapılardan “sallana-sallana” iş yerlərinə gedirdilər. Ən dəhşətlisi isə o idi ki, iş yerlərinin də çoxu bağlanmışdı. Zavodlar, fabriklər işləmirdi... Nə vaxt işləyəcəkləri də sual altında idi...

Bəli. On il bundan qabaq yüzlərlə adamlar lazım idi ki, dəsmal götürüb, bu şəhərin halına oxşama deyib ağlasınlar...

Bax, on il bundan qabaq, hələ çoxunu sadalamadığım yüzlərlə bu kimi problemlərlə, mənzərələrlə yaşayırdı Sumqayıt...

Axır ki, doqquz il bundan qabaq, Sumqayıtın bütün bu problemlərini görən cənab prezidentimiz İlham Əliyev bu şəhəri öz yiyəsinə verdi. Cənab Zakir Fərəcovu bu şəhərə İcra Hakimiyyətinin başçısı təyin elədi. 2015-ci ilin sentyabr ayının 2-də. Mən mübaliğəsiz deyə bilərəm ki, həmin gün təkcə sumqayıt camaatı yox, həm də şəhər çox sevinirdi...

 

 

                        İntibah dövrünü yaşayan Sumqayıt

Zakir Fərəcovun Sumqayıtda ilk işi İcra Hakimiyyətinin qarşısındakı kələ-kötür daşların sökülməsi, yolun açılması və binanın qarşısına yenidən yaşıl otlar əkdirmək oldu. Artıq bu doqquz ildə həmin yaşıllıqlar binanın əvvəlki görkəmini yenidən özünə qaytarır. Eləcə də Bakıdan və Novxanıdan girş yollarının əsaslı təmir olunması, yol kənarına yaşıl otların, ağacların, gül kollarının əkilməsi, “Sumqatıt” adlı bərli-bəzəkli lövhənin qurulması və ətrafının gül-çiçəklə bəzədilməsi, Bakıdan gələn yolun kənarlarının “Qala” formasında bərli-bəzəkli hörülməsi şəhərin girişinə böyük yaraşıq verdi. Yollar genişlənib, iki zolaqlı oldu. Beləliklə, şəhər ilk girişdən güllər-çiçəklər məskəni, cənnətməkan bir şəhər oldu.

Məktəblərin, baxçaların, yaşayış və sosial binaların dam örtüklərinin dəyişdirilməsi, zirzəmilərdə olan çirkab suların təmizlənməsi, tam səviyyədə dizinfeksiya olunması, yolların əsaslı təmir olunması, yol kənarlarına dayanacaqların qoyulması, parkların, meydançaların salınması və binaların fasadlarının dəyişilməsi, göz oxşayan rənglərlə rənglənməsi oldu.

Az bir vaxtın içərisində bir-brindən yaraşıqlı Heydər Əliyev Mərkəzinin, Şahmat məktəbinin, Musiqi məktəbinin, Muğam mərkəzinin, Yeni Azərbaycan Partiyası binasının, çoxlu baxçaların, bir neçə məktəblərin binasının, Bayraq meydanının, ASAN Xidmət binasının, 2 nömrəli xəstəxananın, Mehdi Hüseynzadə adına stadionun yenidən tikilməsi və sairə bir-birindən yaraşıqlı çoxlu sosial və yaşayış binaların tikilişi oldu.

Dəniz sahilində 40 hektar sahədə az bir zamanda salınan Dənizkənarı park, cənəb Prezidentimiz İlham Əliyev deyən kimi bir “möcüzə” oldu...

Eləcə də dəniz sahilində tikilən yaşayış və iaşə binaları, sosial obyektlər bu parka başqa bir gözəllik verdilər.

Hündür mərtəbəli binaların liftlərinin bir hissəsi təmir olundu və çoxu yeniləndi.

Sumqayıta 200-dən çox təzə avtobuslar gətirildi və marşrut problemi birdəfəlik həll olundu.

Şəhidlər Xiyabanı yenidən quruldu, tikildi. Eləcə də beş yüzdən çox şəhidin adı əbədiləşdi.

Sumqayıtda bu doqquz ildə çoxlu kiçik zavodlar, Texnoparklar tikildi və çoxu da tikilir. Beləkilə, tezliklə Sumqayıtda hamı işlə təmin olunacaq.

Bu gün Sumqayıt təhsil sahəsində respublikada birinci yerdədir. Deməli, bir vaxtlar fəhlə şəhəri adlandırılan Sumqayıt, bu gün ən zəngin düşüncəsi olan ziyayılar şəhəridir. Biz, hər birimiz bir sumqayıtlı kimi bununla fəxr eləyə bilərik.

Bu gün Sumqayıt dünya şöhrətli idmançıların, yazıçıların, alimlərin, həkimlərin, müəllimlərin şəhəridir.

Bu gün qonşuluğumuzda olan Bakı şəhərinin insanları sözün həqiqi mənasında bizim şəhərə həsəd aparırlar. Mən neçə-neçə bakılı tanıyıram ki, öz evlərini Bakıda satıb, gəlib Sumqayıtda ev alıb, burada yaşayırlar.

Bu gün təkcə Dənizkənarı bülvar yox, bütövlükdə Sumqayıt şəhəri dünyanın ən yaraşıqlı şəhərlərindən biri olub. Deməli, biz, şəhərimizlə və onun başçısı cənab Zakir Fərəcovla fəxr eləməliyik.

Bu il şəhərimiz üçün iki əlamətddar hadisədir. İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 70 illik və Sumqayıt şəhərinin 75 illik yubileyidir.

Ona görə də deyirəm: Yaşasın 70 yaşlı İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və 75 yaşlı cənnətməkan Sumqayıtımız!

Yaşasın ikinci intibah dövrünü yaşayan Sumqayıt!

Bəli. Biz öz şəhərimizlə, onun İcra Hakimiyyətinin başçısı və bütövlükdə beş yüz mindən çox əhalisi olan sumqayıtlılarla fəxr eləyə bilərik! Və bir də onunla fəxr eləyə bilərik ki, biz, Sumqayıtın ikinci intibah dövrünü yaşadığını gördük.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.