Böyük Britaniyanın pavilyonu Venesiya ART-Biennalesinin "Qızıl şir"ini qazandı Featured

 

Müasir incəsənətin ən parlaq nümayişi məkanı illərdir ki Venesiya Biennalesi hesab olunur. Hətta bu koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi dünyanın düzənini pozsa beləVenesiya Biennalesinin düzənini poza bilməyib. Yekun vurduğumuz həftədə 59-cu Venesiya Biennalesi ilk mükafatlarını təqdim edib, dünyanın əsas ART-hadisəsində Böyük Britaniyanın pavilyonu ən yaxşı pavilyon kimi tanınıb. O, "Qızıl şir" mükafatına – Biennalenin baş mükafatına layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.

 

Britaniya pavilyonunda Afrika-Karib mənşəli xanım rəssam Sonya Boys videoinstalyasiyalardan ibarət cığır yaradıb. “Feeling Her Way ekspozisiyası mozaik divar kağızlarından ibarətdir, eləcə də geometrik strukturlardan və rəngbərəng hərəkətdə olan görüntülərdən ibarətdir. Hansılar ki, azadlıq, güc və zəiflik hisslərini təcəssüm etdirən qaradərili britaniyalı vokalçıların səslərinin bərqərar olmasına yer verir. Mərkəzi iş müğənnilərin ilk dəfə necə görüşdüyünü, improvizə etdiklərini və kapellanın oxuduğunu göstərir, bununla da birgə oyunun innovasiyalara yolu potensialını nümayiş etdirir, bu da Sonya Boysun artistik praktikasının Mərkəzi Prinsipidir", - deyə Venesiya Biennalesinin saytındakı britanların pavilyonunun təsvirində qeyd olunub.

İndi isə digər nominasiyalara keçid alaq.

Ən yaxşı rəssam "Suverenlik" işi ilə ABŞ-dan afroamerikalı Simon Li olub. Münsiflər heyətinin fikrincə, bu iş ciddiyyətlə işlənib və virtuozluqla realizə olunub. Ümumən, münsiflər Fransa və Uqandadan olan ustaların işlərinə xüsusi qiymət veriblər. 

Noyabrın 27-dək davam edəcək Biennale kurator Çeçeliya Alemaninin dediyi kimi – o, bu postu tutan ilk qadındır - yazıçı Leonora Carrinqtonun “Xəyalların südü” adlı nağıllar kitabından ad alaraq "xəyalların südü" adlanır. Sərgi, o cümlədən insanlar və texnologiyalar arasında münasibətlərə, həmçinin "cisimlərlə Yer arasında sıx birləşən" əlaqələrə həsr olunub.

Biennaledə 213 ölkədən 58 rəssam iştirak edir. Sərgi meydançaları ənənəvi olaraq qalmaqdadır - Arsenal (tarixi Venesiya tərsanəsi) və Cardini (əfsanəvi bağçalar) - istər milli pavilyonların, istərsə də ayrı-ayrı instalyasiyaların yerləşdiyi məkanlardır. 

Yeri gəlmişkən, təşkilatçılar Ukraynada baş verən hadisələr fonunda Rusiyanın rəsmi nümayəndə heyətini qəbul etməyəcəklərini bildiriblər.

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.