Ən çox oxunan xəbər rus teleaparıcı Vladimir Solovyovun İtaliyadakı milyonluq villalarına basqınlar edilməsidir Featured

 

Çərşənbə günü məşhur rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyada, Menadjo kurort əyalətində, Komo gölü sahilində yerləşən villasını yerli əhali yandırmağa cəhd etmişdi. İtaliya televiziyasının aparıcısı bu mülkiyyət barədə reportaj çəkdikdən sonra əhali Solovyovun bu mülkə sahib olmasından xəbər tutmuşdu. 

“Məlumdur ki, mülkü yandırmaq üçün təcavüzkarlar avtomobil şinlərindən istifadə ediblər. Onların şəxsiyyəti hələ müəyyənləşdirilməyib, yanğın ləğv edilib” - deyə yerli hakimiyyət bildirmişdi.

Həmin gün Solovyovun bu rayonda yerləşən daha bir villasının fasadı qırmızı boya ilə boyanmış, qapıda "müharibə yoxdur" yazılmış plakat  peyda olmuşdu.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər aparıcı dünya mediasında manşet xəbəri olduğundan ən çox oxunan xəbər statusuna yiyələnib. Axı Ukraynaya təcavüs edən Rusiyanın aparıcı şəxslərinə qarşı hər hansı aksiya ürəklərdən tikan çıxarır. 

Xatırladaq ki, Fevralın sonunda Avropa Birliyi Solovyovu sanksiya siyahılarına daxil etmişdi. Martın 5-də isə İtaliya hakimiyyəti Komo gölünün  ətrafındakı  onun hər iki villasını həbs edib. Bu daşınmaz əmlakın dəyəri, bəzi məlumatlara görə milyonlarla avrodur. 

Bu şəxs 44 günlük müharibədə də, ondan əvvəl və sonra da

dəfələrlə Azərbaycana həqarət yağdırıb, ermənipərəst mövqe sərgiləyib. Əslində o, rəsmi Kremlin  sözçüsüdür, həmişə Kremlin mövqeyini ortaya qoyur. 

Bu qədər varidata sahib olması da ağasına yaxşı işləməsi səbəbindəndir.

Belələrinin aqibətinin acı sonluğu əlbəttə ki, azərbaycanlılar üçün arzulanandır. 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.