“Bir qəlbi də sən isit!” aksiyasına start verilib! Featured

Dünyada kiminsə qəlbini sevindirməkdən gözəl nə ola bilər? Onda ki bu qəlb uşaq qəlbi olsun! 

 

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni il münasibətilə “Bir qəlbi də sən isit!” aksiyası həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, 1 ay müddətində davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək. 

Vətəndaşlarımız 27 dekabr tarixinədək 7 saylı Bakı “ASAN xidmət” mərkəzi, “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər. 

Yeni ildə kiçik qəlblərin sevincinə birlikdə səbəb olaq!

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.